Yeni Səhifə

Azərbaycanın Dağlıq Qarabağda yerləşən bütün obyektləri atəş altına almaq imkanı var - GƏLİŞMƏ

Tarix:21-04-2020, 15:15 Baxış Sayı:112 Kateqoriya:Gündəm

Azərbaycanın Dağlıq Qarabağda yerləşən bütün obyektləri atəş altına almaq imkanı var - GƏLİŞMƏ
Dağlıq Qarabağ separatçı rejimində baş verən “rəhbər” dəyişikliyi işğal altında olan bölgədə müəyyən fəallıq yaradıb. Yeni “lider” Azərbaycanın zəbt edilimiş ərazilərində müəyyən obyektlərin tikintisini, eləcə də digər məskunlaşma tədbirlərini genişləndirməyi nəzərdə tutan fikirlər səsləndirib.
Belə şəraitdə Azərbaycan Ordusunun düşməni narahat edən addımlar atması, geniş hərbi əməliyyatlar olmadan belə işğalçı qüvvəyə hansısa təzyiq göstərməsi haqlı olaraq cəmiyyəti düşündürür.
Lakin bəzi ekspertlər hesab edirlər ki, bu, paraktiki baxımdan o qədər də real görünmür.

“İlk növbədə onu vurğulayım ki, bü gün dünyada ikili standartların olduğu göz önündədir. Dağlıq Qarabağ bütün dünya dövlətləri və beynəlxalq qurumlar tərəfindən Azərbaycanın ərazisi kimi qəbul edilir. Dağlıq Qarabağın separatçı rejiminin həyata keçirdiyi heç bir siyasi tədbir rəsmi olaraq heç kim tərəfindən tanınmır. Hətta işğalçı Ermənistanın özü də Dağlıq Qarabağı rəsmən tanımır”.

Bu fikirləri mövzunu Moderator.az-a şərh edən istefada olan polkovnik, hərbi ekspert Şair Ramaldanov səsləndirib.

Onun sözlərinə görə bunun qarşısını həm də mövcud olan beynəlxalq hüquq normaları alır:

“Beynəlxalq şərtlər Dağlıq Qarabağı tanımağa imkan vermir. Bu, de-yure belədir.

Lakin faktiki olaraq isə biz görürük ki, bu gün Dağlıq Qarabağı rəsmən qəbul etməyən beynəlxalq təşkilatlar oradakı separatizmə və işğal faktına heç bir təzyiq göstərmirlər. ATƏT-in Minsk qrupunun üzvü olan ABŞ bəzi ölkələrə yardım edəndə onlara da yardım ayırır, digər üzvlər də hansısa formada belə addımlar atırlar. Azərbaycanın torpaqlarının işğal edilməsini bütün dünya qəbul edir, ancaq Ermənistana qarşı heç bir təsir vasitələrindən istifadə edilmir. Bu da bayaq dediyimiz ikili standartların təzahürüdür”.

Polkovnikin fikrincə, burada da əsas məqsəd geosiyasi qüvvələrin münaqişədən istədikləri vaxt öz məqsədləri üçün istifadə etmək niyyətidir.
Digər tərəfdən bu beynəlxalq şərtlər Azərbaycanın əl-qolunu müəyyən mənada bağlayır:

“Çünki Azərbaycan da atəşkəs razılaşmasını öhdəliyinə götürərkən bu şərtləri qəbul edib. Ona görə də atəşkəs rejimində hər hansı hərbi hərəkət atəşkəsin qaydalarının pozulması kimi qəbul edilir. Yəni güc tətbiq etməklə, hansısa əməliyat aparmaqla - istər kiçikmiqyaslı olsun, istərsə də genişmiqyaslı, əgər biz atəşkəs rejimini qəbul etmişiksə, bu, mümkün deyil. Biz atəşkəslə bağlı öhdəlik götürmüşük”.

Hərbi ekspert onu da xüsusi vurğulayıb ki, bu gün Azərbaycanın Dağlıq Qarabağda yerləşən bütün obyektləri atəş altına almaq imkanı var. Hər hansı dərinlikdə yerləşməsindən asılı olmayaraq onları məhv etmək mümkündür:

“Orada olan bütün obyektlər bizdə qeyd edilib və biz onları daim izləyirik. Sadəcə, qeyd etdiyim kimi, Azərbaycan atəşkəs rejimindən çıxmayıb və ona əməl etməsi ilə bağlı daimi hesabat verilir. Bunu hər iki tərəf edir.

Aprel döyüşləri dövründə Azərbaycan prezidenti də belə bir fikir səsləndirmişdi ki, əgər iki tərəf arasında hərbi əməliyatlar olarsa, Azərbaycan Silahlı Qüvvələri ən qısa bir zamanda işğalçı qüvvələri darmadağın edə bilər. Sadəcə, beynəlxalq normalar və götürülmüş öhdəliklər bu addımları atmağı məhdudlaşdırır. Azərbaycan hərbi baxımdan heç bir addım ata bilmir. Aprel savaşında da biz bunu gördük. Ermənistanın təmas xəttində törətdiyi təxribatın qarşısını almaq üçün Azərbaycan lazımi tədbirləri gördü və uğur qazandı. Azərbaycan düşməni geri oturdan kimi dərhal üçüncü qüvvələr işə qarışdılar.
Ona görə də bu amillər aradan qaldırılmamış Azərbaycan real şərtlərlə hərəkət edir”.

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı