Qarabag Media

Fəal həyat mövqeyi

Tarix:17-07-2020, 12:57 Baxış Sayı:92 Kateqoriya:Gündəm

Fəal həyat mövqeyi
Hər bir xalqın tarixində elə hadisələr olur ki, onun təkcə həyat salnaməsində deyil, həm də ruhunda, yaddaşında silinməz iz qoyur. Ölkəmizin müasir tarixində Mehriban xanım Əliyeva kimi görkəmli qadınnın liderin olması, apardığı siyasət onun intellekti, xarakterindəki xeyirxahlıq, mərhəmət, insanlara əl tutmaq, kömək etmək hissi, millilik, milli-mənəvi dəyərlərə bağlılıq, millətin azadlığı, ölkənin müstəqilliyi üçün fədakar mübarizəsi onun əsalətindən gəlir. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva bugünki səviyyəyə çatmaq üçün yaşadığı illər boyunca böyük əmək sərf etmiş və siyasi arenanın mürəkkəb yollarından keçərək zirvəyə ucalmağı bacarmışdır. Mehriban xanım Əliyeva bu cür idarəetmə prinsipi ilə ətrafındakılara insan səadəti və azadlığı naminə fədakarlığı, mənəvi məsuliyyəti müasir humanist ideya kimi diqqətə çatdırır. Həyata keçirdiyi layihə və ideyalarla yaxşı mənada onun ardıcıllarından olmağı, onun ardınca getməyi təlqin edir. Mehriban xanım əl tutduğu insanların fərdi və əməli səadətinə, xeyirli, zəkalı və işıqlı sabahına bütün qəlbini, varlığını həsr edir.
Son əlli ildə qadınların siyasətdə rolunun artması müşahidə olunur. Ölkəsinin sosial-humanitar və mədəni modernləşməsinin ilhamvericisi olan Azərbaycanın birinci xanımı da müasir dünyanın görkəmli lider qadınları sırasındadır. Heç şübhəsiz, sonrakı dövrlərin tarixçiləri Mehriban Əliyeva fenomenini maraqla öyrənəcəklər. Bizim üçün isə bir sıra aspektlərin harmonik vəhdətindən yaranan bu fenomenin genezisini başa düşmək əhəmiyyətlidir. Bir tərəfdən Azərbaycanda Mehriban Əliyeva kimi liderin formalaşmasını taleyin qisməti hesab etmək olar. Obyektiv desək, onun təşəbbüs və təklifləri müxtəlif sivilizasiya platformalarının qovuşuğunda yerləşən Azərbaycanın sosial-humanitar və mədəni modernləşməsinin hərəkətverici amilinə çevrilib. Sevindirici haldır ki, bu işlə sadəcə təyin edilmiş məmur deyil, fəal həyat mövqeyi, bitib-tükənməyən enerjisi və güclü xarizması olan mütərəqqi əqidəli bir insan məşğul olur. Ən başlıcası isə unutmayaq ki, indiki halda söhbət üç övlad tərbiyə etmiş cazibədar xanımdan gedir. Gözəllik ilə xeyirxahlığın vəhdəti onun hər addımını sosial reallığı dəyişən yaradıcılığa çevirir. Görünür, Mehriban Əliyeva fenomeninin sirri də elə bundadır. Özü də bu, elə bir haldır ki, xarizmatik və cazibədar şəxsiyyət yüksək dərəcədə ziyalılıq ilə vəhdət təşkil edir. Mehriban Əliyeva istər aldığı tərbiyəyə, istər əsil-nəcabətinə, istərsə də təhsilinə görə dünyada belə yüksək səviyyədə başqa birinci xanım çətin tapılar. Bu məziyyətlərə malik olan elita nümayəndələri adətən soyuqqanlı olur, xalqın problem və qayğılarını ürəklərinə yaxın buraxmamağa çalışırlar. Həqiqətən, çətindir, amma Mehriban Əliyeva başqasının dərdinə ürəkdən şərik olur. Çünki onun təbiəti belədir. Mehriban Əliyevanın adı, şübhəsiz ki, bundan sonra da müasir dünyanın görkəmli lider qadınları sırasında olacaq. Özü də taleyin ona nə kimi gələcək hazırlamasından asılı olmayaraq. Kim bilir, bəlkə o, ölkəsində “şaquli” siyasi xətt boyunca yüksələcək, bəlkə də “üfüqi” sosial-humanitar layihələrin sayı artdıqca onun rolu da güclənəcək. İstənilən halda o, Azərbaycanın yetkin qeyri-rəsmi lideridir. Şəksiz ki, onun izi diplomatiya dünyasında da qalacaq. Azərbaycanın birinci xanımı sivilizasiyaların qlobal dialoquna həqiqətən müstəsna töhfə verib. Mehriban xanım Qərbdə Şərqin qeyri-rəsmi elçisidir və klassik Qərb dəyərlərinin “vətəni” olan Avropanı Asiyada və öz vətənində təmsil edir. Birinci xanımın rəhbərliyi ilə Heydər Əliyev Fondu Avropada islam-xristian dialoqunda böyük rol oynamağa başlayıb. Vatikanın tarixində ilk dəfədir ki, müqəddəs xristian abidələrinin bərpasına müsəlman ölkəsində fəaliyyət göstərən bir təşkilat kömək edir. Azərbaycanın özündə Fondun təşəbbüsü ilə katolik və pravoslav kilsələri, sinaqoq təmir edilir. Ənənələrin əhəmiyyətli rol oynadığı hər hansı digər ölkə kimi, Azərbaycan da liderin, prezidentin siyasi zirvədə nə kimi rol oynamasından asılıdır. Prezident İlham Əliyevin sərt və prinsipial siyasi xətti Azərbaycanın modernləşməsinin şəksiz xeyrindədir. Mehriban xanım Əliyeva adi təsəvvürlərdən xeyli yüksəkdir. Demokratiyanın Azərbaycan modelinin indiki mərhələdə inkişafı Prezidentin yanında kimin olmasından, onun komandasının şəxsən kimlərdən ibarət olmasından və ömür-gün yoldaşı Mehriban xanım kimi ən yaxın adamlarından asılıdır. Bu da Azərbaycan cəmiyyətinin ölkənin birinci xanımına bəslədiyi məhəbbət və etimadı artırır, və bununla yanaşı ondan fenomenal güc alır, sabaha olan inamı günü-gündən artır. Heç şübhəsiz ki, əgər Azərbaycanı öncül ölkələr siyahısında görmək istəyirsinizsə, onda Mehriban xanım kimi bir şəxsiyyətdən yan keçmək olmaz. Onun yeri icra hakimiyyətinin formal strukturundan kənardadır, lakin unutmayaq ki, onun da adı İlham Əliyev hakimiyyətinin amili kimi böyük hərflərlə yazılan siyasətdədir. Azərbaycanın sistemli sosial-iqtisadi inkişafında onun rolunu danmaq və ya diqqətdən kənarda qoymaq olmaz. Cəsarətlə deyə bilərik ki, o, Azərbaycanın tarixində daim yaşayacaq. “Sizin yorulmaz əməyiniz sayəsində Azərbaycan sosial-iqtisadi sahədə, dövlət quruculuğunda və beynəlxalq aləmdə sanballı uğurlar qazanmışdır.

Turab Zeynalov,
Masallı rayon Beton zavodun aparıcı mütəxəssisi

SON XƏBƏRLƏR
Birliyin və həmrəyliyin gücləndirilməsi
COP29 kimi böyük beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi isə böyük tarixi hadisədir
İlin son ayı bu 3 BÜRCƏ xoşbəxtlik gətirəcək - Dekabrın ən şanslıları
Rusiya ordusu Dneprdəki hərbi zavodu vurub
“Blue City” Yaşayış Kompleksi COP 29-a hazırlıq müstəvisində hökumətə etibarlı tərəf müqabili kimi çıxış edir
Bakıda vətəndaşlar içəridə ola-ola evi sökdülər - ANBAAN VİDEO
18 Oktyabr - Dövlət Müstəqilliyinin bərpası günüdür
Bank maşınları təcili satışa çıxarıldı - UCUZ QİYMƏTLƏR
“Leyli və Məcnun” Gənc Tamaşaçılar Teatrının səhnəsində
COP29 könüllüləri üçün xüsusi rol təlimləri yekunlaşıb
Ayselin arxiv fotosundan yazdılar: "Dünya tarixinin ən gözəl xanımı... "
İlham Əliyev Bakıda keçirilən beynəlxalq sərgi iştirakçılarına müraciət ünvanladı
Azərbaycan Prezidenti: Ermənistanı bizə qarşı yönəltmək üçün bəzi Qərb dövlətlərinin planları göz qabağındadır
Azərbaycanda icra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM
İlham Əliyev Səudiyyə Ərəbistanı kralını təbrik etdi
COP29-un ilk rəsmi tərəfdaşları açıqlanıb
Prezident İlham Əliyev "Gulfstream Aerospace" şirkətinin prezidentini qəbul edib
"Formula 1": Bakıda səkkizinci yarış bu gün start götürür
Rusiya Iranın "qırmızı xətt"ini tanımadı: "Zəngəzur dəhlizi açılmalıdır" - GƏLİŞMƏ
Türkiyənin Azərbaycandakı səfirliyində 30 Avqust - Zəfər Bayramı münasibətilə tədbir keçirilir
Qərbi Azərbaycan Xronikası: Rusiya Zəngəzur dəhlizinin açılması üçün Ermənistana təzyiqlərini artıracaq
Qızmar günəşdən qorunmaq üçün nələr etməliyik?
Qızmar günəşdən qorunmaq üçün nələr etməliyik?
Başına bit düşən uşaqlara hansı dərman vurulmalıdır?
Yaponiyanın məşhur avtomobil brendləri birləşir
Yeni səviyyəyə yüksələn əlaqələr: Birgə Bəyannamə iki mühüm hadisə fonunda
Paris-2024-də günün yekunu: Azərbaycan boksçusu üçün uğurlu gün
FATEH BƏY: Zəfər tariximizin başlanğıcı: 15 İyun - Milli Qurtuluş Günü
Rusiya sülhməramlıları Azərbaycanı tam tərk etdilər: Xocalıda TARİXİ AN - VİDEO
ELVİN PAŞAYEV : Dövlətçilik tariximizi qürurla yaşadırıq