Qarabag Media

Rafael Cəbrayılovun növbəti fırıldağı: - Sonuncu mandatı da girovluqda imiş

Tarix:20-04-2020, 12:54 Baxış Sayı:78 Kateqoriya:Gündəm

Rafael Cəbrayılovun növbəti fırıldağı: - Sonuncu mandatı da girovluqda imiş
Yəqin ki, Rafael Cəbrayılov adlı adamı tanıyırsınız. Deputat mandatını girov qoymaqla şöhrət qazanmış bu adamın yeni fırıldağı ortaya çıxıb.

Ovqat.com-un məlumatına görə, bu dəfə də o, bir başqa adamdan 100 min dollar alıb əvəzində yenə deputat mandatını girov qoyub.
2012-ci ildən 2019-cu ilə qədər Azərbaycan Milli Məclisinin dəyişilməyən siması olan, hətta parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvlüyünə qədər yüksələn Rafael Cəbrayılovun bu dəfəki qurbanı Kazımova A. (Şikayətçi adının yazılmamasını xahiş etdi) adlı xanımdır.

Kazımovanın bildirdiyinə görə, köhnə deputat ona 2018-ci ilin aprel ayında Binəqədi rayonuna icra başçısı gedəcəyi və onu da yanına şöbə müdiri göndərəcəyi barədə söz verərək pul istəyib. Xanım da Rafael Cəbrayılovun şirin dilinə və etibarlı vəzifəsinə inanıb tələb olunan pulu yaxın ətrafından toplayaraq ona verib. Qısa zamandan sonra isə Binəqədi rayon icra başçısı vəzifəsinə başqasının təyin olunması Kazımovanı şübhəyə salıb. Aldadılmış vətəndaş Rafael Cəbrayılova zəng edib və pulunu geri istəyib.
Azərbaycanın ən yüksək hakimiyyət qollarından birində hüquq məsələlərinə baxan və dövlət quruculuğuyla məşğul olan deputat borcunu qaytarmaq əvəzinə yenə şirin dilini işə salıb. Kazımovaya donuz ferması açdığını bir neçə aya yaxşı pul əldə edəcəyini və bundan sonra borcunu qaytara biləcəyini deyən deputat bu dəfə də onu aldada bilib. Hətta onu inandırmaq üçün deputat mandatını belə girov qoyub.

Rafael Cəbrayılovun növbəti fırıldağı: - Sonuncu mandatı da girovluqda imiş
Rafael Cəbrayılovun növbəti fırıldağı: - Sonuncu mandatı da girovluqda imiş

Xanımın “mən sənin mandatını neynirəm” sualına deputatın cavabı isə xüsusi maraqlılığı ilə seçilir: “Siz nə danışırsınız? Bu mandatın qiyməti milyon yarımdır. Cəmi 100 min pul veribsiniz, milyon yarımlıq girova razı olmursunuz? Mən dilim (doğrusu, bu deyimə ilk dəfə rast gəlirik – Ovqat.com) kimi əziz tutduğum bu mandatı heç dədəmə də həvalə etmərəm.”



Deputatın dilinin şirinliyini əks etdirən video

Yüz min dollarını alıb aldatdığı vətəndaşa bir də mandatını verərək, özünə 1 milyon 400 dollar borclu salan deputat bir müddət də belə baş girələyə bilir. Onun yenidən verdiyi vədə tamamlanda bu səfər başqa bəhanələr araya girir. Gah deputatın atası ağır xəstə olub yorğan-döşəyə düşür və onun yanında bu barədə danışmaq istəmir, gah satılığa qoyduğu evin müştərisindən pul almağa gedir, gah da qardaşı onu aldadır, deputat isə onu öldürməyə hazırlaşır. Beləcə, günlər həftələrə, həftələr aya, aylar illərə çevrilir.

Rafael Cəbrayılovun növbəti fırıldağı: - Sonuncu mandatı da girovluqda imiş

Bizə ən maraqlı gələn isə budur ki, Rafael Cəbrayılov evindəki mebel əşyalarının fotosunu çəkib Kazımovaya göndərərək onu aldada bilirmiş. Lap məşhur lətifədə deyildiyi kimi, qulağına qızıl kisəsini cingildədib yola verirmiş. Onun Kazımovaya çəkib vatçapla göndərdiyi ev əşyaları ilə tanış ola bilərsiniz.

Rafael Cəbrayılovun növbəti fırıldağı: - Sonuncu mandatı da girovluqda imiş
Rafael Cəbrayılovun növbəti fırıldağı: - Sonuncu mandatı da girovluqda imiş
Rafael Cəbrayılovun növbəti fırıldağı: - Sonuncu mandatı da girovluqda imiş
Rafael Cəbrayılovun növbəti fırıldağı: - Sonuncu mandatı da girovluqda imiş

Kazımovanın dediyinə görə, sabiq deputatın özü nizam-intizam tanımasa da, vədləri həftənin günlərinə uyğun olaraq nizamlanırmış. Yəni həftənin ilk günü mütləq atası xəstələnirmiş, ikinci gün rayona gedirmiş, üçüncü gün ev satırmış və s. Növbəti həftə də eyni sözlər, eyni vədlər.

Sabiq deputatın yalanlarından bezən şikayətçi sonunda anasını da götürüb deputatın milyonçular məhəlləsində yerləşən evlərinə qədər gedib. Böyük qəsrin divarlarını xatırladan hasar qapısını nə qədər döymələrinə baxmayaraq açan olmayıb (Ovqat.com bu anları əks etdirən video-görüntü də əldə edib, lakin “əməliyyatın” iştirakçılarından birinin razılığını almadığımızdan həmin videonu hələlik ictimailəşdirmirik). Deputat isə ailəsiylə birlikdə həmin qəsrin içində imiş.

Deputatın ilk girovu

Rafael Cəbrayılovun növbəti fırıldağı: - Sonuncu mandatı da girovluqda imiş

Özünü aldatdığı adamlardan qəsr divarları ilə qoruya bilən deputatı bu əməllərinə görə nədənsə cəzalandıran dövlət qurumu yoxdur. Ötən il bənzər problem yaşananda Rafael Cəbrayılov deputat mandatından imtina edərək canını qurtarmışdı. Halbuki o zaman da bu əməllərdə açıq aşkar dələduzluq motivləri vardı və çox sayda insana vurulan külli miqdarda zərərdən söhbət gedirdi. Bu cür ağır cinayətlərin cəzası isə onsuz da layiq olmadığı mandatdan imtina etməklə yekunlaşmalıdır. Üstəlik, indi məlum olur ki, imtina edilən həmin mandat belə girovluqdaymış.

Yeri gəlmişkən, Azərbaycan oxucusu Rafael Cəbrayılovun adını ilk dəfə 2010-ci ildə eşitmişdi. Bu o zaman idi ki, III çağırış Azərbaycan Milli Məclisinə seçkiləri keçirilmiş və deputat mandatıyla alver biznesinin banisi Rafael Cəbrailov Binəqədi rayonundan deputat seçilmişdi.

Rafael Cəbrayılovun növbəti fırıldağı: - Sonuncu mandatı da girovluqda imiş

Həmin vaxt deputat hərracına baxan sabiq deputat Gülər Əhmədova Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevlə sövdələşməyə getmiş və söhbət zamanı rektora bəzi məsləhətlər verərək bir çox sirlərin üstünü açmışdı. Gülər Əhmədovanın etiraflarına görə, Rafael Cəbrayılova mandat verib deputat edən odur və bu, xanım deputatın gücünü göstərir: “Rafael qalmışdı kənarda, bilmirdi nə etsin... Mən onun işini həll elədim. Rafael Cəbrayılov gətirib pulunu verdi, işi də həll olundu...”

Xanım Əhmədova Elşən Abdullayevlə sövdələşərkən Rafael Cəbrayılova deputat mandatını neçəyə aldığını deməsə də, elə həmin illərdə pia.az saytı “Rafael Cəbrayılovun milyonluq mandatı” sərlövhəli məqaləsində bu suala aydınlıq gətirmişdi. Yazıda 9 saylı Binəqədi seçki dairəsindən deputat seçilmək üçün R.Cəbrayılovun 3 milyondan çox pul xərclədiyi bildirilirdi. Lakin həmin informasiyada R.Cəbrayılovun deputat seçilməsinə köməkliyi G.Əhmədovanın deyil, spiker Oqtay Əsədovun etdiyi qeyd olunurdu: “Rəfael Cəbrayılov deputat seçilmək üçün ”yuxarılara" 3 milyon manata yaxın pul ödəyib. Məlumatlı mənbə deyir ki, ilk əvvəl 1 milyon ödəyən iş adamı daha sonra mandatını tam qarantiyaya almaq üçün daha 2 milyon “tərləməli” olub. Bütün bu işlərdə isə ona Oqtay Əsədov himayədarlıq edib".

Belə görünür ki, Rafael Cəbrayılov “tərlədiyi” milyonları başqalarını aldadaraq əldə edirmiş, sonra da özünün dediyinə görə milyonyarımlıq, mətbuatın iddiasına görə isə 3 milyonluq mandatını 100 minə, 200 minə girov qoyurmuş. Lap Molla Nəsrəddinin “aldım qoz, satdım fındıq” ticarətinə oxşayan bu alış-verişdən əsas qazanan isə ya Gülər Əhmədova və himayədarı, ya da sabiq spiker Oqtay Əsədov olub. Rafael Cəbrayılovun deputatlıq sahəsindəki “bismillahı” belə qalmaqalla başlayıb.

Araşdırmamız davam edəcək.
Ovqat.com

SON XƏBƏRLƏR
Birliyin və həmrəyliyin gücləndirilməsi
COP29 kimi böyük beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi isə böyük tarixi hadisədir
İlin son ayı bu 3 BÜRCƏ xoşbəxtlik gətirəcək - Dekabrın ən şanslıları
Rusiya ordusu Dneprdəki hərbi zavodu vurub
“Blue City” Yaşayış Kompleksi COP 29-a hazırlıq müstəvisində hökumətə etibarlı tərəf müqabili kimi çıxış edir
Bakıda vətəndaşlar içəridə ola-ola evi sökdülər - ANBAAN VİDEO
18 Oktyabr - Dövlət Müstəqilliyinin bərpası günüdür
Bank maşınları təcili satışa çıxarıldı - UCUZ QİYMƏTLƏR
“Leyli və Məcnun” Gənc Tamaşaçılar Teatrının səhnəsində
COP29 könüllüləri üçün xüsusi rol təlimləri yekunlaşıb
Ayselin arxiv fotosundan yazdılar: "Dünya tarixinin ən gözəl xanımı... "
İlham Əliyev Bakıda keçirilən beynəlxalq sərgi iştirakçılarına müraciət ünvanladı
Azərbaycan Prezidenti: Ermənistanı bizə qarşı yönəltmək üçün bəzi Qərb dövlətlərinin planları göz qabağındadır
Azərbaycanda icra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM
İlham Əliyev Səudiyyə Ərəbistanı kralını təbrik etdi
COP29-un ilk rəsmi tərəfdaşları açıqlanıb
Prezident İlham Əliyev "Gulfstream Aerospace" şirkətinin prezidentini qəbul edib
"Formula 1": Bakıda səkkizinci yarış bu gün start götürür
Rusiya Iranın "qırmızı xətt"ini tanımadı: "Zəngəzur dəhlizi açılmalıdır" - GƏLİŞMƏ
Türkiyənin Azərbaycandakı səfirliyində 30 Avqust - Zəfər Bayramı münasibətilə tədbir keçirilir
Qərbi Azərbaycan Xronikası: Rusiya Zəngəzur dəhlizinin açılması üçün Ermənistana təzyiqlərini artıracaq
Qızmar günəşdən qorunmaq üçün nələr etməliyik?
Qızmar günəşdən qorunmaq üçün nələr etməliyik?
Başına bit düşən uşaqlara hansı dərman vurulmalıdır?
Yaponiyanın məşhur avtomobil brendləri birləşir
Yeni səviyyəyə yüksələn əlaqələr: Birgə Bəyannamə iki mühüm hadisə fonunda
Paris-2024-də günün yekunu: Azərbaycan boksçusu üçün uğurlu gün
FATEH BƏY: Zəfər tariximizin başlanğıcı: 15 İyun - Milli Qurtuluş Günü
Rusiya sülhməramlıları Azərbaycanı tam tərk etdilər: Xocalıda TARİXİ AN - VİDEO
ELVİN PAŞAYEV : Dövlətçilik tariximizi qürurla yaşadırıq