İyulun 16-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri "X-55” taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.
Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.
Bölmələrimizin sayıqlığı nəticəsində düşmən PUA-sı dərhal aşkarlanaraq məhv edilib.