Yeni Səhifə

Alimpaşa Məmmədovun bu ailədən xəbəri varmı? - GİLEY

Tarix:1-05-2020, 11:29 Baxış Sayı:96 Kateqoriya:Gündəm

Alimpaşa Məmmədovun bu ailədən xəbəri varmı? - GİLEY
Şəmkirdə dəmiryolu stansiyasının yaxınlığındakı yarımtikilidə yaşayan Qəmbərovlar ailəsində heç kim işləmir. Rasim Qəmbərov əvvəllər günəmuzd iş tapa bilirdisə, karantin günlərində evdə qalmağa məcburdur. DİA.AZ bildirir ki, ailənin yeganə dərdi işsizlik deyil. Rasimin 18 yaşlı qızı Rasimə, 12 yaşlı oğlu Nazim doğulandan serebral iflic xəstəliyindən əziyyət çəkir. Uşaqlar nəzarət, xüsusi diqqət olmadan yaşaya bilmirlər. Nazim, heç olmasa, hərdən əyləşir, Rasimə həmişə uzanmalı olur. Rasimin həyat yoldaşı bütün gününü xəstə uşaqlara baxmağa həsr edir.

“Tək bacarmır, qayınanam da köməyə gəlir. Həkim səhlənkarlığı oldu, hər ikisi qüsurlu doğuldu. Baxın, üçüncü uşağım belə deyil. Bir yaşı var, gəzməyə başlayıb”, - Rasim danışır.

Ailənin bu illər ərzində uşaqların müalicəsi ilə məşğul olmağa imkanı çatmayıb. Rasim deyir ki, əvvəllər üç aydan bir Nazimi Bakıya - Uşaq Bərpa Müalicə Mərkəzinə gətirirlərmiş. Bir ildir buna da gücləri yetmir: “Göndərişlə gedirdik. Amma yenə müəyyən xərcimiz çıxırdı. Bilirsiz də, həkimlərə 5-10 manat verməsən, can yandırmırlar. Qızımda gərginlik çoxdu. Onu dərmanla saxlayırıq. Dərman olmasa, sakitləşmir. Çox narahat olur. Düzü, dərmanların çoxunu burdakı xəstəxana verir”.

Rasimin danışdığına görə, bir neçə gün əvvəl ailəsinə ərzaq yardımı edilib. Şəmkir sakini bu illər ərzində ilk dəfə belə şey gördüyünü deyir. “Cavan uşaqlar idi. Dedilər ki, 1 il 7 aydı xeyriyyə cəmiyyəti yaradıblar. Bizim kimi imkansız ailələrə baş çəkib ərzaq yardımı eləyirlər. İki kilo ət, pendir, çörək, yumurta, makaron, vermişel, yağ gətirmişdilər. Biz təsadüfi hallarda ət alırdıq. Yenə sağ olsunlar, belə savab iş görürlər. Uşağa əlil arabası vermək də istəyirlər”, - 48 yaşlı müsahibimiz danışır.

Rasimin heç vaxt daimi işi olmayıb. Adətən, günəmuzd fəhlə işi ilə evə pul gətirməyə çalışırmış: “Adətən, divar hörən ustaların əlinin altında işləyirdim. Beləcə, 5-10 manat qazanırdım. İndi o da yoxdu. Tamamilə işsiz qalmışam. Həm də çarəsiz vəziyyətdə”.

Ailəyə əlil övladlara görə müavinət, 266 manat sosial yardım verilir, amma bu, yalnız acından ölməməyə yetir. Çünki evə gələn pulun 476 manatı kreditə gedir. Rasim niyə kredit götürdüyünü izah edir: “Əvvəl qaldığımız daxma uçdu. Yağış o qədər vurmuşdu ki, aynabənd tab gətirmədi. Qohum-əqrəbanın yazığı gəldi, dedilər ki, sizin üçün nəsə tikək. Yaşamağa yerimiz qalmamışdı. Tikinti materialları üçün məcburiyyətdən kredit götürməli oldum. Bir illikdi, cəmi 5 ayını ödəmişəm. Kredit böyük yükə çevrilib”. Yaxınların köməyi ilə mişar daşı ilə divarlar hörülüb. Amma ev yenə də yaşamalı halda deyil.

Ailənin isə bundan artığını etməyə maddi gücü yoxdur. İndi onlar ən adi ehtiyacları da ödəyə bilmirlər. Rasim deyir ki, qohum-əqrəba olmasa, acından ölərlər: "190 manat yardımı almaq şansımız da yoxdur. Sosial yardımı bəhanə eləyirlər”.

İndi Qəmbərovlar ailəsi ümidini bir dəfə köməklərinə yetişmiş həmin cavanlara bağlayıb. Düşünürlər, bəlkə bir daha gəldilər...

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı