Qarabag Media

Təhsilə yüksək diqqət və qayğı nümunəsi

Tarix:17-05-2019, 13:24 Baxış Sayı:577 Kateqoriya:Gündəm

Təhsilə yüksək diqqət və qayğı nümunəsi



Samirə Hüseynova
Nəsimi rayonu, M.Hüseynzadə adına
19 nömrəli tam orta məktəbin ingilis dili müəllimi,
“Peşəkar müəllim” media mükafatçısı


Mən, Hüseynova Samirə Əlövsət qızı 1984-cü il iyunun 13-də Qərbi Azərbaycanın Qafan şəhərində ziyalı ailəsində anadan olmuşam. Müəyyən tarixi hadisələr zamanı Bakı şəhərinə köçmüşük. 1990-cı ildə Nəsimi rayonunda yerləşən 247 saylı məktəbin birinci sinfinə getmişəm. 2000-ci ildə həmin məktəbi bitirərək Bakı Slavyan Universitetinin filologiya fakültəsinə daxil olmuşam. Uşaqlıqdan Xarici Dillər Universitetində təhsil almaq arzum idi. Bu arzumu gerçəkləşdirmək üçün Azərbaycan Dillər Universitetinə də daxil oldum. Hələ uşaqlıqdan elmə, biliyə həvəs göstərməyin səbəbi gələcəkdə müəllimlik peşəsinə yiyələnmək arzumu gerçəkləşdirmək idi. Müəllimlik peşəsini sevməyə məni sövq edən amillərdən biri də müəllim ailəsində anadan olmağım idi. Atam Əhmədov Əlövsət Qafan rayonunun ziyalılarından biri, coğrafiya müəllimi idi. Sonralar isə Dövlət Torpaq Komitəsində şöbə müdiri vəzifəsində çalışıb.
2005-ci ildən Bakı şəhəri Nəsimi rayonunda yerləşən M.Hüseynzadə adına 19 saylı orta məktəbdə pedaqoji fəaliyyətə başlamışam. Gənc müəllim kimi fəaliyyətə başladığım ilk dövrlərdən tədris etdiyim fənni şagirdlərə sevdirməyimin nəticəsi olaraq bir çox şagirdlərin müəllim olmaq arzusunda olub. Yüzlərlə şagirdə elm, bilik vermək məncə ən qürurlu peşədir. Fəaliyyətim boyu bir çox şagirdlərimin tələbə adı qazanmağı, bir çox sahələrdə uğurlar əldə etməyi müəllimlik peşəsini mənə daha da sevdirir.
Azərbaycanda texnoloji yeniliklərin tətbiqi təhsilin inkişafına gətirib çıxarır. Məktəblərdə yeni texniki avadanlıqların olması və dərs zamanı bu innavasiyaların tətbiq edilməsi şagirdlərdə elmə həvəsi daha da artırır. Dərs prosesində dərsə marağı artırmaq məqsədilə müəllim olaraq bu innavasiyalardan istifadə etmək şagirdlərə stimul verir.
Hal-hazırda doqquzuncu sinfin rəhbəriyəm. Nizam-intizam, biliyə elmə yüksək dəyər verdiyimdən işimdə məsuliyyətli olmağım sayəsində “İlin ən yaxşı sinif rəhbəri” müsabiqəsinin qalibi olmuşam. Bundan başqa pedaqoji fəaliyyətimi inkişaf etdirəcək bir çox layihələrdə iştirak etmişəm.
Bir xalq yalnız savadlı, cəmiyyəti inkişaf etmiş elmi ilə qürur duya bilər. Yalnız savadlı cəmiyyətlə irəli getmək, uğurlara nail olmaq ölkəni tanıtmaq mümkündür. Hazırda dövlət siyasətinin prioritetlərindən biri də savadlı gənclər yetişdirmək təhsilli, gənclərin sayəsində iqtisadi, hərbi və elm sahəsində irəliləməyi qarşıya məqsəd qoyub. Artıq deyə bilərik ki, müasir elmlə və müasir təhsil sistemi ilə ayaqlaşan Azərbaycan təhsil sistemi dünya təhsilində öz yerini tapmaqdadır. Nə qədər çox savadlı şagirdlər yetişdirsək, Azərbaycanımıza da o qədər xeyir vermiş olarıq.

***

Müasir dövrdə elmi-intellektual potensial hər bir xalqın mütərəqqi inkişafının mühüm amilinə çevrilmişdir. Qloballaşan dünyada dövlətin öncüllüyü, milli inkişaf səviyyəsi və gələcək taleyi bu strateji sahənin mövcud durumu ilə şərtlənir. İqtisadi tərəqqi, demokratikləşmə və insan hüquqlarının etibarlı təminatı baxımından özünün yüksək inkişaf mərhələsinə çatmış ölkələrin nailiyyətləri məhz elmə, təhsilə yüksək diqqət və qayğı sayəsində əldə edilmişdir.

Azərbaycanda dinamik iqtisadi inkişafın sürətləndirilməsinə, cəmiyyət həyatının bütün sahələrində mütərəqqi islahatların aparılmasına etibarlı təminat yaradan dövlət başçısı cənab İlham Əliyev elm və təhsilin problemlərini daim diqqət mərkəzində saxlayaraq ulu öndərin bu sahədə müəyyənləşdirdiyi prioritetlərin varisliyini təmin etmişdir. Azərbaycan Prezidentinin elm və təhsilin davamlı inkişaf konsepsiyasının uğurla gerçəkləşdirilməsində Heydər Əliyev Fondunun son 10 illik fəaliyyəti də xüsusi vurğulanmalıdır.

Fondun milli maarifçilik xəttinin həyata keçirilməsi sahəsində gördüyü işlər konkret çərçivə ilə məhdudlaşmır - məktəb tikintisindən tutmuş UNESCO ilə konkret təhsil proqramlarının həyata keçirilməsinədək - geniş spektri əhatə edir. Qısa müddət ərzində uğurla gerçəkləşdirilən bu layihələr cəmiyyətdə geniş rezonansa səbəb olmuş, böyük rəğbət və etimadla qarşılanmışdır. Azərbaycanın zəruri ehtiyaclarını nəzərə alan Heydər Əliyev Fondunun yeni məktəb tikintisi, mövcud orta ümumtəhsil müəssisələrinin əsaslı təmiri və bərpası istiqamətində həyata keçirdiyi tədbirlər son dərəcə təqdirəlayiqdir. Bu nüfuzlu qurumun ümummilli mənafelərə hesablanmış tədbirlərin həyata keçirilməsində cəmiyyətdən ciddi mənəvi-maddi dəstək alması görülən işlərin miqyasını, dinamikliyini və səmərəliliyini daha da artırmışdır.

Heydər Əliyev Fondunun təhsillə bağlı qarşıya qoyduğu strateji məqsəd Azərbaycanda bu sahənin qloballaşan dünyanın tələbləri səviyyəsində qurmaq, milli təhsil modelinin gerçəkləşdirilməsinə maddi-texniki və intellektual zəmin formalaşdırmaqdır. Şübhəsiz, təhsil infrastrukturunu yeniləşdirmədən, müasir tipli yeni məktəblər inşa etmədən, təlim-tədris prosesinə lazımi şərait yaratmadan, dünya ölkələrinin mütərəqqi təhsil ənənələrini nəzərə almadan bu məqsədlərə nail olmaq qeyri-mümkündür. Bunu nəzərə alan fond ilk növbədə yeni məktəblərin inşası istiqamətində sistemli və ardıcıl iş aparır. Azərbaycanın birinci xanımının birbaşa təşəbbüsü ilə həyata keçirilən "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi bu baxımdan cəmiyyətdə çox böyük əks-səda doğurmuşdur.

Layihə çərçivəsində hələ 2005-ci ildə Azərbaycanın ən müxtəlif bölgələrində rekord sayda - 132, 2006-cı ildə isə daha 100 yeni məktəb binasının tikilərək istifadəyə verilməsi və lazımi avadanlıqlarla təchiz olunması dövlətin bu sahədə həyata keçirdiyi işlərə əvəzsiz töhfə olmuşdur. Ümumilikdə proqram çərçivəsində 2005-2012-ci illər ərzində ölkənin müxtəlif bölgələrində 100 mindən artıq şagirdin təhsil aldığı 400-dək məktəb binası inşa olunmuş və ya yenidən qurulmuşdur. Bu məktəblərin hər birində müasir laboratoriya, kitabxana, yeməkxana, ən son avadanlıqla təchiz edilmiş kompüter otaqları, emalatxana, idman zalları, geniş meydançalar və ayrıca istilik sistemi var. Heydər Əliyev Fondu belə göstəricilərə nail olmaqla sübut etmişdir ki, yüksək əzm və iradə, ən əsası, vətənpərvərlik milli inkişafda son dərəcə vacib amildir. "Ölkəmizdə çox böyük əks-səda doğuran "Yeniləşən Azərbaycana yeni məktəb" proqramıdır. Biz ilk dəfə bu proqramı təqdim edəndə "dəyirmi masa" keçirmişdik. Çox adam inanmırdı, şübhə ilə yanaşırdı ki, bu necə ola bilər, üç-dörd ay ərzində 132 məktəb tikiləcək, özü də əksəriyyəti ucqar rayonlarda, ölkəmizin dağlıq rayonlarında inşa olunacaqdır. Amma biz sübut etdik ki, əgər inam varsa, iradə varsa, əgər işləri düzgün qurmaq bacarığı varsa, hər bir problem çox qısa bir zamanda öz həllini tapa bilər" - deyən fondun prezidenti Mehriban xanım Əliyeva görülən işlərin davam etdiriləcəyini, qarşıdakı illərdə də yeni məktəb binalarının tikilib istifadəyə veriləcəyini bəyan etmişdir. Təqdirəlayiq haldır ki, Azərbaycan Prezidentinin regionlara səfərləri zamanı ölkənin birinci xanımı fondun xətti ilə aparılan inşaat işləri ilə yaxından tanış olur, lazımi tövsiyələrini verir.

Son illərdə proqramın icrasının növbəti mərhələsinə başlanılmış, regionlarda yeni məktəblərin inşası, habelə mövcud təhsil müəssisələrinin əsaslı təmiri prosesi uğurla davam etdirilmişdir. Məsələn, proqram çərçivəsində təkcə 2013-2014-cü tədris ilində Yevlax rayonunda Kövər kənd orta məktəbinin binası, Bakının Pirşağı qəsəbəsində 112 saylı məktəb əsaslı təmir olunub. Şabran rayonunun Gilavar, Xaçmazın Palıdlı, Zaqatalada Bəhmətli kəndlərində yeniləri inşa edilib. Şəmkirdə Bakı Oksford Məktəbinin Uşaq Akademiyası binasının açılışı olub. Ötən il Yunanıstanda Yay Olimpiya Məktəbi istifadəyə verilib.

Nüfuzlu "Business-year" jurnalının Azərbaycana həsr olunmuş 2012-ci il tarixli xüsusi buraxılışında Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva həyata keçirilən elm və təhsil layihələrinin gələcəkdə yüksək nəticə verəcəyini əminliklə bildirmişdir: "Fondun layihələri çərçivəsində yüzlərlə məktəb, onlarca uşaq bağçası və ixtisaslaşdırılmış uşaq məktəbləri tikilmiş, təmir olunmuş, yüksək standartlar səviyyəsində təchiz olunmuşdur. Belə müasir məktəblər yeni üfüqlər açır, şagirdlər üçün yeni imkanlar yaradır. Bu isə on minlərlə oğlan və qızı layihəyə cəlb etmək deməkdir. Fondun təşəbbüsü ilə yəhudi təhsil mərkəzi, fransız məktəbi yaradılmışdır. Çox mühüm işdir, qoyulan sərmayənin özünü doğruldacağı şübhəsizdir".

320 yerlik Bakı Fransız Liseyi binasının tikintisi üzrə işlər sentyabr ayına qədər yekunlaşdırılacaqdır. Bu ilin may ayında ölkəmizdə səfərdə olan Fransa Prezidenti Fransua Olland liseydə aparılan tikinti işləri ilə tanış olmuşdur.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva çıxışlarında daim bildirir ki, son illər Azərbaycanda iqtisadi yüksəliş bütün sahələrdə özünü büruzə verir. Təhsilin inkişafına göstərilən diqqət və bu sahəyə ayrılan vəsait günbəgün artır. Son 10 ildə ölkədə 2700 məktəb inşa olunmuş və əsaslı təmir edilmişdir. Bununla da respublikada 1 milyondan çox şagirdin təhsil alma şəraiti yaxşılaşdırılmışdır. "Üçüncü regional inkişaf proqramı çərçivəsində təmirə ehtiyacı olan bütün məktəblər yenidən qurulacaq və ölkədə bir təmirsiz məktəb qalmayacaq" - deyən Mehriban xanım Əliyeva bu layihə çərçivəsində 32 internat məktəbinin və uşaq evinin yenidən qurulduğunu bildirmişdir. Azərbaycanın birinci xanımı Heydər Əliyev Fondunun özəl sektorlarla gözəl işbirliyi yaratdığını da dəfələrlə diqqətə çatdırmışdır.

Fondun "Təhsilə dəstək" layihəsi də özünün humanist məqsədləri ilə diqqəti çəkir. Layihə çərçivəsində Ermənistanın Azərbaycana təcavüzü nəticəsində daimi yaşayış yerlərini tərk etmiş qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə hər il çanta və məktəb ləvazimatları hədiyyə edilir. Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrindəki təhsil ocaqlarına, həmçinin Qax, Zaqatala və Balakən rayonlarında tədrisin gürcü dilində aparıldığı məktəblərə də mütəmadi olaraq yeni dərslik və tədris ləvazimatları göndərilir.

Bunlardan əlavə, təhsilin birinci pilləsi sayılan məktəbəqədər uşaq tərbiyə müəssisələrinin yenidən qurulması işləri də uğurla həyata keçirilir. 2005-2012-ci illər ərzində respublika üzrə 20-dək uşaq bağçası əsaslı təmir olunaraq müasir avadanlıqlarla təchiz edilmişdir.

Heydər Əliyev Fondunun "Təhsilə dəstək" layihəsi çərçivəsində Gürcüstan, Misir, Rumıniya, Rusiya Federasiyası, Pakistan və Hollandiyada bir sıra məktəblər yenidən qurulmuş və əsaslı təmir olunmuşdur. Pakistanın Müzəffərabad şəhəri Rara ərazisində zəlzələdən dağılmış qızlar məktəbinin əvəzində onlar üçün yeni tədris binasının inşası uğurlu və önəmli layihələrdəndir.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gürcüstanın Dmanisi rayonunda yeni kompüter tədris mərkəzinin binası inşa edilərək istifadəyə verilmişdir. Gürcüstanın Marneuli şəhərindəki

7 nömrəli Azərbaycan ümumtəhsil məktəbi, Tbilisidəki M.F.Axundzadə adına 73 nömrəli orta məktəb, Qardabanidəki 3 nömrəli Azərbaycan məktəbi və Dmanisidəki 2 nömrəli Azərbaycan beynəlxalq orta məktəbi əsaslı təmir olunmuşdur.

2010-cu ildə Rusiya Federasiyasının Ulyanovsk şəhərindəki 78 nömrəli orta ümumtəhsil məktəbinin binası yenidən qurulmuşdur. 2011-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gürcüstanın Bolnisi rayonunun Həsən Xocalı və Cəfərli kəndlərində yeni məktəb binaları inşa edilmişdir. 2014-cü ildə Budapeştdə görmə qabiliyyəti zəif olan uşaqlar üçün Laslo Vattiani adına Roma Katolik Mərkəzində reabilitasiya kursu keçmiş 18 yaşdan yuxarı oğlan və qızlar üçün yeni beşmərtəbəli yataqxana korpusunun təməli qoyulmuşdur. Həştərxanda yeni uşaq bağçasının tikintisinə başlanmışdır. Göyçayda şahmat məktəbi istifadəyə verilmişdir. Bundan başqa, Heydər Əliyev Fondunun dəstəyi ilə Buxarestdə Rumın-Amerikan Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Araşdırmalar Mərkəzində Azərbaycan dili və ədəbiyyatı fənlərinin tədrisinə başlanılmışdır.

Heydər Əliyev Fondunun uşaq evləri və internat məktəblərinin inkişafı ilə bağlı layihəsi də mühüm sosial əhəmiyyətə malikdir. Xatırladaq ki, proqram üzrə yaradılmış işçi qrupu respublikada fəaliyyət göstərən uşaq evləri və internat məktəblərində mövcud problemlərin araşdırılması məqsədilə monitorinq aparmış, belə müəssisələrdə uşaqların sayı, aylıq və illik dövlət təminatına daxil olan qida, geyim, texniki vəsait normativləri, ümumi şərait (təhsil, səhiyyə, yaşayış, istirahət) kimi göstəriciləri müəyyən etmişdir. Araşdırmadan sonra uşaq evlərinə və internatlara texniki dəstək, təhsil və səhiyyənin inkişafına kömək əsas istiqamətlər kimi önə çəkilmişdir.

"Uşaq evləri və internat məktəblərinin inkişafı" Proqramı çərçivəsində respublika üzrə 30-dan çox uşaq müəssisəsi əsaslı şəkildə təmir edilmiş, yeni avadanlıqla təchiz olunmuş, əlavə yardımçı binalar inşa edilmiş və kommunal şərait yaxşılaşdırılmışdır.

Xüsusi vurğulamaq lazımdır ki, fond təhsil müəssisələrindəki uşaqların sonrakı taleyinə də biganə yanaşmır. Ötən il qurumun təşəbbüsü ilə uşaq evlərində tərbiyə almış, yaşı 18-dən yuxarı olan qızlar üçün Bakının Nizami rayonunda inşa edilmiş 68 mənzillik yaşayış binası istifadəyə verilmişdir. Binadakı mənzillər zəruri məişət avadanlığı ilə təmin olunmuşdur.

Heydər Əliyev Fondunun əsas məqsədlərindən biri xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərmək, onların sağlamlığını mühafizə sosial problemlərini həll etməkdir. Bu məqsədlə qurum, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və BMT-nin İnkişaf Proqramının birgə layihəsi əsasında fiziki imkanları məhdud insanlar üçün regional informasiya mərkəzləri yaradır. Yevlaxda, Naxçıvanda belə informasiya mərkəzləri artıq fəaliyyətdədir.

2014-cü il fevralın 24-də isə Heydər Əliyev Fondunun "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramı"nın təqdimat mərasimi olmuşdur. Fondun prezidenti Mehriban xanım Əliyeva bildirmişdir ki, bu gün Azərbaycanda fəaliyyət göstərən uşaq bağçalarının əksəriyyəti sovet dövründə tikilib: "O zamandan bu günə qədər Azərbaycanda əhalinin sayı 25-30 faiz artıb. Mövcud bağçalar tələbatı ödəmir. Onlar tələbatı təxminən 18-20 faiz səviyyəsində ödəyir... Artan tələbatı ödəmək üçün yeni bağçalar tikilməlidir".

Layihə çərçivəsində qısa müddətdə Xəzər rayonunun Buzovna qəsəbəsində 246 nömrəli, Binə qəsəbəsində 285 nömrəli körpələr evi-uşaq bağçaları yenidən qurulmuşdur. Hazırda Qaxda 2, Oğuzda 2, Zaqatalada 2, Ağsuda 1, Samuxda 2, Füzulidə 1 uşaq bağçasının tikintisi davam etdirilir. Bakının Badamdar və Türkan qəsəbələrində, Pirallahı rayonunda da məktəbəqədər müəssisələr inşa edilir.

Belə genişmiqyaslı fəaliyyətin nəticəsidir ki, Heydər Əliyev Fondu milli mənafelərə əsaslanan maarifçilik xəttini uğurla davam etdirən təşkilat kimi özünü təsdiqləmiş, çoxşaxəli fəaliyyəti ilə cəmiyyətdə böyük nüfuz və etimad qazanmışdır. Fond əsrin əvvəllərində yaşamış vətənpərvər ziyalılarımızın yeritdiyi fəal maarifçilik təmayülünü inamla reallaşdırır. Bu xoşməramlı missiya isə Azərbaycana gələcək üçün yüksək səviyyəli, intellektual kadrların yetişdirilməsinə, millətin nurlu sabahına xidmət edir.


Təhsilə yüksək diqqət və qayğı nümunəsi
Təhsilə yüksək diqqət və qayğı nümunəsi
Təhsilə yüksək diqqət və qayğı nümunəsi
Təhsilə yüksək diqqət və qayğı nümunəsi

SON XƏBƏRLƏR
Birliyin və həmrəyliyin gücləndirilməsi
COP29 kimi böyük beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi isə böyük tarixi hadisədir
İlin son ayı bu 3 BÜRCƏ xoşbəxtlik gətirəcək - Dekabrın ən şanslıları
Rusiya ordusu Dneprdəki hərbi zavodu vurub
“Blue City” Yaşayış Kompleksi COP 29-a hazırlıq müstəvisində hökumətə etibarlı tərəf müqabili kimi çıxış edir
Bakıda vətəndaşlar içəridə ola-ola evi sökdülər - ANBAAN VİDEO
18 Oktyabr - Dövlət Müstəqilliyinin bərpası günüdür
Bank maşınları təcili satışa çıxarıldı - UCUZ QİYMƏTLƏR
“Leyli və Məcnun” Gənc Tamaşaçılar Teatrının səhnəsində
COP29 könüllüləri üçün xüsusi rol təlimləri yekunlaşıb
Ayselin arxiv fotosundan yazdılar: "Dünya tarixinin ən gözəl xanımı... "
İlham Əliyev Bakıda keçirilən beynəlxalq sərgi iştirakçılarına müraciət ünvanladı
Azərbaycan Prezidenti: Ermənistanı bizə qarşı yönəltmək üçün bəzi Qərb dövlətlərinin planları göz qabağındadır
Azərbaycanda icra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM
İlham Əliyev Səudiyyə Ərəbistanı kralını təbrik etdi
COP29-un ilk rəsmi tərəfdaşları açıqlanıb
Prezident İlham Əliyev "Gulfstream Aerospace" şirkətinin prezidentini qəbul edib
"Formula 1": Bakıda səkkizinci yarış bu gün start götürür
Rusiya Iranın "qırmızı xətt"ini tanımadı: "Zəngəzur dəhlizi açılmalıdır" - GƏLİŞMƏ
Türkiyənin Azərbaycandakı səfirliyində 30 Avqust - Zəfər Bayramı münasibətilə tədbir keçirilir
Qərbi Azərbaycan Xronikası: Rusiya Zəngəzur dəhlizinin açılması üçün Ermənistana təzyiqlərini artıracaq
Qızmar günəşdən qorunmaq üçün nələr etməliyik?
Qızmar günəşdən qorunmaq üçün nələr etməliyik?
Başına bit düşən uşaqlara hansı dərman vurulmalıdır?
Yaponiyanın məşhur avtomobil brendləri birləşir
Yeni səviyyəyə yüksələn əlaqələr: Birgə Bəyannamə iki mühüm hadisə fonunda
Paris-2024-də günün yekunu: Azərbaycan boksçusu üçün uğurlu gün
FATEH BƏY: Zəfər tariximizin başlanğıcı: 15 İyun - Milli Qurtuluş Günü
Rusiya sülhməramlıları Azərbaycanı tam tərk etdilər: Xocalıda TARİXİ AN - VİDEO
ELVİN PAŞAYEV : Dövlətçilik tariximizi qürurla yaşadırıq