Yeni Səhifə

Adil Vəliyevin rayonunda nələr baş verir... - İTTİHAM

Tarix:11-05-2020, 10:24 Baxış Sayı:124 Kateqoriya:Gündəm

Adil Vəliyevin rayonunda nələr baş verir... - İTTİHAM
Adil Vəliyev Sabunçu rayonuna rəhbər təyin olunduğu ilk vaxtlarda Bakıxanov qəsəbəsində kosmetik işlər görməklə missiyasını başa çatmış saydı.
O gündən bəri rayonun hər hansı ərazisində abadlıq, yenidənqurma işlərinə rast gəlinmir. İstər Sabunçu rayonuna daxil olan Bakının bəzi kəndləri olsun, istər Bakıxanov qəsəbəsi, istərsə də Sabunçu vağzalının ətrafındakı vəziyyət.
A.Vəliyev onu tənqid edən media qurumlarını təhdid etmək, məhkəməyə verməklə hədələyərək mətbuatla mübarizəyə başladı. Halbuki, icra başçısı rayonda aşıb-daşan problemlərin həlli ilə məşğul olmalıydı. Rayon üçün böyük işlər gördüyünə özünü inandıran icra hakimi əslində heç biznesini də gizlədə bilmədi.
Ayda 1000 manat maaş alan icra başçısının qəfildən KİV-lərdə bahalı maşın kolleksiyası üzə çıxanda susdu. Xeyli vəsait hesabına şəkilləri, videoları saytlardan sildirə bildi. Sildirməyə bilməzdi.
Çünki, icra başçısının maşın kolleksiyasında qiyməti nə az, nə çox 150-300 min manatdan başlayan "Ferrari”, "Porshe” kimi bahalı avtomobillər vardı.



Məlum oldu ki, A.Vəliyevin "Porsche” avtomobil salonu var. "Sarı gəlin” restoranı və digər ticarət obyektlərinin olması da ictimaiyyətə sirr deyil. Yəni icra başçısı bizneslə məşğuldur.
Rayonun əhalisinin problemləri, onları narahat edən qayğılarla maraqlanmaq əvəzinə, sahibi olduğu «Euro style» LTD şirkətinin gəlirlərinin artırılması istiqamətində fəaliyyətini davam etdirib. Üstəlik torpaq alveri.
Sabunçu rayonunda qanuni yolla torpaq alıb ev tikdirmək istəyən vətəndaşların haqsızlıqlar, bürokratik əngəllərlə üzləşir.
Əksinə pulunu verənlər üçün açıq bazardır, hasarla tik. Saytımızın ünvanına göndərilən video elə bu günlərdə çəkilib.
Anaşkin küçəsində şıdırğı torpaq alverini əks etdirir.
Əminik ki, Adil Vəliyevin valyuta ehtiyyatları həbs edilən Vilyam Hacıyevinkindən on qat çoxdur. Mövzuya qayıdacağıq. //sabahnews.az//

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı