AZƏRBAYCANI DUNYAYA TANİDN LİDER --TALEH QARAŞOV
Müstəqil Azərbaycanın bir çox aparıcı dünya dövlətlərinin onilliklər boyu keçdiyi təkamül və inkişaf
mərhələlərini qısa zaman kəsiyində qət edə bilməsi heç də yalnız respublikanın zəngin təbii sərvətləri və
intellektual resursları ilə şərtlənmir. Azərbaycanda bu potensialın xalqın mənafeyinə uyğun realizə edilməsi,
hər kəsi qane edə biləcək milli siyasət strategiyasının həyata keçirilməsi, eyni zamanda xarici siyasət
kursunun prioritetlərinin doğru-düzgün müəyyənləşdirilməsi və reallaşdırılması ilə sıx bağlıdır.
Ötən əsrin sonlarında sosializm sisteminin uğursuz sonluğu və sovetlər birliyinin süqutu nəticəsində
yeni dünya düzəninin formalaşması yenicə müstəqillik əldə etmiş ölkələri siyasi oriyentasiya problemi ilə üzüzə qoymuşdu. Həmin dövrdə Azərbaycanda digər sahələrdə olduğu kimi, xarici siyasətdə də qarışıqlıq mövcud
idi. Dövlətin xarici siyasət konsepsiyasında ardıcıllığın, prinsipiallığın olmaması ölkə daxilindəki problemlərin
daha geniş vüsət almasını şərtləndirir, respublikanın düşdüyü gərgin situasiyadan çıxmasına əngəl törədirdi.
Lakin dünya şöhrətli siyasətçi, siyasi gerçəklikləri dərindən analiz etmək və nəticə çıxarmaq qabiliyyətinə malik
olan ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə tarixi dönüşü xarici siyasətdə də yeni pəncərə
açdı. Məhz Heydər Əliyevin ciddi səyləri nəticəsində vəziyyəti dəyişdirmək, bölgədə və ümumilikdə, dünyada
Azərbaycana münasibəti müsbətə doğru dəyişmək mümkün oldu. Dövlət başçısının xarici ölkələrə ardıcıl
səfərləri, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri ilə keçirdiyi görüşlər, aparılan gərgin işlər sayəsində
qısa zaman ərzində Ermənistanın Azərbaycana təcavüzü, ölkəmizin sosial-iqtisadi vəziyyəti və potensialı
haqqında həqiqətlər dünya ictimaiyyətinə çatdırılmış, respublikanın xarici siyasətinin əsas prinsipləri və
istiqamətləri müəyyən edilmişdir.
Bu gün müşahidə etdiyimiz gerçəklikləri о dövrün çətin reallıqları ilə müqayisə etdikdə görərik ki,
Heydər Əliyev ölkəmizin qarşısında duran problemlərin həllinə nail olmağı, dövləti böhranlı durumdan
çıxarmağı bacarmışdır. Bu qənaətə gəlmək mümkündür ki, o zaman zərgər dəqiqliyi ilə müəyyənləşdirilmiş,
xarici siyasət kursu özünü bütün mənalarda doğrultmuşdur. Əgər ötən əsrin sonlarında qazanılmış dövlət
müstəqilliyinin ilk illərində Azərbaycanın, sadəcə, siyasi kuluarlarda tanınan bir ölkə olduğunu nəzərə alsaq, bu
gün aypara ulduzlu, üç rəngli bayrağın hansı dövlətin mzi olduğunu artıq bütün dünyanın dərk etməsinə,
sadəcə, sevinməklə kifayətlənməyib, bundan həm də qürur hissi keçirməliyik. Nəticə isə ondan ibarətdir ki, ulu
öndər Heydər Əliyevin və hazırda onun siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin siyasi
və diplomatik səyləri nəticəsində Azərbaycan haqqında vaxtilə formalaşmış mənfi rəy artıq tamamilə
dağıdılmışdır.
İndi artıq Azərbaycan üzərinə götürdüyü öhdəlikləri məsuliyyət və qətiyyətlə yerinə yetirdiyinə görə
beynəlxalq təşkilatlar üçün çox önəmli tərəfdaşlardan biridir. Rəsmi Bakı beynəlxalq təşkilatlarla əlaqələrin
inkişafına böyük önəm verir. Dünyanın 192 dövlətini öz sıralarında birləşdirən BMT-yə Azərbaycan 17 il əvvəl
-1992-ci ildə üzv olub. Bu, Azərbaycan dövlətinin beynəlxalq miqyasda tanınması baxımından ilk ən böyük
uğurlardan biri olmaqla yanaşı, həm də mötəbər tribunadır.
Dahi rəhbər Heydər Əliyev Azərbaycanın BMT müstəvisində həyata keçirdiyi siyasətin strateji və
taktiki tərəflərini dəqiq şəkildə müəyyən edərək, bu təşkilatla münasibətləri həmişə diqqət mərkəzində
saxlayırdı. Məhz yürüdülən bu xəttin nəticəsində, Ermənistanın və erməni lobbisinin bütün cəhdlərinə
baxmayaraq, BMT-də açılan müzakirələrdə Dağlıq Qarabağın Azərbaycana mənsubluğu “BMT və ATƏT
arasında əməkdaşlıq” qətnaməsində öz əksini tapıb. Qeyd olunmalıdır ki, Azərbaycanın BMT ilə əməkdaşlığı
yalnız bir istiqamətlə məhdudlaşmır. Tərəflər bir sıra aspektlərdə birgə layihələr həyata keçirib. BMT-nin
müxtəlif qurumlarında fəaliyyətin genişləndirilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb, Ermənistanın
təcavüzü nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş 1 milyondan çox Azərbaycan vətəndaşının
ağır şəraitini yüngülləşdirmək üçün BMT İnkişaf Proqramı, Qaçqınlar üzrə Ali Komissarlıq, Ümumdünya
Ərzaq Proqramı, YUNİSEF və başqa təşkilatlar çərçivəsində humanitar yardımlar alınmışdır.
Xüsusi vurğulanmalıdır ki, Heydər Əliyevin başladığı bu siyasət Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Azərbaycan – BMT münasibətlərinin inkişafı cənab İlham Əliyevin xarici siyasətində
önəmli yer tutur. BMT Baş Məclisinin 59-cu sessiyasındakı çıxışında Prezident İlham Əliyev sülhün qorunması
və münaqişələrin aradan qaldırılması istiqamətində BMT-nin rolunun artırılması məsələsindən danışarkən qeyd
edib ki, ümdə məsələ BMT Təhlükəsizlik Şurası qətnamələrinin həyata keçirilməsinin işlək mexanizminin
yaradılmasından ibarətdir. Ölkə başçısı həmin çıxışında xüsusilə vurğulayıb ki, Azərbaycan dünyada sülhün
qorunması istiqamətində səylərini daim davam etdirəcək: “Biz daha sülhsevər, təhlükəsiz və ədalətli dünya üçün
çox zəruri olan BMT və onun nizamnaməsinə inamımızı bir daha təsdiqləmişik”.
BMT-nin Baş Məclisində ötən ilin mart ayında Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş
torpaqlarında vəziyyətlə bağlı qətnamənin qəbul olunmasını da tərəflər arasında uğurlu əməkdaşlığın, rəsmi
Bakının diplomatik səylərinin məntiqi yekunu kimi qeyd etmək olar. Prezident İlham Əliyev həmin məqama
xüsusi diqqət yetirərək bəyan edib ki, bu, doğrudan da bizim böyük siyasi və diplomatik qələbəmizdir. “Biz bir
neçə il idi ki, bu qələbəyə doğru irəliləyirdik. Bu qətnamənin qəbul olunması üçün çox böyük işlər görülübdür.
İctimaiyyət, təbii ki, bunun son nəticəsini görür. Görür ki, artıq səsvermədə Azərbaycan böyük üstünlüklə qələbə
qazanıb. Amma bunu təmin etmək üçün nə qədər böyük səylər göstərilibdir. Əlbəttə ki, bunu hamı bilə bilməz.
Bu qətnamə artıq digər beynəlxalq təşkilatlara da öz təsirini göstərir. Bu yaxınlarda Avropa Şurası tərəfindən
qəbul edilmiş sənəddə artıq BMT Baş Məclisindəki sənədə istinad edilir və bunun əhəmiyyəti haqqında sizə
əvvəlcədən deməyə ehtiyac yoxdur. Siz bunu yaxşı anlayırsınız. Bu onu göstərir ki, məqsədyönlü siyasət və
düşünülmüş addımlar nəticəyə, uğura gətirib çıxarır. Görülən işlər və qarşıda qoyulmuş məqsədlər gələcək
illərdə də BMT ilə əməkdaşlığı zəruri edir və Prezident İlham Əliyev də bu istiqamətdə addımların davam
edəcəyini bəyan edib.
Azərbaycanın ATƏT-lə qarşılıqlı münasibətləri də müsbət dinamika üzrə inkişaf etməkdədir. ATƏT
Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi dünyanın 56 dövlətini özündə
birləşdirən bu təşkilatda Azərbaycanın siyasi nüfuzunun ildən-ilə sürətlə artmasının şahidiyəm. Tam əminliklə
deyə bilərəm ki, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması
istiqamətində ATƏT-in yüksək tribunasından və Minsk qrupunun potensialından daha səmərəli istifadə etmək
üçün ölkə rəhbərliyi son illər bütün daxili və xarici siyasi amilləri səfərbər etməyə nail olub.
Azərbaycanın xarici siyasət xəttinin ən önəmli üstünlüklərindən olan balanslı və çoxtərəfli siyasət
beynəlxalq təşkilatlarla əlaqələrimizdə də özünü göstərir. Diqqətlə nəzər yetirsək, görərik ki, BMT və ATƏT-lə
Azərbaycan arasındakı yüksək əməkdaşlıq digər təşkilatlarla münasibətlərimizdə də qorunur. Məsələn, NATO –
Azərbaycan münasibətlərinin səviyyəsi, quruma rəhbərlik edən şəxslərin özlərinin də ifadə etdikləri kimi,
təqdirəlayiqdir. Doğrudur, Azərbaycan NATO-nun tamhüquqlu üzvü deyil. Amma müstəqil dövlət kimi
Azərbaycan bu təhlükəsizlik təşkilatının layihələrində fəal iştirak edir. NATO-nun Sülhməramlı Qüvvələri
tərkibində Azərbaycanın zabit və əsgərləri bir sıra münaqişə zonalarında respublikamızın şərəfini ləyaqətlə
qorumuş və qorumaqdadır. Azərbaycan bu gün həm də antiterror koalisiyasına bütün mənalarda dəstək verən
ölkələr sırasındadır və bunu xarici siyasətin prioritet istiqamətlərindən biri kimi qəbul edir.
Ölkəmiz NATO-nun sammitlərində, konfranslarında ən yüksək səviyyədə təmsil olunur. NATO ilə
əməkdaşlığın davam etdirilməsi Azərbaycana öz hərbi potensialını artırmağa, hərbi sistemi müasirləşdirməyə,
islahatlar aparmağa imkan verir.
Eynilə digər təşkilatlarla əməkdaşlıqda da qarşıya qoyulan ən ümdə məqsəd bu və ya başqa sahələrin,
demokratiyanın inkişafına təkan verməkdir. Avropanın qabaqcıl təşkilatları ilə münasibətlərin inkişafı rəsmi
Bakının maraqlarına cavab verir. Bu gün Azərbaycan Avropanın ən önəmli təşkilatı olan Avropa İttifaqı ilə
müsbət istiqamətdə münasibətlər qurub. Ölkəmiz bu təşkilatla “Yeni qonşuluq siyasəti” proqramı çərçivəsində
əməkdaşlıq edir və bu əməkdaşlıq kifayət qədər səmərəlidir. Azərbaycanın perspektivdə bu təşkilata üzvlüyü isə
təşkilatın sərgiləyəcəyi mövqedən asılı olacaq. Dövlət başçısı İlham Əliyevin də bəyan etdiyi kimi, Avropaya
inteqrasiya planı baxımından Avropa İttifaqı tərəfindən irəli sürülmüş bu təşəbbüsü rəsmi Bakı nəzərdən
keçirəcək: “Əks halda, özümüzü zorla qəbul etdirmək fikrində deyilik. Biz öz təhlükəsizliyimizi özümüz təmin
edirik, biz həm iqtisadi, həm siyasi və həm də enerji baxımından özümüzü tam təmin edə bilən ölkəyik. Ona görə
də biz bunu əsas götürürük ki, münasibətlər bərabərhüquqlu olmalıdır, qarşılıqlı hörmət və qarşılıqlı mənafelər
əsasında qurulmalıdır. Başqa sözlə, beynəlxalq təşkilatlarla şaquli münasibətlərdən üfüqi münasibətlərə keçid
təmin olunmalıdır. Yeri gəlmişkən, bir müddət əvvəl Azərbaycanla Avropa İttifaqı arasında Beşillik Fəaliyyət
Proqramı imzalanıb ki, bu sənəd siyasi və iqtisadi mövzularla yanaşı, insan hüquqları və demokratik prosesləri
də əhatə edir.
Azərbaycanın Avropanın digər təşkilatı – Avropa Şurası ilə münasibətlərini də kifayət qədər pozitiv və
çoxşaxəli hesab etmək olar. 2001-ci ildə bu quruma tam hüquqlu üzv kimi qəbul olunmuş Azərbaycan həmin
dövrdən bəri öz üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirib. Həmin təşkilata qəbul olunmaq məhz
Azərbaycanın öz seçimi olub. zident İlham Əliyev rəsmi Bakının bu arzusunu belə əsaslandırıb: “Biz bunu
qəsdən və ya kiminsə təzyiqi altında etməmişik. Təbii ki, qəbul olunduqda biz üzərimizə öhdəliklər götürmüşük
və onları yerinə yetiririk. Həmin öhdəliklərin yerinə yetirilməsi, sadəcə, onunla bağlı deyil ki, bunu Avropa
Şurası qarşısında etmək lazımdır. Bu, ölkəmizin inkişafına yardım edir. Buna görə də Avropa Şurasına qəbul
olunduqdan sonra Azərbaycanın tənqid edildiyi bir çox məsələlər aradan qaldırıldı. Biz onları həll etdik
BAŞ REDAKTOR ; SEVİL HƏSƏNLİ