Bakı Nəqliyyat Agentliyi metronun "Elmlər Akademiyası" stansiyasının yaxınlığında avtobusun piyadanı vurması ilə bağlı məsələyə aydınlıq gətirib.
yenisehife.az xəbər verir ki, Agentliyin Mətbuat katibi Mais Ağayev Trend-ə Milli.Az-a açıqlamasında bildirib ki, məsələ dərhal araşdırılıb:
"Məlumat üçün bildirmək istərdim ki, hadisə özəl şirkətlərdən birinə məxsus xidməti avtobusun iştirakı ilə baş verib. Yəni ötən gün qeyd olunan ərazidə müntəzəm və ekspress xətlər üzrə sərnişin avtobuslarının iştirakı ilə piyada vurulması halı olmayıb".