Eks-prezident Əbülfəz Elçibəyin sədrliyi dövründə Azərbaycan Xalq Cəbhəsi Partiyasında (AXCP) sədr müavini olmuş, hazırda isə “Borçalı” Cəmiyyətinə rəhbərlik edən Zəlimxan Məmmədli gözlənilməz qərarla sabiq səhiyyə naziri Əli İnsanovun partiyasına üzv olub.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Əli İnsanov özü sosial şəbəkədə məlumat verib.
Z.Məmmədli Haqq-Ədalət Partiyasında Ali Məclisin sədri vəzifəsinə də seçilib.