Yeni Səhifə

Bakı metropoliteninin keçmiş rəisi vəfat edib - FOTO

Tarix:6-01-2021, 22:13 Baxış Sayı:39 Kateqoriya:Cəmiyyət

Bakı metropoliteninin keçmiş rəisi vəfat edib - FOTO
Bakı metropoliteninin keçmiş rəisi vəfat edib.

Qurumdan Milli.Az-a verilən məlumata görə, 1979-1987-ci illərdə Bakı metropoliteninin rəisi vəzifəsində çalışmış İqor Abbasoviç Xankişiyev yanvarın 6-da 82 yaşında vəfat edib.

İqor Xankişiyev 1939-cu il martın 17-də Bakıda anadan olub. 1968-ci ildə Azərbaycan Politexnik İnstitutunu teplovoz və teplovoz təsərrüfatı ixtisası üzrə bitirib.

1976-cı ildən metropolitenin baş mühəndisi, daha sonra rəisi vəzifələrində çalışıb. Həyatının 1987-2017-ci illəri metropolitenin tikintisində iştirak edib.

Metropolitenə rəhbərlik etdiyi 11 il ərzində Bakının yeraltı ictimai sərnişindaşıma nəqliyyatı SSRİ metropolitenləri arasında keçirilən sosializm yarışlarında dəfələrlə fərqlənərək, SSRİ Yollar Nazirliyi Baş Metropolitenlər İdarəsinin keçici Qırmızı bayraqlarına layiq görülüb. Həmin illərdə metropoliten sərnişinlərə xidmət mədəniyyətinin yüksəldilməsi, yeni texnologiyaların tətbiqi sahəsində yüksək nəticələrə nail olub. Hərəkətin təşkilində SAT-ALİ sisteminin təməli həmin illərdə qoyulub. Santexnika qurğularının idarə olunması üzrə "Lisna" və "Neptun" sistemlərinin, tunellərin korroziyadan mühafizəsi üzrə yeni maddələrin tətbiqi və digər texniki yeniliklər onun metroya rəhbərlik etdiyi illərə təsadüf edir.

Metro tikintisi sahəsində çalışdığı dövrlərdə "Azərtunelmetrotikinti" Səhmdar Cəmiyyətinin baş energetiki, aparıcı mühəndisi, sədr müavini vəzifələrində özünü bacarıqlı təşkilatçı kimi göstərən İqor Xankişiyev yüksək idarəçilik məharəti ilə fərqlənib.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 fevral 2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən, Bakı Metropoliteni və "Azərtunelmetrotikinti" Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti təsis edildikdən sonra İqor Xankişiyev 2017-ci il dekabr ayının 31-dək müəssisənin tikinti departamentinin rəisi vəzifəsində çalışıb.

İqor Xankişiyev əməkdə göstərdiyi nailiyyətlərə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 aprel 2012-ci il tarixli Sərəncamı ilə "Əməkdar Mühəndis" fəxri adı verilmiş, ölkə başçısının 6 noyabr 2017-ci il tarixli Sərəncamı ilə o, Prezident təqaüdünə layiq görülmüşdü. İqor Abbasoviç Xankişiyev həmçinin, "Fəxri dəmiryolçu" döş nişanı ilə də təltif edilmişdi.

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı