Yeni Səhifə

Baş redaktordan Operativ Qərargaha ETİRAZ: - “Bu "fərqləndirmə"yə son qoyulmalıdır”

Tarix:16-06-2020, 17:43 Baxış Sayı:651 Kateqoriya:Gündəm

Baş redaktordan Operativ Qərargaha ETİRAZ: - “Bu "fərqləndirmə"yə son qoyulmalıdır”
“Operativ Qərargah sərt karantin rejiminin qüvvədə olduğu günlərdə nə üçün yalnız telekanal əməkdaşlarının fəaliyyətinə icazə verildiyinə aydınlıq gətirməlidir”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Nazirlər Kabineti yanında Operativ Qərargahın jurnalistlərə münasibətdə sərgilədiyi ayrıseçkiliyə etiraz edən “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib.

Baş redaktor həftəsonu sərt karantin rejimində jurnalistlərin kateqoriyalara bölünməsinin yolverilməz olduğunu bildirib:

“İki günlük sərt karantin rejiminin başa çatmasına bir neçə saat qaldığı və bundan sonra heç bir həmkarımın peşə fəaliyyəti ilə məşğul olmaq üçün evdən çıxmayacağına əmin olduğumdan bir məsələyə münasibət bildirmək istəyirəm. 1993-cü ildən müxtəlif telekanallarda çalışdığım üçün hazırda peşə fəaliyyətlərini televiziyalarda davam etdirən həmkarlarımın məni düzgün başa düşəcəklərinə əminəm.

Hesab edirəm ki, Operativ Qərargah sərt karantin rejiminin qüvvədə olduğu günlərdə nə üçün yalnız telekanal əməkdaşlarının fəaliyyətinə icazə verildiyinə aydınlıq gətirməlidir. Əgər belə bir qərarın verilməsində populyarlıq əsas götürülübsə, o zaman bir neçə internet saytının əməkdaşlarına, sosial şəbəkələrdə, xüsusilə də “YouTube”, “Facebook” və “Instagram”da bir neçə yüz minlik səhifələri olan şəxslərə hər kəsdən öncə peşə fəaliyyəti ilə məşğul olmağa icazə verilməliydi. Jurnalistləri kateqoriyaya bölmək ənənəsi Azərbaycanda çoxdan var və bunun yükünü uzun müddət mənimlə çiyin-çiyinə çalışan həmkarlarımla birlikdə çəkmişik.

Əgər telekanallar Operativ Qərargah üçün bu qədər üstün mövqedə dayanırlarsa, o zaman buyursunlar, qərarlarını yalnız bu kütləvi informasiya vasitələrində yayımlasınlar, maarifləndirmə işini də məhz onların araçılığı ilə həyata keçirsinlər. Şəxsən mən hansı kütləvi informasiya vasitəsində çalışmasından asılı olmayaraq, bütün peşəkar həmkarlarımı JURNALİST kateqoriyasına aid edirəm!

Düşünürəm ki, qarşıdakı günlərdə yenidən sərt karantin rejimi tətbiq ediləcəksə, o zaman televiziyalar üçün tətbiq edilən qaydada bütün kütləvi informasiya vasitələrinin fəaliyyətinə icazə verilməli və heç bir məntiqi izahı olmayan bu “fərqləndirmə”yə son qoyulmalıdır”.

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı