Yeni Səhifə

ABŞ Konqresinin üç üzvü Qarabağa soxulmağa hazırlaşır

Tarix:20-09-2019, 13:20 Baxış Sayı:87 Kateqoriya:Gündəm

ABŞ Konqresinin üç üzvü Qarabağa soxulmağa hazırlaşır
ABŞ Konqresinin Nümayəndələr palatasının ermənilərə qulluq edən üç üzvü-Ceki Spir-Kançelyan, Cudi Çu və Frenk Pallone Ermənistana oktyabrın 1-də nəzərdə tutulmuş bir həftəlik səfərləri çərçivəsində o cümlədən işğal altındakı Dağlıq Qarabağa baş çəkməyə hazırlaşır.
Bu haqda konqresmen Cudi Çi Konqresdə Amerika Erməni Assambleyası tərəfindən təşkil edilmiş tədbir zamanı deyib.

Cudi Çi konqresmenlər Ed Roys və Frenk Engel tərəfindən bir neçə il əvvəl irəli sürülən, guya təmas xəttində gərginliyi azaltmağa hesablanan və Azərbaycanın rədd etdiyi təkliflərin dəstəklənməsi üçün Dağlıq Qarabağdakı qondarma rejimə 4 milyon dollar ayrılması təşəbbüsünün müəllifidir. Həmin təşəbbüs bir ay əvvəl Nümayəndələr palatasında səs çoxluğu ilə qəbul edilib. Roys-Engel təşəbbüsünə əsasən təmas xəttindən snayperlər və ağır silahlar geri çəkilməli, atəşkəsin monitorinqini aparan müşahidəçilərin sayı artırılması, təmas xəttinə hər hansı yeni silahların yerləşdirilməsindən imtina edilməlidir.

Konqresmen Cudi Çinin təşəbbüsünə əsasən həmin 4 milyon dollar təmas xətti boyu xüsusi avadanlıqların yerləşdirilməsinə sərf olunmalıdır ki, atəşkəs rejimini kimin pozduğunu müəyyənləşdirməyə kömək etsin. Yəni söhbət əslində ermənilərə videomüşahidə qurğularının, teplovizorların alınıb verilməsindən gedir ki, işğalçı qüvvələrin belə qurğulara son illərə qədər çox ciddi ehtiyacı vardı.

Konqresmen Cudi Çi habelə Dağlıq Qarabağdakı qondarma rejimə 6 milyon dollar birbaşa ABŞ yardımının ayrılmasına çalışır.

Konqresmen Frenk Pallone isə deyib ki, Ermənistana “məxməri inqilabdan” sonra ilk səfərləri olacaq və burada məqsəd yeni hökumətə dəstək verməkdir. Ermənipərəst Pallonenin sözlərinə görə, Dövlət Departamenti onlara səfər zamanı Dağlıq Qarabağa baş çəkməkdən çəkinməyi tövsiyə edib.Amma nümayəndə heyəti bu səfəri etməyi qərara alıb.(virtualaz.org)

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı