Yeni Səhifə

ABŞ-dan Rusiyaya ağır ittiham: “PUA-mızı onlar vurub”

Tarix:8-12-2019, 14:43 Baxış Sayı:64 Kateqoriya:Dünya

ABŞ-dan Rusiyaya ağır ittiham: “PUA-mızı onlar vurub”
ABŞ keçən ay Liviyanın paytaxtı Tripoli yaxınlığında yoxa çıxdığı bildirilən pilotsuz təyyarələrin Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu iddia edib.
ABŞ-ın Afrika Komandanlığı (AFRICOM) onlara aid olan PUA-nın silahsız olduğunu bildirib.

AFRICOM komandiri, general Stephen Tovnsend, hava hücumundan müdafiə sistemləri operatorlarının PUA-ya atəş açmamışdan qabaq ABŞ tərəfindən idarə edildiyini bilmədiklərini düşündüyünü söyləyib.

“Ancaq indi kim olduqlarını bilirlər və onları geri qaytarmaq istəmirlər. PUA-nın harada olduğunu bilmədiklərini deyirlər, amma mən buna inanmıram”, - deyə general qeyd edib.

ABŞ-a görə hava hücumundan müdafiə sistemləri ya Rusiya ordusunda çalışan muzdlular tərəfindən, ya da Xəlifə Hafterin rəhbərlik etdiyi Liviya Milli Ordusu tərəfindən vurulub.

“VOA”-ya (“Amerikanın Səsi”) görə, Rusiya muzdluları Hafterin adından istifadə edərək, bölgədə əməliyyatlar keçirir. Moskvanın Liviyada artan gücünü ortaya çıxara biləcək bu olay Rusiyanın ABŞ-a qarşı təxribatından başqa bir şey deyil.

Bundan başqa Liviyanın beynəlxalq arenada tanınan və milli hökümətə bağlı olan səlahiyyətlisinin “Reuters” agentliyinə verdiyi açıqlamaya görə, bu hadisədə birbaşa rus muzdluları məsuliyyət daşıyır.

Hökumətin ABŞ-la münasibətlərdən məsul şəxsi Məhəmməd Əli Abdallah “Reuters”ə yazılı açıqlamasında bildirib ki, ABŞ-a aid pilotsuz uçuş aparatının paytaxt Tripolidən 65 kilometr cənub-şərqində, Hafterin hakimiyyəti illərində Tarhuna bölgəsinə qəzaya uğrayıb. Abdallah Liviya Milli Ordusunda 1400-dən çox muzdlu rus əsgərin döyüşdüyünü də qeyd edib.

Barışıq hökuməti ilə əlaqəli hərbi rəsmilər və Qərb diplomatları da Liviyada rus muzdlularının olduğunu təsdiqləyirlər.

Rusiya rəsmiləri isə bu iddiaları rədd edirlər. Rəsmilərin açıqlamalarında bildirilib ki, döyüşlərdə iştirak edən Rusiya vətəndaşı olsa belə, bu onların şəxsi seçimidir. Onlar könüllü olaraq həmin döyüşlərə qatılırlar və Rusiya höküməti burada heç bir məsuliyyət daşımır. (Musavat.com)

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı