Yeni Səhifə

Rövşən Rzayevin nazirə zəngi Göygöldəki "kadr islahatı"nı hansı məcraya yönəldib? - İDDİA

Tarix:25-06-2020, 15:29 Baxış Sayı:611 Kateqoriya:Gündəm

Rövşən Rzayevin nazirə zəngi Göygöldəki "kadr islahatı"nı hansı məcraya yönəldib? - İDDİA
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətinin Göygöl rayon şöbəsinin rəisi Nazim Cəfərov tutduğu vəzifədən artıq azad edilib. Bir müddətdir ki, barəsində xidməti yoxlamalar həyata keçirilən şöbə rəisinin illərdir ciddi qanun pozuntularına yol verdiyi rəsmiyyətə keçib.
İlkin məlumata görə, Nazim Cəfərov əsasən ÖzünüMəşğulluq Proqramının icrası zamanı maxinasiyalar həyata keçirərək daha çox yoxsul insanları deyil, sabiq icra başçısı Arif Seyidovun tapşırıqlarını və maraqlarını icra edib.
Demokratik.Az-ın əldə etdiyi bilgiyə görə, işindən qovulan Nazim Cəfərov sabiq icra başçısının yaxın adamlarından biri idi. Və məhz onun tezliklə işini itirəcək "Seyidovçu"lardan birincisi olacağı nöqsanlı fəaliyyətlərindən də dolayı gözlənilən olub. Lakin, sabiq icra başçısının axınında üzən "işsizlər rəisi"nin belə tez və "incə" vurulmasının kiməsə faydası da toxunubmuş. Belə ki, illərdir dostu Seyidovun özəl tapşırıqlarını icra etmiş Nazim Cəfərov paralel olaraq DSMF-nin Göygöl rayon şöbəsinin müdiri Ayazi Paşayevlə də qanunsuzluqlara getdiyi bildirilir. Lakin, nazirlik rayon üzrə aparmalı olduğu digər struktur yoxlamasını lokallaşdırıb.
Saytımızın əldə etdiyi bilgilərə əsasən, ƏƏSMN-in Göygöldə həyata keçirməli olduğu "xüsusi yoxlama" ilkin mərhələdə təkcə Nazim Cəfərovun sıradan çıxarılmasına hesablanmayıb. Yoxlama həm də DSMF-nin Göygöl şöbəsində aparılacaq, bu ünvandakı yarıtmazlıqlar da ifşa ediləcəkmiş. Ancaq, bunu önləmək və Seyidovun digər yandaşı Ayazi Paşayevi "təmizdə saxlamaq" üçün tədbirlər işə yarayıb.
Mənbəmiz iddia edir ki, bu işdə Göygöl rayonunun sabiq deputatı, Qaçqın və Məcburi Köçkünlərin işləri Üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev iştirak edib. Nazim Cəfərovun "vurulması" ilə yoxlamanın DSMF Göygöl rayon şöbəsindən dərhal uzaqlaşdırılması baş verib.
İddialara görə, Ayazi Paşayev nazirliyin yoxlamasından qorxaraq problemlərini Rövşən Rzayevə danışaraq komitə sədrinin köməyinə sığınıb. Sabiq deputat da Sahil Babayevə telefon zəngi açaraq nazirə xahişini ifadə edib və uzun illərdir himayə etdiyi Ayazi Paşayevi antikorrupsiya burulğanından hifz edə bilib. Ayazi Paşayevin özünün də yaxınlarına bu barədə bilgi sızdırması, olanları danışması iddiaların doğruluğundan xəbər verir.
Qeyri-rəsmi məlumatlara görə, A.Paşayev öz karyerasını artıq rayonda davam etdirməyəcək, bir sıra məsələləri ört-bas üçün onun artıq Gəncəyə təyinat aldığı, postunu təcili tərk etdiyi də bildirilir.
Xatırladaq ki, Arif Seyidovun 14 illik postundan uzaqlaşdırılmasından dərhal sonra Demokratik.Az saytının rəhbəri Osman Nərimanoğlu
GÖYGÖLDƏ GÖZLƏNTİ: "Arif Seyidov getdi, bəs rayondakı qulbeçələri?!" - SİYAHI
sərlövhəli məqalə ilə çıxış edib, sabiq icra başçısına birbaşa bağlı olan məmurların da rəddinə çağırış edib.
Jurnalistin məqaləsində təqdim etdiyi siyahıda da Ayazi Paşayevin və Nazim Cəfərovun adı özəlliklə yer alırdı.

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı