Anar Yusif oğlu Hüseynli 1988-ci il may ayının 7-də Bakı şəhərində anadan olub.
1994-cü ildə Zirə qəsəbəsində 120 saylı orta məktəbin birinci sinfinə gedib.
2005-ci ildə həmin məktəbi bitirib, Milli Aviasiya Akademiyasının “Avianəqliyyat İstehsalatı” fakültəsinə qəbul olunub.
2010-cu ildə Akademiyanı fərqlənmə diplomu ilə bitirib, Avianəqliyyat İstehsalatının təşkili üzrə mühəndis ixtisasına yiyələnib.
2011-ci ildən “Silk Way” Aviaşirkəti MMC–nin “Ground Handling Company” filialı Avaiyük xidməti üzrə departamentin Müştəri xidmətləri şöbəsinin mütəxəssisi vəziəsində çalışıb.
2014-cü il 23 dekabr tarixində keçirilən bələdiyyə seçkilərinə qatılıb və bələdiyyə üzvü seçilib. 2017-ci il 2 oktyabr tarixindən bələdiyyə sədri vəzifəsində çalışır.
YAP-ın üzvüdür. Ailəlidir. 2 övladı var.
***
Xəzər rayonu Zirə bələdiyyəsinin 2018-ci ilin 1 il ərzində gördüyü işlər
\Zirə Bələdiyyəsinin sədri Anar Hüseynli bizimlə müsahibəsində dedi:
Zirə bələdiyyəsinin fəaliyyətində əsas məqsəd qəsəbənin aztəminatlı ailələrinə dəstək olmaq, qəsəbənin yaşıllaşdırılması və abadlaşdırılmasına çalışmaqdır. Vətəndaşların qəbulu, onların müraciətlərinin baxılması və həllinin təmin olunması daima diqqətimizdədir.
Bələdiyyələr özünüidarəetmə orqanı olduğu üçün, qanunla müəyyən edilmiş qaydada büdcəsi yerli vergi və ödənişlər əsasında formalaşır. Zirə bələdiyyəsi yığılan həmin məbləği qəsəbənin abadlaşdırılmasına, ekoloji vəziyyətinin yaxşılaşdırılmasına, maddi köməyə ehtiyac olan qəsəbə sakinlərinin problemlərinin həllinə yönəltməklə bir çox işlər görmüşdür.
Belə ki, 2018-ci il ərzində qəsəbə ərazisindən məişət tullantıları gündəlik olaraq yığılmış və daşınmışdır.
Qəsəbədaxili küçələrin kənarlarında əkilmiş ağaclara mütəmadi olaraq qulluq edilmişdir.
“20 Yanvar” faciəsinin 28-ci ildönümü ilə əlaqədar bələdiyyə üzvləri tərəfindən “Şəhidlər Xiyabanı” ziyarət edilmişdir.
Bələdiyyə tərəfindən “20 Yanvar” şəhid ailəsi Əskərova Dilşad Əli qızı, “20 Yanvar” əlilləri Rzayev Elxan İslam oğlu və Məmmədov Sahib Xanəhməd oğlunun hər birinə 50 (əlli) manat məbləğində maddi yardım göstərilmiş və ərzaq köməkliyi olunmuşdur.
“Xocalı soyqırımı” hadisəsi ilə əlaqədar anım mərasimi təşkil olunmuş və “Xocalı soyqırımı” qurbanlarının xatirəsinə ucaldılmış abidə bələdiyyə qulluqçuları və üzvləri tərəfindən ziyarət edilmişdir.
“8 Mart Beynəlxalq Qadınlar günü” münasibətilə bələdiyyənin qadın kollektivi təbrik edilmişdir.
Xəzər rayonu Mərdəkan parkında 19 mart 2018-ci il tarixdə keçirilmiş ümumrayon “Novruz bayramı”nın yüksək səviyyədə keçirilməsi üçün maddi köməklik göstərilmiş və bayram tədbirində bələdiyyə nümayəndələri iştirak etmişdir.
“31 mart Azərbaycanlıların soyqırım günü” ilə əlaqədar Xəzər rayon Mərdəkan qəsəbəsində keçirilən tədbirdə Zirə bələdiyyəsindən nümayəndələr iştirak etmiş və türk əsgərinin məzarı ziyarət edilmişdir.
11 aprel 2018-ci il tarixində Prezident seçkiləri Zirə qəsəbəsində yüksək səviyyədə keçirilmişdir. 12 aprel 2018-ci il tarixində “Heydər Əliyev Mərkəzində ” keçirilmiş tədbirdə Zirə bələdiyyəsinin nümayəndələri iştirak etmişdir.
25 may 2018-ci il tarixində Mərdəkan Mədəniyyət evində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar keçirilən tədbirdə Zirə bələdiyyə üzvləri və qulluqçuları iştirak ediblər.
15 iyun 2018-ci tarixində Zirə Eko park mədəniyyət mərkəzində Qurtuluş günü münasibətilə keçirilən tədbirdə Zirə bələdiyyəsinin üzvləri və qulluqçuları iştirak ediblər.
Bələdiyyənin sosial proqramına əsasən 27 nəfər qəsəbə sakininə maddi köməklik göstərilmişdir.
Qəsəbə sakinlərinin müraciəti əsasında qəsəbədəki 2 avtobus dayanacaqı təmir olunaraq rəglənmişdir. Qəsəbədəki digər avtobus dayanacaqları da rənglənmiş və həmin dayanacaqların oturacaqları təmir olunmuşdur.
Qəsəbədaxili küçələrin kənarlarında əkilmiş ağaclar bələdiyyə tərəfindən su alınaraq suvarılmışdır.
Təmirə ehtiyacı olan qəsəbədaxili torpaq yollara daş tozu tökülərək texnika vasitəsilə yaydırılmışdır.
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında fəal iştirak edən Zirə qəsəbə sakini olmuş Mirzəbala Məhəmmədzadənin adı verilmiş küçənin qarşısında Zirə bələdiyyəsi tərəfindən onun barelyefinin tikintisinə başlanmışdır.
Qəsəbənin Ağamahoğlu küçəsinin yol kənarı bardyurları rənglənmişdir. Azərbaycan Respublikasının 100-illiyi yübileyi munasitilə bələdiyyə işçiləri mükafatlandırılmışdır.
2018-ci il tarixində bələdiyyə tərəfindən “Karsan markalı 2 ədəd sərnişindaşıma avtobusları 152 nömrəli Zirə-Mərdəkan marşrut xəttində istifadəyə verildi.
22 avqust 2018 -ci il tarixində Qurban bayramında 60 sakinə Qurban əti paylanılmışdır.
Mərdəkan Mədəniyyət evində “Ailə Akademiyası’ adı altında keçirilmiş tədbirdə Zirə bələdiyyə üzvləri və qulluqçuları iştirak ediblər.
Zirə qəsəbəsi Eko parkda dindarlarla görüş keçirilmişdir.
10 iyul 2018-ci il tarixli 09 saylı iclasının qərarına əsasən şəhidlərin xatirələrinin ucadılması məqsədilə qəsəbədə “Şəhidlər bulağı” tikilərək Zirə sakinlərinin istifadəsinə verilmişdir.
Zirə bələdiyyəsi ilə birlikdə “Qadın sahibkarlığı” adı altında BMT-nın tədbiri keçirilmişdir. Tədbirdə qadınların sahibkarlıqla məşğul olmalarına köməklik və qadınların sahibkarlığa marağının artırılması barədə maarifləndirmə tədbirləri görülmüşdür.
“Qışlaq” yaşayış massivində bələdiyyə “Şəhidlər bulağı”nın tikintisinə başlayıb.
Qəsəbənin “Qışlaq” yaşayış massivində yerləşən 122 saylı orta məktəbin ətrafına yağış və qrunt suları yığılır və gölməçələr əmələ gəlirdi. Bu da məktəbə gediş-gəlişi çətinləşdirirdi. Bu çətinlik bələdiyyə tərəfindən aradan qaldırıldı.
Zirə qəsəbə sakini Teymurova Tubunisə Ağamməd qızı şifahi olaraq bələdiyyəyə müraciət edərək şəhid oğlu Teymurov Nadir Seyidrza oğlunun qəbir daşının dəyişdirilməsini xahiş etmişdir. Bu məqsədlə Teymurova Tubunisə xanım Ağamməd qızı ilə görüşüb, şəhidin qəbirinə baxış keçirilmişdir. Qəbir daşının ağ mərmər daşı ilə əvəz olunması və 950 (doqquz yüz əlli) manat pul vəsaiti ayrılmışdır.
Zirə bələdiyyəsi üzrə vergi ödəyicilərinin uçotunun dəqiqləşdirilib qeydiyyata alınması davam etdirilir. Zirə qəsəbə sakinləri ilə görüş təşkil olunaraq onlara 2018-cı ilin 1 ili ərzində görülən işlər, büdcəyə daxilolmalar və xərclər barədə hesabat verilmişdir.
Zirə bələdiyyəsinə daxil olmuş məktub və müraciətlərə vaxtında baxılmış və qanunvericiliyə uyğun şəkildə cavablandırılmışdır.
2018-ci ilin altı ayı ərzində bələdiyyə üzvləri ilə 14 iclas keçirilmişdir.
Həmin iclaslarda müxtəlif məsələlər müzakirə edilərək hər biri haqqında müvafiq qərar qəbul edilmiş və icra olunmuşdur.