Yeni Səhifə

Ovannisyanın şok etirafı: Öhdəsindən gələ bilmirik

Tarix:24-10-2020, 13:06 Baxış Sayı:50 Kateqoriya:Dünya

Ovannisyanın şok etirafı: Öhdəsindən gələ bilmirik
Nikol Paşinyanın hakimiyyətə gəlişi ilə Dağlıq Qarabağla bağlı aqressiv siyasət yolu seçən, "Qarabağ Ermənistandır” deyib, "Yeni müharibə və yeni ərazilər” iddiasına düşən və cidd-cəhdlə Azərbaycanı müharibəyə çəkən, Tovuz təxribatından sonra daha da azğınlaşan Ermənistan hakimiyyəti cəbhədəki uğursuzluqlarının səbəbini axtarmağa, daha doğrusu, xalqa izah etməyə girişib.

yenisehife.az Axar.az-a istinadən xəbər verir ki, ictimaiyyətin və medianın "biz müharibəyə hazır idikmi” sualına cavab verən Ermənistan Müdafiə Nazirliyinin rəsmisi Artsrun Ovannisyan ordudakı mövcud çatışmazlıqların aradan qaldırılmasının "uzun və çoxillik proses” olduğunu deyib.

O iddia edib ki, "nisbətən yeni silahların alınması” tempi son iki ildə bir qədər yüksəlibmiş. Əlbəttə, "son iki il” deyəndə Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonrakı dövr nəzərdə tutulur və dolayısı ilə hazırkı məğlubiyyətin səbəbkarının Sərkisyan olduğu göstərilir.

"Etiraf edək ki, Ermənistanın qırıcı aviasiyası heç vaxt olmayıb. Pilotların belə yeni texnologiyaya yiyələnməsi, müasir silahdan istifadə edə bilməsi üçün zaman lazımdır. Bundan ötrü ən azı illər gərəkdir”, - deyə Ovannisyan Rusiyadan yeni alınan Su-30-larla bağlı danışarkən deyib.

Azərbaycan Ordusunun ən müasir döyüş texnikası və silahlardan istifadə etdiyini bildirən Ovannisyan deyib:

"Anlamaq lazımdır ki, biz uzun illər ərzində Azərbaycandan hərbi xərclərdə çox geri qalmışıq. Onlar çoxlu pul xərcləyiblər, biz isə çox az. Beləliklə, bugünkü problemin səbəbi çoxillik prosesin nəticəsidir”.

Ermənistan MN rəsmisi Azərbaycan PUA-larının Ermənistan ordusunu darmadağın etməsinə də diqqət çəkib və bildirib ki, aviasiya və HHM üçün daha əvvəldən düşünmək lazım idi.

Onun sözlərinə görə, Azərbaycanın Ermənistan ordusunu darmadağın edən PUA-ları hazırda qarşısıalınmazdır:

"Düşmən dronlarının tam ram edilməsi hələ dünyanın heç bir ordusuna nəsib olmayıb. Kiçik ölçülü və çoxsaylı PUA onunla mübarizə aparmaq imkanını qat-qat azaldır. Hətta onlarla HHM sistemi ilə müdafiə olunan müasir ordular belə PUA hücumunun öhdəsindən gələ bilmir”.

Göründüyü kimi, Ermənistan düşdüyü ağır durumu dolayısı ilə etiraf etməklə, hazırkı vəziyyətin günahının əvvəlki prezident Serj Sərkisyanda olduğu, ordunu onun məhv etdiyini dolayısı ilə təbliğ etməyə çalışır.

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı