"Əgər vaksinasiya uğurlu aparılsa, koronavirusun 3-cü dalğa məsələsi reallaşmayacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla tanınmış həkim və televiziya aparıcı Aleksandr Myasnikovun Rusiyada koronavirus pandemiyasının üçüncü dalğasının yayda, ya da payızda başlayacağı ilə bağlı açıqlamasına münasibətində deyib. O bildirib ki, 3-cü dalğanın proqnozlaşdırılması haqqında birmənalı rəylər yoxdur:
"Yalnız vaksinasiya normal aparılmasa, proses davam edərsə, yeni ştamlar əmələ gələrsə, infeksiya yenidən yayılarsa, bəlkə o zaman mümkün ola bilər. Əks halda mümkün deyil. Bu baxımdan da biz vaksinasiyaya üstünlük verməli və bu prosesdən yaxa qurtarmalıyıq”.
Qeyd edək ki, tanınmış həkim və televiziya aparıcı Aleksandr Myasnikov Rusiyada koronavirus pandemiyasının üçüncü dalğasının yayda, ya da payızda başlayacağını açıqlayıb.