Yeni Səhifə

Avropa İttifaqı rəsmiləri Brexit-dən yazdı

Tarix:4-02-2020, 10:48 Baxış Sayı:42 Kateqoriya:Dünya

Avropa İttifaqı rəsmiləri Brexit-dən yazdı
Avropa İttifaqının Ali Nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Cozep Borel və “Breksit” üzrə danışıqlarda Avropa İttifaqı (Aİ) nümayəndə heyətinin rəhbəri Mişel Barnye 31 yanvar 2020-ci il tarixində Böyük Britaniya Avropa İttifaqını tərk etdi. Biz ailəmizin bir üzvünü itirdik. Bu bizim üçün, yəni Avropa vətəndaşları üçün, və əslində, bir çox Britaniya vətəndaşları üçün kədərli bir məqam idi.

Bununla belə, biz Britaniya seçicilərinin 52%-nin suveren qərarına həmişə hörmətlə yanaşmışıq və münasibətlərimizdə yeni bir fəslin başlamasını səbirsizliklə gözləyirik.

Emosiyaları kənara qoysaq, 1 fevral tarixi gün oldu, eyni zamanda da dramatik olmadı. Bu, əsas etibarilə barəsində Böyük Britaniya ilə danışıqlar apardığımız "Avropa İttifaqından çıxış haqqında Razılaşma" sayəsində baş tutdu. Həmin razılaşma Breksit prosesini nizamlı şəkildə həyata keçirməyimizə imkan verdi. Həmin nizam, ən azı indiki şəraitdə, vətəndaşlarımız, müəssisələrimiz, dövlət qurumlarımız, eləcə də beynəlxalq tərəfdaşlarımız üçün fəsadları minimuma endirir.

Sözügedən razılaşmaya əsasən Avropa İttifaqı və Böyük Britaniya, ən azı 2020-ci ilin sonuna qədər davam edəcək bir keçid dövrü haqqında razılığa gəlmişlər. Həmin müddət ərzində Böyük Britaniya, artıq üzv dövlət olmasa da, Aİ Gömrük İttifaqı və Vahid Bazarında iştirak etməyə və Aİ qanunlarını tətbiq etməyə davam edəcək. Qeyd olunan müddət ərzində Böyük Britaniya, beynəlxalq tərəfdaşlarımıza şifahi nota vasitəsilə bildirdiyimiz kimi, Avropa İttifaqının beynəlxalq razılaşmalarına da riayət etməyə davam edəcək.

Beləliklə, keçid dövrü ilə birlikdə müəyyən dərəcədə davamlılıq var. Qarşıda duran vəzifənin miqyasını nəzərə alsaq, bunu təmin etmək asan deyildi. Avropa İttifaqından çıxmaqla, Böyük Britaniya avtomatik, mexaniki, qanuni olaraq, Avropa İttifaqı tərəfindən və ya onun adından ticarət, aviasiya, balıqçılıq və ya mülki təyinatlı nüvə sənayesi sahəsində əməkdaşlıq kimi fərqli mövzularda Üzv Dövlətlərin xeyrinə bağlanmış yüzlərlə beynəlxalq sazişdən çıxır.

İndi Avropa İttifaqı və Böyük Britaniya arasında yeni tərəfdaşlıq qurmalıyıq. Bu iş bir neçə həftədən sonra, danışıqların aparılması üçün Avropa Komissiyasının təklif etdiyi və müttəfiqimiz, tərəfdaşımız və dostumuz olaraq qalacaq bir ölkə ilə mümkün olan ən yaxın tərəfdaşlığa nail olmaq üçün şərtlərimizi və gözləntilərimizi əks etdirən mandatı Aİ27 təsdiq etdikdən sonra başlayacaq.

Avropa İttifaqı və Böyük Britaniyanı tarix, coğrafiya, mədəniyyət, ortaq dəyərlər və prinsiplər və qaydalara əsaslanan çoxtərəfliliyə güclü inam birləşdirir. Bu bağlantılar və ortaq düşüncələr gələcək tərəfdaşlığımızda öz əksini tapacaq. Biz ticarət çərçivəsindən kənara çıxmaq və əməkdaşlığımızı təhlükəsizlik və müdafiə sahələrində, Böyük Britaniyanın təcrübə və resurslara malik olduğu və ümumi səylərimizlə ən münasib şəkildə istifadə oluna biləcək sahələrdə davam etdirmək istəyirik. Böyük çətinliklər, dəyişikliklər, qarışıqlığın mövcud olduğu dünyada və keçid dövründə biz bir-birimizlə məsləhətləşməli və Birləşmiş Millətlər Təşkilatı, Ümumdünya Ticarət Təşkilatı, NATO və ya G20 kimi əsas regional və qlobal forumlarda ikitərəfli əməkdaşlıq etməliyik.

Bu bir klişe kimi səslənə bilər, amma əsas həqiqət ondan ibarətdir ki, bugün iqlim dəyişikliyindən tutmuş kiber cinayətkarlığa, terrorizmə və bərabərsizliyə qədər üzləşdiyimiz qlobal problemlərin kollektiv şəkildə aradan qaldırılması tələb olunur. Böyük Britaniya Avropa Birliyi ilə nə qədər çox ayaqlaşa bilsə və dünyanın bütün yerlərindəki tərəfdaşları ilə nə qədər çox əməkdaşlıq etsə, həmin çətinliklərin öhdəsindən effektiv şəkildə gəlmək şansımız bir o qədər çoxdur.

Avropa İttifaqı layihəsinin təməlində "birlikdə daha güclüyük" ideyası dayanır; yəni, ümumi məqsədlərə çatmaq üçün ən münasib yol resurslarımızı və təşəbbüslərimizi bir araya gətirməkdir. Breksit bunu dəyişmir və biz bu layihəni 27 üzv dövlət kimi irəli aparmağa davam edəcəyik.

Birlikdə 27 Üzv Dövlət 450 milyon vətəndaşdan və 20 milyondan çox müəssisədən ibarət vahid bazar formalaşdırmağa davam edəcək.

Birlikdə biz dünyanın ən böyük ticarət bloku olaraq qalırıq.

Birlikdə, sayımız 27 olmaqla, biz hələ də dünyanın ən böyük inkişaf yardımı donoruyuq.

Tərəfdaşlarımız əmin ola bilərlər ki, biz, ticarət və investisiya, iqlim fəaliyyəti və rəqəmsal texnologiyalar, rabitə, təhlükəsizlik və terrorla mübarizə, insan hüquqları və demokratiya və ya müdafiə və xarici siyasət mövzusunda digər ölkələrlə əlaqalərin saxlanılmasına yönəlmiş iddialı bir gündəmə sadiq qalacağıq.

Biz öhdəliklərimizi yerinə yetirməyə davam edəcəyik. Biz, Azərbaycanla olan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi kimi, bizi beynəlxalq tərəfdaşlarımızla bağlayan sazişləri dəstəkləməyə və dünyada çoxtərəfli əməkdaşlıq çərçivələrini inkişaf etdirməyə davam edəcəyik.

Avropa İttifaqı etibar edə biləcəyiniz bir tərəfdaş olmağa davam edəcək. Biz qaydalara əsaslanan çoxtərəfliliyini daim müdafiə edərək və tərəfdaşlarımızla birlikdə çalışaraq dünyanı daha etibarlı və ədalətli edəcəyik.

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı