Yeni Səhifə

Paşinyan güzəştə hazır deyil

Tarix:31-01-2020, 16:19 Baxış Sayı:124 Kateqoriya:Dünya

Paşinyan güzəştə hazır deyil
"Ermənistanın baş naziri Nikol Paşinyan son müsahibəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı maraqlı açıqlama verdi. Paşinyan dedi ki, ondan əvvəlki prezident və baş nazir olan Serj Sərkisyan Azərbaycana 7 rayonu (Füzuli, Ağdam, Zəngilan, Qubadlı, Cəbrayıl, Kəlbəcər və Laçın) qaytarmaqla bağlı danışıqlar aparıb".
Bizimyol.info xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib.

Politoloq qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan keçmiş prezident Serj Sərkisyanın 7 rayonun Azərbaycana geri qaytarmağı müzakirə etdyini açıqlamasıyla iki məqsəd güdüb:

"Birinci məqsəd odur ki, Paşinyan guya sirrin üstünü açaraq ermənilərə bəyan edir ki, keçmiş hakimiyyət “Qarabağı satmağa hazırlaşırdı”. Ermənistanın baş naziri bu yolla erməni cəmiyyətinin gözündə əsas rəqibi olan Qarabağ klanının mövqelərini zəiflətməyə çalışır.

Paşinyanın ikinci məqsədi isə erməni cəmiyyətinə göstərməkdir ki, o Azərbaycan torpaqlarını boşaltmaq variantını qəbul etməsə də, istər-istəməz mərhələli həll planı müzakirə olunur.

Paşinyan bu açıqlamanı verdikdən sonra yenə Dağlıq Qarabağa gəldi. Paşinyan Dağlıq Qarabağda hərbçilər üçün tikilən evlərin açılışında iştirak etdi. Paşinyan tez-tez Dağlıq Qarabağa gəlməklə göstərmək istəyir ki, o separatçıların razılığı olmadan Dağlıq Qarabağ ətrafındakı rayonları Azərbaycana qaytarmayacaq. Paşinyanın bu siyasəti bölgədə müharibə risqini artırır. Məsələn, Dağlıq Qarabağın təmsilçiləri deyirlər ki, Azərbaycan müharibəyə hazırlaşır. Bu həqiqətən belədir. Əgər danışıqlarla müsbət nəticə yoxdursa və separatçılar Dağlıq Qarabağ ətrafındakı rayonları Azərbaycana qaytarmaq istəmirlərsə bölgədə müharibə risqi azalmayacaq".

Siyasi şəhrçi qeyd edib ki, bu arada, ATƏT-in Minsk Qrupu həmsədrlərinin təşəbbüsü ilə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri İsveçrədə görüşdülər: "Həmsədrlərin yeni planı yoxdur.

Buna baxmayaraq, xarici işlər nazirlərin budəfəki görüşü fərqli idi.

Birincisi, həmsədrlərin vasitəçiliyi ilə görüş iki gün çəkdi. Birinci gün nazirlər arasında danışıqlar 7 saat oldu. İkinci gün danışıqlar 4 saata yaxın çəkdi.

Azerbaycan ermenistan XIN rehberleri hemsedrler

İkincisi, həmsədrlər görüşün nəticəsiylə bağlı bəyanatda danışıqların mahiyyəti ilə bağlı heç nə açıqlamadılar. Bəyanatda sadəcə, xalq diplomatiyasının gücləndirilməsi vacibliyi bildirildi.

Buna baxmayaraq, xarici işlər nazirlərinin görüşündən ciddi nəticə çıxdığını söyləmək mümkün deyil. Nazirlər hansısa detalları müzakirə ediblər. Ancaq bu detallar danışıqların nəticəsinə təsir etmir. Sülh sazişi imzalamadan xalq diplomatiyası faydalı olmayacaq. Çünki, xalq diplomatiyası çərçivəsində Azərbaycanın və Ermənitanın ictimai fəalları, jurnalistləri və siyasi ekspertləri illərdir görüşürlər. Nəticə yoxdur.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov erməni həmkarı ilə keçən ilin dekabr ayında Bratislavada görüşmüşdü. Elmar Məmmədyarov görüşdə nəticə olmadığını bildirmişdi. Dekabr ayından bir ay keçib. Bu müddətdə Ermənistan hakimiyyətinin mövqeyində heç bir dəyişiklik baş verməyib. Ona görə də, nazirlərin İsveçrədəki görüşündə nəticə əldə oluna bilməzdi. Bundan başqa nazirlər İsveçrədə görüşərkən Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağa gəldi, işğal altındakı Kəlbəcərdə oldu. Bu bir daha o deməkdir ki, Nikol Paşinyan Dağlıq Qarabağ ətrafındakı rayonları Azərbaycana qaytarmağı düşünmür.

Həmsədrlərin məqsədi bölgədə sakitliyi qorumaqdır. Həmsədrlər xarici işlər nazirlərini mütəmadi görüşdürməklə gərginliyin azalmasına çalışırlar. Ancaq danışıqlar nəticə vermirsə bölgədə gərginlik və sualların sayı azalmayacaq.

Bu arada, Fransa prezidenti Emmanuel Makron prezident İlham Əliyevə zəng etdi. Bu zəng diqqəti çəkdi. Fransa ATƏT-in Minsk Qrupunu 3 həmsədr ölkəsində biridir.

Emmanuel Makronun Bakıya zənginin məqsədi nə idi?

Birincisi, Makron bu zənglə göstərmək istəyib ki, Fransa da Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə aparılan danışıqlara maraq göstərir.

İkincisi, Makron keçən il Azərbaycana səfər etməli idi. Ancaq bu səfər reallaşmadı. Mümkündür ki, Makron bu il Azərbaycana səfər edəcək və telefon danışığında səfərin tarixini barədə Azərbaycan prezidentinə məlumat verib".

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı