Yeni Səhifə

Nadejda Savçenko: "Son beş il fürsətlərin əldən verildiyi dönəmdir"

Tarix:7-01-2020, 21:22 Baxış Sayı:53 Kateqoriya:Dünya

Nadejda Savçenko: "Son beş il fürsətlərin əldən verildiyi dönəmdir"
Nadejda Savçenko Ukrayna siyasətində parlaq simasıdır. O, dövlət və siyasi xadim, Ukrayna Qəhrəmanı, Ali Radanın səkkizinci çağırışının deputatı, “Nadejda Savçenkonun ictimai-siyasi platforması” Partiyasının lideridir.
Media.az-a müsahibəsində Nadejda Savçenko artıq geridə qoyduğumuz 2019-cu ili şərh edib, 2020-ci ildə qonşu ölkələrlə əməkdaşlığın perspektilərindən danışıb və bir sıra başqa məsələlərə toxunub:

- Təəssüf ki, hələ hər şey yaxşı deyil. Əvvəlki Prezident Petro Poroşenkonun dövrü özünün “dövlətçiliyin möhkəmləndirildiyi dönəm” adlandırmasına baxmayaraq, belə deyildi. Keçmiş prezident Beynəlxalq Valyuta Fondundan, Avropa Yenidənqurma və İnkişaf Bankından, digər Avropa və dünya tərəfdaşlarımızdan asılılıqdan imtina etdi. Ancaq bu, təkrar edirəm, belə deyildi.

İndi isə görürük ki, Soros məktəbindən keçən, dövlətçiliyin nə olduğu barədə heç bir fikri olmayan insanlar hakimiyyətə gəlib. Söhbət hər şeydən əvvəl parlament və hökumətdən gedir. Bu, əlbəttə ki, problemdir.

Dünyanın bir çox ölkələri ilə münasibətlərimizə gəlincə, burada da nöqsanlar var. Petro Poroşenkonun zamanında vektor Avropa Birliyinə və ABŞ-a yönəldi. Və ətrafdakı bir çox ölkəni görmədik, Avropa ilə Asiya arasında geostrateji mövqe tutduğumuzu unutduq, imkanlardan istifadə etmədik, həmçinin təcavüzə məruz qalan dövlətlərdə - mən Azərbaycanı, Gürcüstanı və s. nəzərdə tuturam, - baş verənləri izləmədik.

Macarıstanla da anlaşılmazlıqlarımız oldu, aydındır ki, Baltikyanı ölkələrlə əməkdaşlığımız kifayət qədər inkişaf etməyib. Ancaq indi Belarusla fəal əməkdaşlıq edirik, ümumi təhlükələrin mövcudluğunu başa düşürük. Bununla belə demək istəyirəm ki, son beş il (Petro Poroşenkonun prezidentliyi dövrü) fürsətlərin əldən verildiyi dönəmdir.

Gələcəkdə nələrin olacağını söyləmək çətindir. İndiyə qədər bir istiqamətə yuvarlanan və ətrafımızdakı ölkələrin əhəmiyyətini tam dərk etməyən biz hələ ətalətə davam edirik. Ancaq ümid edirəm ki, tezliklə bu anlaşılacaq.

- Belə anlayıram ki, siz Ukraynanın hazırkı Prezidenti Vladimir Zelenskinin siyasətini bəyənirsiniz...
- Vladimir Zelenski arzu yaratdı. Bu arzu da öz növbəsində ümid doğurdu. İşin asan olmayacağını anlayırdıq. Seçki kampaniyası zamanı Vladimir Zelenskinin dedikləri xalqımızın əksəriyyətinin istəklərinə uyğundur. Referendum yolu ilə xalq hakimiyyətinə çağırdı. Biz istəyirik ki, təkcə Maydanda eşidilməyək. Prezident Vladimir Zelenskinin də istədiyi budur.

Seçilən prezident imkanların bərabər bölünməsindən də, Ukraynanın hər bir vətəndaşının şərtsiz baza gəlirlərindən də danışdı. Bura bizim torpağımızdır, bizim resurslardır. Bu proqram Vladimir Zelenski tərəfindən yazılmamışdan əvvəl müddəaların çoxu siyasi qüvvəmiz - “Nadejda Savçenkonun ictimai-siyasi platforması” tərəfindən səsləndirilmişdi. Konsepsiya yazdıq, deklarasiya olundu. Orada bütün bu maddələr var.

Vladimir Zelenski öz sözlərindən imtina etmir. Ancaq bütün bunları cari dövlət maşını şərtlərində reallaşdırmaq çətindir. Axı çoxları Ukrayna prezidentinin islahatlarına mane olan yerli oliqarxların əziyyət çəkəcəyini anlayırlar. Buna görə prezident proqramını həyata keçirmək üçün əngəllər yaranır. Vladimir Zelenskini tənqid etmirik, onu doğru yolda dəstəkləməyə çalışırıq.

- Ukrayna prezidentinin Yeni il nitqi qeyri-adi idi, əvvəlki illərdə deyilənlərdən fərqli idi. Vladimir Zelenski xalqı birliyə çağırdı. Ertəsi gün Ukraynanın bir neçə şəhərində Stepan Banderanın xatirəsinə məşəl yürüşləri keçirildi. Ukraynadakı milli azlıqların nümayəndələrinin, məsələn, azərbaycanlıların qorxmaq üçün bir əsası varmı?

- Hələ Vladimir Zelenskinin Yeni il nitqindən əvvəl, Lyubomir Quzarın (UYKK-in başçısı - red.) birlik haqqında sözlərini eşitmişdim. O, Ukraynadakı Yunan Katolik Kilsəsinin ruhani lideri və müəllimi idi. O, mənə dedi: “Nadya, ukraynalıları Ukraynaya birləşdir. Ölkəmiz var, amma orada yoxuq, bizi eşitmirlər!” Bu, çox vacibdir.

Şəxsən mən insanların bir-birlərini eşitməsinə, başa düşməsinə çalışdım və çalışmaqda davam edirəm. Bizi, ukraynalıları bir-birimizə nifrət etdirməyə çalışan siyasətçilər deyil, insanlardır. Vladimir Zelenskinin çıxışı ürəyimizə toxundu. İstəyirik ki, ölkəmiz vahid və müstəqil olsun.

Ertəsi günkü məşəl yürüşünə gəldikdə, Stepan Bandera tarixi şəxsiyyətdir. Ukraynadakı insanlar onun haqqında heç bir şey bilmirdi və ya sovet təbliğatı prizmasından tanıyırdılar. SSRİ-nin düşməni idi. Ancaq tarixi yaddaş var, qəhrəmanlarımız var. Onlar həmişə “ağ atın” cəngavərləri deyillər, buna görə də qavrayışlar fərqlidir. Ancaq bunlar öz dövrünün insanları olublar.

Sovet dövründə Vladimir Leninin doğum günü qeyd olunurdu. Kimlərsə elə indi də qeyd edir. Digərləri isə Stepan Banderanı xatırlayırlar. Ancaq bu mövzuda siyasi spekulyasiyaların tamamilə səhv olduğunu düşünürəm. Ukraynada yaşayan azərbaycanlılar da daxil olmaqla milli azlıqları bir şey təhdid edirmi? Əlbəttə, xeyr! Digər məsələ ölkədəki kriminoloji vəziyyətin pis olmasıdır. Ancaq milli kontekst yoxdur və ola da bilməz.

- Və son sual - Azərbaycanla Ukrayna arasındakı münasibətlər. Ukrayna Prezidenti Vladimir Zelenskinin Bakıya son səfərindən sonra bir çox ekspertlər münasibətlərin yenidən qurulmasından danışmağa başladı...

- Düşünürəm ki, rəhbərlik etdiyi beş il ərzində eks-prezident Petro Poroşenko kiminlə dost olacağına və ya olmayacağına öz baxışı ilə qərar verirdi. Bu, əlbəttə ki, çox düzgün bir yanaşma deyil. Ümid edirəm ki, Vladimir Zelenski dövründə münasibətlər yenidən qurulacaq.

Azərbaycan və Ukrayna mentalitetindəki fərqi başa düşmək lazımdır. Lakin bu, heç vaxt diplomatiyaya mane olmayıb. Əminəm ki, Ukrayna hakimiyyəti bunu başa düşür. Ancaq biz Azərbaycanla dost olmuşuq, bu dostluğa davam edəcəyik (gülümsəyir).

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı