Qarabag Media

Bu qələbə xalqın öz müdrik Liderinə inamının, etimadının sarsılmazlığının göstəricisidir

Tarix:16-02-2024, 13:02 Baxış Sayı:74 Kateqoriya:Cəmiyyət / Gündəm

Bu qələbə xalqın öz müdrik Liderinə inamının, etimadının sarsılmazlığının göstəricisidir




46 SAYLI CELİLABAD YOLİSTİSMAR İDARƏSİNİN RƏİSİ XUDAYAR RƏHİMOV - 7 fevral 2024-cü il prezident seçkiləri artıq tarixə qovuşsa da onun özəlliyi, digər seçkilərdən fərqləndirən məqamları və bunların fonunda Yeni Azərbaycan Partiyasının (YAP) Prezidentliyə namizədi cənab İlham Əliyevin inamlı qələbəsi bu gün ölkə və dünya mətbuatında geniş müzakirə olunmaqdadır. Fevralın 7-də ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması şəraitində keçirilən və tarixə Zəfər seçkiləri kimi yazılan bu seçkilərin bütün ölkə ərazisini əhatə etməsi, dövlət başçısı İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və ailə üzvlərinin Xankəndi şəhərindəki 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs vermələri qürurverici hadisələr sırasında oldu. Cənab İlham Əliyev Xankəndi şəhərində səs verməklə bir daha bütün dünyaya belə bir mühüm mesajı ünvanladı ki, bu torpaqlar bizim tarixi torpaqlarımızdır və biz burada əbədi olacağıq!

Suverenliyimizin bərpası ilə həyatında yeni dövr başlayan Azərbaycan 7 fevral prezident seçkilərini azad, şəffaf, beynəlxalq standartlara uyğun keçirməklə özünün demokratik inkişaf tarixinə yeni parlaq səhifəni yazdı. Seçki prosesini 72 beynəlxalq təşkilatın və 89 ölkəni təmsil edən 790
beynəlxalq müşahidəçinin izlədiyini, 109 beynəlxalq media qurumunun 216 təmsilçisinin işıqlandırdığını nəzərə alsaq bu siyasi kampaniyaya beynəlxalq diqqətin böyüklüyünü aydın şəkildə görə bilərik. Azərbaycan demokratik inkişafı, dövlət başçısı İlham Əliyev isə növbəti inamlı qələbəsi ilə bu gün dünyanın diqqətindədir. “Exitt-poll”un nəticələrinin ardınca Mərkəzi Seçki Komissiyası seçkilərlə bağlı ilkin nəticələri açıqladıqdan dərhal sonra ölkənin hər bir guşəsində keçirilən bayram şənlikləri, cənab İlham Əliyevə ünvanlanan təbrik məktublarının hər biri Azərbaycanın, onun qalib Liderinin beynəlxalq arenada gündən-günə artan nüfuzunun təqdimatıdır. Tarixi Zəfərimizlə yeni reallıqların müəllifi kimi ölkəmizin sözünün imzası qədər dəyərini artıran cənab İlham Əliyevin son 20 illik Prezidentlik fəaliyyətinin təqdimatı olan bu təbrik məktublarının hər birində Azərbaycanın Zəfərdən-Zəfərə böyük inamla irəliləməsi təqdir edilir. Məhz buna görə cənab İlham Əliyevin seçkilərdə inamlı qələbəsi növbəti zəfərlərin başlanğıcı kimi dəyərləndirilir, Azərbaycan xalqını qürurlandıracaq uğurların miqyasının bundan sonra da ölçüyəgəlməzliyi böyük inamla vurğulanır. Bu seçkilər bir daha liderlik fenomeninin dövlətin inkişafında və dövrün çağırışlarının düzgün cavablandırlmasında həlledici roluna işıq saldı.

Bu qələbə xalqın öz müdrik Liderinə inamının, etimadının, xalq-Prezident birliyinin, həmrəyliyinin sarsılmazlığının göstəricisi olmaqla yanaşı, cənab İlham Əliyevin ilk dəfə dövlət başçısı seçildiyi 15 oktyabr 2003-cü il tarixdən bugünədək gördüyü titanik işlərin, Azərbaycanın qazandığı möhtəşəm uğurların təqdimatı və onlara yol açan qətiyyətli siyasətə verilən dəyərdir. Prezident İlham Əliyev qətiyyətinin zirvəsində tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması dayanır. Xalqımız bu dəstəyi, etimadı ilə ölkəmizin ictimai-siyasi həyatında aparıcı rola malik olan, ölkədə gedən bütün proseslərin mərkəzində dayanan Yeni Azərbaycan Partiyasının cəmiyyətdə artan nüfuzunu da təsdiqləmiş oldu. Xalq Azərbaycanın dünəninin, bugününün və gələcəyinin əsası olan Heydər Əliyev ideyalarına sədaqətini, Prezident İlham Əliyevin gələcəyə hesablanmış, Azərbaycanı Zəfərdən-Zəfərə aparan siyasətinə dəstəyini ifadə etdi. Dövlət başçısı İlham Əliyev 2003-cü ildə keçirilən andiçmə mərasimində “Mən bu etimadı doğruldacağam, bu vəzifənin öhdəsindən layiqincə gələcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm” vədini verərək son 20 ildə uğurlu addımları ilə Azərbaycanı dahi şəxsiyyət Heydər Əliyevin görmək istədiyi Azərbaycan səviyyəsinə yüksəltdi. O Azərbaycan ki, hazırda tarixi Zəfəri ilə yeni reallıqlar yaradıb, Qarabağımız və Şərqi Zəngəzurumuz azaddır, dirçəlir, ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin olunub. Ötən il tariximizin növbəti Zəfər səhifəsinin yazılması ilə Azərbaycan yeni dövrə qədəm qoydu. Bu yeni dövr məhz növbədənkənar prezident seçkilərinin keçirilməsini zərurətə çevirdi.

20 il zaman baxımından qısa dövr olsa da uğurların miqyası baxımından zəngin dövrdür. Ötən ilin 15 oktyabr tarixində Azərbaycan Bayrağını Xankəndidə ucaltdıqdan sonra xalqa müraciətində böyük qürur hissi ilə qeyd etdi ki, 20 ildə verilən bütün vədlər, qarşıya qoyulan bütün vəzifələr icra edilib. Azərbaycan bu illər ərzində bütün sahələrdə sürətli inkişafa nail oldu, insanların rifah halı daha da yaxşılaşdı. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirildi, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndi və 30 ilin torpaq həsrətinə son qoyularaq ərazi bütövlüyümüz bərpa edildi. Bu gün regionda reallaşdırılan bütün irimiqyaslı beynəlxalq layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Azərbaycan tarixi Zəfərinin reallıqları əsasında regionda və dünya siyasətində yeniliklərə nail oldu. Hər zaman ədalətin və beynəlxalq hüququn yanında olan Azərbaycanın Zəfərdən-Zəfərə inamla irəliləməsində də qətiyyətli və yenilməz Lider amilinin rolu inkaredilməzdir.

Məhz bu gün böyük qürur hissi ilə qeyd edirik ki, ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunması ilə Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi milli qürurumuz özümüzə qayıtdı. Kimliyimizin, qürurumuzun təqdimatı olan üçrəngli Bayrağımız bu gün işğaldan azad edilən bütün torpaqlarımızda əzəmətlə dalğalanır. Milli ləyaqət, milli qürur uğurlarımızın əsas şərtləri oldu. Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir müstəqil Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına, tariximizin öyrənilməsinə və gələcək nəsillərə çatdırılmasına xidmət etdi. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan cənab İlham Əliyevin misilsiz xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanındı.

Ümumilikdə 20 il Azərbaycanın tarixinə saysız-hesabsız uğur səhifələrinin yazılması ilə yadda qaldı. Dövlət başçısı İlham Əliyev bu ilin 10 yanvar tarixində yerli televiziya kanallarına müsahibəsində Azərbaycanın haradan haraya gəlib çıxması ilə bağlı sualı cavablandırarkən bu mühüm məqamı xüsusi qeyd etdi ki, bugünkü reallıqları 2003-cü illə yox, 1993-cü illə müqayisə etməliyik. Çünki məhz o tarixdən başlayaraq Azərbaycan inkişaf yoluna qədəm qoydu. Bu reallıq da qeyd edildi ki, müstəqilliyimizin ilk iki ili əyani şəkildə göstərir ki, güclü lider və düşünülmüş siyasət olmadan istənilən ölkə, xüsusilə gənc müstəqil ölkə çox ciddi təhlükələrlə üzləşə bilər. 2003-cü ildə Azərbaycan xalqı əsası 1993-cü ildə qoyulmuş Heydər Əliyev siyasətinə bir daha dəstək verdi.

Dövlət başçısı İlham Əliyev çıxışlarında, xalqa müraciətlərində “Mən nəyi demişəmsə, onu da etmişəm, bunu hər kəs bilir” fikirlərini böyük inamla ifadə edərək hər dövrün çağırışlarının düzgün cavablandırılmasının Azərbaycana qazandırdığı uğurları əsaslı şəkildə diqqətə çatdırır. Əsrə bərabər 20 ilin zirvəsində hər zaman qürur duyduğumuz tarixi Zəfərimiz, torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması dayanır. Adını müasir tariximizə qalib xalqın qalib Lideri kimi qızıl hərflərlə yazdıran Müzəffər Ali Baş Komandan İlham Əliyevin 7 fevral 2024-cü il tarixli prezident seçkilərində böyük qələbəsi də bu reallığı təsdiqlədi ki, xalqımız yeni dövrün yeni hədəflərini qalib Lideri ilə birgə həyata keçirmək istəyir. Qarşıda qalib Azərbaycanı daha möhtəşəm uğurlar gözləyir. Böyük Qayıdış Proqramının birinci mərhələsi 2026-cı ildə başa çatacaq. Bu müddətdə 140 min keçmiş məcburi köçkünün doğma yurd-yuvasına qayıdışı nəzərdə tutulub. Artıq soydaşlarımızın qayıtdığı ünvanların sayı artmaqdadır. Bu il Füzuli və Laçın şəhərlərinin sırasına Şuşa, Cəbrayıl, Kəlbəcər, Xankəndi və Xocalı şəhərləri də daxil olacaq. Bu günədək azad olunmuş ərazilərə 1360 ailə, yaxud 5 min 354 nəfər köçürülüb. Onlar 7 fevral prezident seçkilərində ilk dəfə doğma yurd-yuvalarında səs verərək bu sevinci yaşadılar. Hədəflər sırasında Qərbi Azərbaycana qayıdışımız da xüsusi yer tutur. Dövlət başçısı İlham Əliyev nəyi, nə vaxt və necə etmək lazım olduğunu yaxşı bilir. Xalqımız əmindir ki, bu hədəfə də tezliklə nail olacağıq. Təbii ki, 20 ilin uğurlarını, eyni zamanda, qarşıdakı dövrün hədəflərini bir yazı çərçivəsində tam əhatə etmək mümkün deyil. Reallıq budur ki, xalqımız Azərbaycanın Heydər Əliyev yolu ilə irəliləməsini istəyir. Vətəndaşlarımız hər bir seçkidə bu siyasətə dəstəyini, Prezident İlham Əliyevin ətrafında daha sıx birləşməklə təsdiqləyir. Dövlət başçısına ünvanlanan təbrik məktublarında qeyd edildiyi kimi, bu gün öz xalqının həqiqi müdrik Liderinin, vətənpərvər və fədakar, görkəmli siyasi xadiminin rəhbərliyi ilə Azərbaycan dövləti yeni zirvələri fəth edir və onun beynəlxalq arenada nüfuzu, etibarı getdikcə artmaqdadır.

































SON XƏBƏRLƏR
Prezident İlham Əliyev Slovakiyanın yeni dövlət başçısını təbrik edib
İranın atdığı raketlər İsrailə nə qədər ziyan vurub? - VİDEO
Dövlət sərhədini pozmağa cəhd edən şəxslər ƏLƏ KEÇDİ - FOTO
“Crocus City Hall”da keçirilən anım mərasimində 130-dan çox diplomatik nümayəndəlik iştirak edib
31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür
Aprelin ilk gününün havası - 24 dərəcə isti olacaq
“Yoldaş Zülümov”un doğum günüdür - VİDEO
Nyu-Yorkda yaşayan həmvətənlərimiz Novruz bayramını qeyd ediblər - FOTO
Rusiya-Ukrayna müharibəsində ən təhlükəli mərhələ başladı: qarşılıqlı hava hücumları davam edir
DİN-dən Goranboydakı yanğınla bağlı açıqlama - Xəbərlərin 20:00 buraxılışı
Seda Sayan boşanır?
Azərbaycan Çinin köməyi ilə elektromobil istehsal edə bilər
Hikmət Hacıyev: “Azərbaycan Çinlə tərəfdaşlığı hərtərəfli inkişaf etdirməklə bağlı möhkəm qətiyyətə malikdir”
BMT-də Novruz şənliyində Azərbaycan mədəniyyəti, tarixi, təamları nümayiş olunub - FOTO
Hamiləlik xəbərlərinə konsertləri ilə cavab verdi - FOTO
Rəsmi Bakı Fransanı Azərbaycanın daxili işlərinə qarışmamağa, təxribat xarakterli bəyanatlara son qoymağa çağırıb
Gürcüstan Prezidenti azərbaycanlı icmanı Novruz bayramı münasibətilə təbrik edib
XƏBƏRDARLIQ! - Bu tarixdən hava kəskin pisləşir - Qar, dolu, şimşək…
Sabah yağış yağacaq
Azərbaycan və Qazaxıstan prezidentləri Şuşaya səfər ediblər - YENİLƏNİB - FOTO
Yel çərşənbəsi qar gətirdi – Şamaxıda qarın hündürlüyü 30 santimetrə çatır
"Xocalıya Ədalət"i Xocalıda bərpa ettik.
Hər birimizin yol xəritəsi…
Bu qələbə xalqın öz müdrik Liderinə inamının, etimadının sarsılmazlığının göstəricisidir
Milli həmrəyliyin həlledici faktoru
Prezident İlham Əliyev and içib, mərasimdə nitq söyləyib - YENİLƏNİB-4 - VİDEO
Prezident İlham Əliyev and içib, mərasimdə nitq söyləyib - YENİLƏNİB-4 - VİDEO
Prezident İlham Əliyev: Bundan sonra da Azərbaycanın hərtərəfli inkişafı üçün əlimdən gələni əsirgəməyəcəyəm
Ailəsini baltalamaqda şübhəli bilinən Əhmədin SAXLANILMA ANI - FOTO
İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət ediblər