Yeni Səhifə

Milli Məclisin ən yaşlı üzvləri kimlərdir? - SİYAHI

Tarix:25-10-2019, 10:51 Baxış Sayı:158 Kateqoriya:Gündəm

Milli Məclisin ən yaşlı üzvləri kimlərdir? - SİYAHI
2020-ci ilin noyabrında Azərbaycanda növbəti – VI çağırış Milli Məclisə seçkilər keçiriləcək. Növbəti seçkilərdən sonra parlamentin daha da gəncləşməsi gözlənilir. Bunun səbəbi isə Prezident İlham Əliyevin ölkədə aparılan islahatların bir hissəsi olaraq, dövlət strukturlarında kadrların yenilənməsini zəruri hesab etməsidir. Növbəti parlament seçkilərində yaşca daha gənc olanların deputatlığa namizədliklərini irəli sürəcəyini söyləmək olar.

Prezident İlham Əliyev Hacıbala Abutalıbov və Əli Həsənovun Baş nazirin müavini vəzifəsindən azad edilməsi barədə sərəncamlar imzalayıb.

Ölkə başçısı daha sonra hər iki şəxsi vəzifədən azad olunması ilə bağlı verdiyi ərizələrlə əlaqədar qəbul edib.

Prezident görüşlərdə yaşı 70-i keçən, iqtidarda təmsil olunan məmurların da istefa ərizəsi təqdim edəcəyinə ümidli olduğunu bildirib.

Başlanan islahatların parlamentdən də yan keçməyəcəyi şübhəsizdir. Düzdür, Milli Məclis seçkili orqandır və hakimiyyətin qanunverici qanadını təmsil edir.

Yəni qanunverici orqanda deputat olmaq təyinatla deyil, seçki yolu ilə mümkündür.

Əslində, qanun çərçivəsində hər bir vətəndaşın deputatlığa namizədliyini vermək hüququ var, bununla bağlı yaş senzi yoxdur.

Konstitusiyanın 85-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının seçkilərdə iştirak etmək hüququna malik olan hər bir vətəndaşı qanunla müəyyən edilmiş qaydada Milli Məclisinin deputatı seçilə bilər.

İkili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olanlar, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər deputat seçilə bilməzlər.

Bu şərtlər çərçivəsində hamı deputatlığa iddia edə bilər. Amma...

Hazırda Milli Məclisdə 65-69 yaşlı deputatların sayı 16-dır. Onların siyahısını təqdim edirik.

Rasim Musabəyov (68 yaşı var, bitərəf deputatdır), Eldar Quliyev (YAP üzvüdür, 68 yaşı var), Şəmsəddin Hacıyev (YAP üzvüdür, 69 yaşı var) Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə (69 yaş), Mirkazım Kazımov (YAP üzvüdür, 69 yaşı var), Vətəndaş Həmrəyliyi Partiyasının üzvü Fəzail İbrahimli (68 yaş) , Elmira Axundova (bitərəfdir, 66 yaşı var), Cavanşir Paşazadə (YAP üzvüdür, 66 yaşı var), Tahir Rzayev (YAP üzvüdür, 69 yaşı var), bitərəf Aqil Abbas (66 yaş), Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyev (65 yaş), bitərəf deputat Əli Məsimli (66 yaş), YAP üzvü Aqiyə Naxçıvanlı (69 yaş), YAP üzvü Bəxtiyar Sadıqov (68 yaş) , YAP üzvü Elman Məmmədov (69 yaş), bitərəf Gövhər Baxşəliyeva (65 yaş).

Parlamentdə doğum tarixi daha da əvvələ gedən “yaşlı qvardiya”nın nümayəndələri də az deyil. Yaşı 70-80 yaş arasında olan deputatların sayı 20 nəfərdir.

İndi isə onların adlarını yazaq. YAP-da təmsil olunan Eldar İbrahimovun 74, bitərəf Madər Musayevin 72, YAP üzvü Mixail Zabelinin 73, bitərəf Ziyad Səmədzadənin 79, YAP üzvü Hüseynbala Mirələmovun 74, bitərəf Vahid Əhmədovun 72, YAP üzvü Yevda Abramovun 71, YAP üzvü Tahir Süleymanovun 71, bitərəf Əliağa Hüseynovun 72, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının 72, YAP üzvü Arif Rəhimzadənin 78, YAP üzvü Əhliman Əmiraslanovun 72, Azərbaycan Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlının 77, YAP üzvü Hadi Rəcəblinin 72, bitərəf Elxan Süleymanovun 79, bitərəf millət vəkili Mahir Aslanovun 70, Milli Məclisin vitse-spikeri Valeh Ələsgərovun 73, YAP üzvü Rafiq Məmmədhəsənovun 74, bitərəf deputat Flora Qasımovanın 72 yaşı var.

Siyahı bununla bitmir. Milli Məclisdə yaşı 80-i keçən deputatlar da var. Onların sayı dörddür.

Parlamentin ən yaşlı üzvləri bitərəf Zeynəb Xanlarova (83 yaş), YAP-çı Ağacan Abıyev (82 yaş) bitərəf Fəttah Heydərov (81 yaş) və YAP-çı Yaqub Mahmudovdur (80 yaş).

Prezident İlham Əliyevin mesajından sonra Yeni Azərbaycan Partiyasının yaşı 70-i keçən şəxsləri deyil, daha gənc olanlarını irəli çəkəcəyi gözləniləndir. Ancaq Prezidentin çağırışına digər partiya üzvü olan və ya bitərəf deputatların da əməl edəcəyini söyləmək mümkündür.

Çünki deputatların hamısı dəfələrlə Prezidentin siyasətini, apardığı kadr islahatlarını dəstəklədiklərini bildiriblər.

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı