Yeni Səhifə

“Şagird hicab geyinərək məktəbə gələ bilməz” – Təhsil eksperti mövcud qaydaları şərh etdi

Tarix:17-02-2021, 21:51 Baxış Sayı:40 Kateqoriya:Cəmiyyət

“Şagird hicab geyinərək məktəbə gələ bilməz” – Təhsil eksperti mövcud qaydaları şərh etdi
Ötən gün sosial şəbəkələrdə məktəb direktorunun şagirdin hicabını çıxarıb atması ilə bağlı görüntülər ciddi müzakirələrə səbəb olub. Bildirilib ki, məktəb direktoru təhsil müəssisəsinə baş örtüyü ilə gələn şagirdləri geri qaytarır.

Bu da öz növbəsində sual yaradır: Məktəbə hicabda gəlməklə bağlı hər hansı qadağa mövcuddurmu?

Mövzu ilə bağlı bağlı danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, şagird öz istəyinə uyğun olaraq, hicab geyinərək məktəbə gələ bilməz. Təhsil eksperti bunun üçün əvvəlcədən müəyyən addımların atılmalı olduğunu deyib:

"Orta ümumtəhsil məktəblərinin geyim normaları yeni qanunvericilik aktlarına görə Təhsil Nazirliyi, yaxud yerli təhsil orqanları tərəfindən müəyyənləşdirilir. Burda bir neçə vacib məqam var. Orta ümumtəhsil məktəblərinin şagirdləri istədiyi geyimdə təhsil müəssisəninə daxil ola bilməzlər. Geyim və baş örtüyü qanunvericiliyə görə məktəbli formasına uyğunlaşdırılmalıdır. İstər 2009-cu il, istərsə də 2011-ci ildə və yeni qəbul olunmuş təhsil haqqında qanunlara görə təhsil müəssisələrində iştirak məktəbli formaları ilə təmin edilməlidir”.

Ekspert baş örtüyünün və ya digər geyim növlərinin qadağan olunmadığını desə də, bunun qaydalara uyğunlaşdırılmalı olduğunu bildirib:

"Mahiyyət ondan ibarətdir ki, şagird məktəbli papağından da istifadə edə bilər. Əgər qanunvericilikdə hansısa hal nəzərdə tutulmursa bu "qadağan olunur" demək deyil. Bu baxımdan şagirdlərimiz əvvəlcədən geyimlə bağlı təkliflərini məktəbin pedoqoji şurasına təqdim etməlidirlər və müvafiq qurumlarda müzakirələr aparılmalıdır.

Azərbaycanda qanunvericilik aktlarına görə hicabdan, papaqdan istifadədə qadağa yoxdur. Burada bir məsələ var ki, şagirdlər buna əsaslanıb bilərzik, üzük kimi aksessualardan istifadə edə bilməzlər. Əsas fakt ondan obarətdir ki, şagird və müəllimlər geyimləri ilə dərsin gedişinə mane olmasınlar, diqqət yayındırmasınlar"./sfera.az/

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı