Yeni Səhifə

Qusarda məmur özbaşınalığı... - GİLEY

Tarix:22-06-2020, 16:14 Baxış Sayı:653 Kateqoriya:Gündəm

Qusarda məmur özbaşınalığı... - GİLEY
“Mənə və ailəmə məxsus olan pay torpağının bir hissəsi 2006-cı ilə saxta sənədlərlə başqasına satılıb. Sonradan torpaq daha iki əldən keçib. İş orasındadır ki, illərlə bizim bundan xəbərimiz olmayıb, torpaqda əkin işlərimizi davam etdirmişik. Hətta 2017-ci ilədək “Kapitalbank” vasitəsilə əkin təsərrüfatımıza görə subsidiya da almışıq”.

Bəylər Kürəbəyov danışır ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 14 iyul 2000-ci il tarixli qərarı ilə ona və ailə üzvlərinə 5,64 ha pay torpağı ayrılıb. Ailə həmin torpaqda əkin işləri görərək dolanırmış. 2006-cı ilin mayında Torpaq və və Xəritəçəkmə Komitəsi həmin torpaq sahəsinin 1,22 ha hissəsi də daxil olmaqla, Tofiq Hacıyevə ümumilikdə 100,6 ha torpaq sahəsinə dair Dövlət Aktı verib. Həmin sənədin əsası kimi Qusar Rayon Məhkəməsinin 11.04.2006-cı il tarixli, 2-291 saylı Qətnaməsi və 2005-2006-cı illərdə rayon notariat kontorunda rəsmiləşdirilmiş alqı-satqı müqaviləsinin reyestr nömrələri göstərilib. Ancaq Bəylər Kürəbəyov deyir, onun nə məhkəmə qətnaməsindən, nə də notariat kontorda bağlanmış alqı-satqı müqaviləsindən xəbəri olub.

“Ortada nə məhkəmə qətnaməsi, nə də alqı-satqı müqaviləsi var”

“Bizə bildirilib ki, torpağın bir hissəsi Qusar Rayon Məhkəməsinin 2-291/2006 saylı mülki iş üzrə çıxardığı qərardadır. Guya mən o mülki işdə tərəflərdən biri olmuşam. Arxivə verdiyimiz sorğu nəticəsində məlum oldu ki, 2-291/2006 saylı mülki iş yoxdur, həmin iş nömrəsi altında nikahın pozulması işinə baxılıb. Yəni Qusar Rayon Məhkəməsinin 2006-cı il üzrə arxivinin, həmçinin statistik kartoçkaların qeydiyyatında Albert Kürəbəyovun tərəf olduğu 2-291 saylı mülki iş mövcud deyil. Belə olan halda ortaya sual çıxır – bu torpaq hansı məhkəmə qərarı ilə Tofiq Hacıyevə verilib? O məhkəmə qərarı hələ də ortada yoxdur. Notariat kontorda isə mənim imzamla hər hansı alqı-satqı müqaviləsi rəsmiləşdirilməyib”, - şikayətçi deyir.
Dövlət Notariat Arxivi də müqaviləni axtarıb tapmayıb

Kürəbəyovların vəkili onlara məxsus torpağın bir hissəsinin alqı-satqısına dair Qusar rayon dövlət notariat kontorunda 30.12.2006-cı il tarixdə 4Ə4-780-798, 26.01 2006-cı ildə 4Ə-1-80-83, 14.02.2006-cı il tarixdə 4Ə-2-208-230, 29.04.2006-cı il tarixdə 4Ə-3-483-485, 06.05.2006-cı il tarixdə 4Ə-535-570 reyestr nömrələri ilə təsdiq edilmiş müqavilələrin olub-olmaması ilə bağlı Dövlət Notariat Arxivinə müraciət edib. Arxivdən verilən cavabda bildirilib ki, Qusar rayon dövlət notariat kontoru tərəfindən arxivə təhvil verilmiş qeyd olunan müqavillərin arxiv nüsxəsinə baxış keçirilərkən, sözügedən müqavilələrin Kürəbəyov Albert Mirzəbəy oğlu və onun ailə üzvlərinə deyil, digər şəxslər barəsində rəsmiləşdirildiyi müəyyən edilib. Müraciətdə qeyd edilən 4Ə-530 və 4Ə-535 reyest nömrələri ilə təsdiq edilmiş müqavilələr isə arxivə təhvil verilməyib.

“Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə qarşı iddia qaldırmalıdır”

İndi Tofiq Hacıyev özü də həyatda yoxdur ki, Albert Kürəbəyov məsələni onunla aydınlaşdırsın:

“İş orasındadır ki, vaxtilə saxtakarlıqla torpağımın bir hissəsinə sahiblənmiş o adam dünyasını dəyişib. Ölməmişdən əvvəl torpağı “Aqrarqo” MMC-yə, həmin şirkət isə “Aqrosity” MMC-yə satıb. Hazırda torpaq sahəsi sonuncu MMC-nin istifadəsindədir. İndi mən kimin yaxasından yapışım, bilmirəm. Deyirlər ki, biz vicdanlı alıcıyıq, bizə Çıxarışla satılıb, almışıq”.

Albert Kürəbəyov Qusar Rayon Prokurorluğuna müraciət edib. Ona məxsus torpaq sahəsinin bir hissəsinin saxta məhkəmə qətnaməsi ilə satılaraq, həmin sənəd əsasında Çıxarış verilməsinin araşdırlımasını istəyib. Ancaq bu ilin yanvarında prokurorluq torpaq münasibətlərindən yaranan mübahisələr üzrə işə məhkəmələr baxdığını qeyd edərək, cinayət işi başlanmasının rədd edilməsinə dair qərar çıxarıb.

Hüquqşünas Vaqif Alıyev deyir, vətəndaş Çıxarışı verən quruma – Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə qarşı məhkəmə iddiası qaldırmalıdır: “Torpağın hazırkı sahibi vicdanlı alıcı hesab olunur, vətəndaş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı iddia qaldırmalıdır”.

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı