“Ali məktəblərdə çalışan müəllimlərə tədris yükü ilə yanaşı, tədqiqatlara görə də vəsait verilməlidir”.
Oxu.Az-ın məlumatına görə, bununla bağlı deputat Etibar Əliyev təklif səsləndirib.
O bildirib ki, dünyanın əksər ölkələrində tədqiqatlara ayrılan vəsait tədrisə ayrılan maliyyəni üstələyir. Deputat qeyd edib ki, elmi tədqiqatlar, əsasən, universitetlərdə aparılır.
“Hər sahə üzrə bir ali məktəbin tədqiqat universitetinə çevrilməsinə maliyyə vəsaiti ayrılmalıdır”, - deyə Etibar Əliyev bildirib.
O söyləyib ki, yeni tədris ilində ali məktəblərdə dövlət sifarişli yerlərin sayı artırılmalıdır.
Millət vəkili tələbələrin təqaüdlərinin artırılmasının vacibliyini də vurğulayıb.