Yeni Səhifə

Bir həftə əvvəl Elmar Məmmədyarovu mədh edirdi, indi “söyür” - FAKT

Tarix:17-07-2020, 11:48 Baxış Sayı:67 Kateqoriya:Gündəm

Bir həftə əvvəl Elmar Məmmədyarovu mədh edirdi, indi “söyür” - FAKT
Azərbaycanda hər dəfə əhəmiyyətli kadr dəyişikliyi baş verəndə (kimsə “vurulub”, kimsə də yüksəldiləndə) adlarını deputat, siyasətçi, ziyalı, yaxud ictimai xadim qoyanların bir çoxunun “çoxtəyinatlılıq istedadının” fontan vurduğu vaxtlar olur. Belələri dünən tərifləyib göyə qaldırdıqları, süni də olsa böyük ehtiram, hörmət göstərdikləri, məclislərin başına çəkdikləri naziri, yaxud digər yüksək vəzifəli məmuru bu gün “vurulduğu” üçün “uf” demədən ayaqlarının altına almağa, çeynəməyə, didməyə hazırdırlar...

Bir müddət əvvəl ABŞ-da dəyəri milyonlarla ölçülən evlərə malik olduğu üzə çıxan Elmar Məmmədyarov barədə həmin məlumat yayılanda, naziri müdafiə edənlər sıraya düzülmüşdü. Bu məlumatın yayılmasını az qala vətənə xəyanət, Elmar Məmmədyarovu isə milli maraqlarımızın sarsılmaz keşikçisi sayanların cərgəsində duranlardan biri də öz çıxışları ilə daim “diqqət mərkəzi”ndə olan deputat Elman Nəsirov idi.

Cəmi 1 ay bundan əvvəl, yəni hələ DTX-nın əməliyyat keçirmədiyi və Nyu-Yorkdakı mənzillərin “şəxsi məsələ” hesab olunduğu vaxt həmin bu deputat E.Məmmədyarovu belə müdafiə etmişdi: “Son zamanlarda müşahidə edirik ki, Azərbaycanın beynəlxalq sferada uğurlarını ləkələmək məqsədilə Xarici İşlər Nazirliyi hədəfə alınıb... Xarici İşlər Nazirliyi əleyhinə aparılan kampaniyanın arxasında ölkənin əldə etdiyi uğurlara kölgə salmaq, xətt çəkməkdir... Hesab edirəm ki, bu şər kampaniyası məqsədyönlü həyata keçirilir. Təəssüflə demək lazımdır ki, eyni kampaniyanın nüfuzlu Şeyx həzrətlərinin əleyhinə aparılmasının da şahidiyik..."

Bununla da deputat nazirin milyonluq mənzillər almasını, yəni açıq-aşkar korrupsiya faktını həmişəki kimi çox primitiv, əsassız şəkildə ört-basdır edib, oğurluğa dolayısıyla haqq qazandırıb, sonra da bunu yenə “5-ci kolon”un, Azərbaycanı istəməyənlərin və s. əməli kimi qələmə verərək, qulağımızı, gözümüzü, beynimizi “mozol” edən kiflənmiş tezislərdən istifadə edirdi.

Hələ adamdakı “fərasət”ə baxın, E.Məmmədyarovu müdafiə edə-edə, macal tapıb bir az da “sağdan götürərək”, Şeyxülislama da “dəstək verirdi”...

İndi isə həmin bu Elman Nəsirovun bu gün, yəni DTX-nın əməliyyatı ilə yarımcan edilmiş, ölkə başçısının dünənki çıxışı ilə isə “kitabı bağlanmış” və nəhayət, vəzifəsindən kənarlaşdırılan E.Məmmədyarovun fəaliyyətilə bağlı mətbuata söylədiklərinə baxın: “Xarici İşlər Nazirliyinin (XİN) faktiki olaraq fəaliyyəti Azərbaycanın ümumi uğurlu inkişafı ilə uyğunluq təşkil etmir”.

Sonra deyib ki, Azərbaycanda hücum taktikasına söykənən bir diplomatiyanın həyata keçirilməsi hədəf kimi müəyyən edilib, amma E.Məmmədyarovun nazirliyi bu işin öhdəsindən gələ bilməyib: “Lakin bir çox hallarda XİN-in fəaliyyəti bu tələblərə cavab vermir... Hətta məlum olub ki, Elmar Məmmədyarov COVİD-19 pandemiyası ilə əlaqədar Ermənistanla əməkdaşlıq məsələlərini müzakirə edib. Belə çıxır ki, biz işğalçı ölkə ilə əməkdaşlıq etməliyik? Belə olan halda çox mənasız və əhəmiyyəti olmayan bir danışıqlar həyata keçirilib...”

Bunları deyən eyni adamdır. Amma sanki bu adam iki ayrı-ayrı nazirlikdən və nazirdən danışır. Belə çıxır ki, E.Məmmədyarova və onun nazirliyinə nə oldusa, nə baş verdisə son bir ayın içində oldu? Nə deyəsən, sadəcə istər-istəməz sual yaranır ki, görəsən doğrudanmı belə keyfiyyətlərə malik şəxslərin təmsil olunduğu siyasi təşkilat, onların fəaliyyətindən fayda götürdüyünü düşünür?...

Yeri gəlmişkən qeyd edək ki, bir ay öncə E.Məmmədyarovu müdafiə edən təkcə Elman Nəsirov deyildi və yuxarıda qeyd olunanlar bu deputata qarşı qərəz kimi qəbul olunmamalıdır. Bu sıra kifayət qədər geniş idi. Məsələn, başqa bir deputat – Bəxtiyar Sadıqov da bir ay əvvəl Məmmədyarovu və onun nazirliyini göylərə qaldırırdı:

“Xarici siyasətdəki uğurların, ölkənin artan nüfuzunun qarşısında dolayısı yolla duruş gətirə bilməyən həmin anti-Azərbaycan şəbəkə çirkin kampaniyalar aparır. Bəziləri deyirdilər ki, Elmar Məmmədyarov Azərbaycan dilində yaxşı danışmır. Amma bir jurnalist kimi deyirəm ki, nazir çıxışında fikirlərini dəqiq ifadə edir. Eyni zamanda beynəlxalq danışıqlarda xarici dil bilmək olduqca vacibdir ki, Məmmədyarovun ingilis dilində də səlis danışdığını görürük... yüksək çinli dövlət məmurlarına qarşı böhtanlar atıldığını, amma yapışmadığını görmüşük. Onlardan biri də indi Məmmədyarov əleyhinə başladılıb".

Yəqin ki, artıq Bəxtiyar Sadıqovun XİN-dəki DTX əməliyyatından və ölkə başçısının nazirin ünvanına söylədiklərindən və onun istefaya göndərilməsindən xəbəri var. Görəsən, belədə B.Sadıqov bir ay əvvəlki fikrində qalırmı və indi də Məmmədyarovu tərifləyə bilərmi? Yəqin ki, yox, axı indi artıq sabiq nazirin fəaliyyətini və xarici dil bilməsini tərifləyənin “dili quruyar”... /Azpolitika.info

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı