Yeni Səhifə

Kreditlə maşın alanlara ŞOK zərbə - DİQQƏTLİ OLUN

Tarix:2-05-2019, 22:00 Baxış Sayı:205 Kateqoriya:Cəmiyyət

Kreditlə maşın alanlara ŞOK zərbə - DİQQƏTLİ OLUN



Məlum olduğu kimi Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin göstərişi ilə problemli kreditlərin vətəndaşların xeyrinə həll olunması prosesinə start verilib. Dollar kreditləri ilə bağlı problemi olanlar, aşağı kursla kredit götürüb, yuxarı kursla pul ödəyən vətəndaşlar kompensasiya alırlar. Amma kreditlə avtomobil alan bəzi şəxslər artıq bunun fəsadlarını görməkdədir. Avtosfer.az idarə etdiyi avtomobili hazırda bankda kreditdə olan, yaxud vaxtilə kreditdə olmuş və maşını etibarnamə ilə idarə edən sürücülərə bəzi məsələlərdə diqqətli olmağı tövsiyə edir. Həmin məsələlər nədən ibarətdir?

Big.az xəbər verir ki, son günlər Avtosfer.az-a daxil olan məlumatlardan aydın olur ki, vaxtilə bankdan kreditlə maşın götürən və pulu ödəyə bilmədiyi üçün maşını başqasına satan bəzi şəxslər hazırda onlara verdikləri etibarnamələri qəsdən ləğv edirlər. Belə ki, onlar etibarnaməni ləğv etməklə bankda ödənilən əlavə kredit vəsaitinin ona çatmasına çalışırlar.

Rauf adlı vətəndaş Avtosfer.az-a müraciətində bildirib ki, idarə etdiyi "Mercedes" markalı avtomobili bir xanımdan alıb. Həmin xanım avtomobili bankdan götürüb və ödəniş edə bilmədiyi üçün ona satıb. Amma yalnız sürmək üçün etibarnamə aldığına görə hazırda ciddi problemlə üzləşib. Belə ki, həmin xanım notariusa gedərək Raufa verdiyi etibarnaməni ləğv etdirib. Rauf isə bundan bir neçə gün əvvəl xəbər tutub. Belə ki, YPX əməkdaşı tərəfindən saxlanıldıqda məlum olub ki, onun adına verilmiş etibarnamə qüvvədən düşüb. Rauf həmin xanımla əlaqə saxlayaraq bunun səbəbini öyrənmək istədikdə isə xanım ona belə deyib. "Mənim balalarım var, o kreditin əlavə faizləri mənə çatmalıdır."

Bundan dəhşətə gələn Rauf Avtosfer.az-a bildirib ki, iki ildən artıqdır ki, həmin maşını bankdan götürüb. Avtomobil qadının adına olub və ona sürmək üçün etibarnamə verilib. Bank sənədlərində də qeyd olunur ki, son iki ildə kreditlər Rauf tərəfindən ödənilib. Amma həmin qadın Rauf tərəfindən banka ödənilən əlavə vəsaiti almağa çalışır.

Vətəndaş belə problemlə daha bir neçə nəfərin də üzləşdiyini bildirir. Avtosfer.az olaraq biz də sürücülərin diqqətinə çatdırırıq ki, belə məsələlərdə diqqətli olsunlar və məhkəməyə müraciət etsinlər. Çünki ödəniş qəbzləri kimin tərəfindən ödənilibsə həmin adam da kompensasiyanı alacaq. Avtomobilin kim tərəfindən alınması və hazırda kimin adına olması o qədər də önəmli deyil. Bu o zaman önəmli olar ki, həmin şəxs özü də devalvasiyadan sonra bir neçə ay ödəniş etmiş olsun. Həmin şəxs də öz qəbzlərini təqdim edərək ona çatacaq məbləği ala bilər. Yaxud bir nəfər kompensasiya alıb digərinə də düşən payı ödəyə bilər. Amma hansısa tamahkar insanlar verdikləri etibarnaməni ləğv edərək illərlə borc-xərc edib əziyyətlə avtomobil alan şəxslərin haqqına girməyə çalışırlarsa bu artıq insanlıqdan kənar bir addımdır. Lakin təəssüflər olsun ki, belə hallarda vətəndaşlar hüquqi problemlərlə üzləşirlər. Odur ki, bir daha bankdan kreditlə maşın alan şəxsləri diqqətli olmağa çağırırıq.

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı