Hakim Yeni Azərbaycan Partiyasının namizədlər siyahısından bu dəfə bəzi vəzifəli şəxslərin adları çıxarılıb.
BakuPost onlardan ikisinin adını dəqiqləşdirib.
Məlumata görə, Milli Məclisə III, IV və V çağırış deputat seçilən ARDNŞ-nin Prezidenti Rövnəq Abdullayev bu dəfə seçki marafonuna qatılmayacaq.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov da seçkidə iştirak etməyəcək.
Xatırladaq ki, ötən dəfə - V çağırış parlament seçkilərində C.Qurbanov123 saylı Kəlbəcər Seçki Dairəsindən, Rövnəq Abdullayev isə 24 saylı Nizami 1-ci dairəsindən YAP-ın namizədləri olaraq seçilimişdilər.