Yeni Səhifə

Yanvarın 20-də şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək

Tarix:18-01-2020, 22:10 Baxış Sayı:42 Kateqoriya:Gündəm

Yanvarın 20-də şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək
"Yanvarın 20-si səhər saat 08:00-dan tədbir tam başa çatanadək bəzi küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyətin qoyulması və istiqamətin dəyişdirilməsi nəzərdə tutulub".

Bunu Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

O qeyd edib ki, ziyarətə gələnlərin təhlükəsizliyinin təmin edilməsi və onların rahat, fasiləsiz hərəkətinin təşkil edilməsi məqsədilə Parlament prospekti istiqamətində Mehdi Hüseyn küçəsi 1, yəni Teleteatr inzibati binasının yanından İzzət Nəbiyev, Abbasqulu Abbaszadə, yəni Milli Məclisin inzibati binasının arxasından, eləcə də Mikayıl Müşfiq Hüseyn Cavid küçələrinin kəsişməsindən, həmçinin Mikayıl Müşfiq dairəsi Mətbuat prospektinin kəsişməsindən avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamət dəyişdiriləcək: "Ona görə də Parlament prospektindən hərəkət edən sürücülər alternativ yol kimi paytaxtın Neftçilər prospekti Azneft dairəsi, Bayraq meydanı, Bayıl qəsəbəsi 20-ci sahə dairəsindən istifadə etməlidir və yaxud mərkəzdən Yasamal istiqamətinə hərəkət edən vətəndaşlar isə Səməd Vurğun, Bakıxanov, İnşaatçılar, Nəriman Nərimanov və digər sərbəst və rahat istifadə edə bilərlər".

V.Əsədov həmçinin qeyd edib ki, yanvarın 20-də saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək: "Bir dəqiqəlik sükutun edilməsi elanı verildikdə hər bir nəqliyyat vasitəsinin sürücüsü dayanmalı və səs siqnalından istifadə etməlidir. Tədbirin keçirildiyi əraziyə bitişik yerlərdə şəxsi avtomobillərin park edilməsinin də mümkünsüzlüyünü nəzərə alıb hər bir avtomobil sürücüsü tədbirə qatılmaq fikrindədirsə, ictimai nəqliyyat vasitəsindən istifadə etməsi tövsiyə olunur".(apa)

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı