Yeni Səhifə

“Ermənilərin döydüyü oğlumu niyə xəstəxanadan təcili çıxardılar?”

Tarix:23-07-2020, 16:32 Baxış Sayı:1 022 Kateqoriya:Gündəm

“Ermənilərin döydüyü oğlumu niyə xəstəxanadan təcili çıxardılar?”
Otən gün Los Anceles şəhərində erməni təxribatı nəticəsində biri qadın olmaqla 7 həmyerlimiz müxtəlif bədən xəsarətləri alıb və onlardan 4 nəfəri xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan biri Bəxtiyar Evvazovun isə vəziyyətinin ağır olduğu bildirilir.

Bu barədə "Qafqazinfo”ya məlumatı zərərçəkmişin atası Ağasəf Eyvazov verib. Bildirib ki, başından aldığı zərbələr nəticəsində oğlunun üzü şişib, o xəstəxanaya yerləşdirilib. Sonradan müalicəsi evdə ambulator şəraitdə davam etdirilir:

"Vəziyyəti orta-kafidir. Bu gün bizim vaxtla gecə 12-də yenidən yoxlanmaları olacaq. Hazırda evdə müalicəsi davam etdirilir. Bizi narahat edən məqam odur ki, şəhərdə milyondan çox erməni yaşayır. Onu o vəziyyətdə niyə təcili şəkildə xəstəxanadan çıxarıblar? Evə gələndən sonra başından aldığı travmalara görə qaytarıb. O, bir müdət müşahidə altında qalmalıdır. İndi yanında adam var, təhlükəsizlik baxımından təmin olunub”.

A. Eyvazov konsulluğun da işindən narazı olduğunu bildirib: "Bəlkə tibbi yardıma ehtiyacı var? Ev yoldaşı da buradan yenicə gedib, şəhəri yaxşı tanımır. Mənə bildirildi ki, konsulluqdan onlarla əlaqə saxlayan olmayıb. Bircə diasporadan zəng vurub nömrə qoyublar ki, oyananda əlaqə saxlasın”.

A.Zeynalovun sözlərinə görə 1990-cı il təvəllüdlü Bəxtiyar Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. Hazırda Amerikada işləyir: "Aprel ayında vətəndaşlıq almalı idi, sadəcə pandemiya səbəbindən qalıb”.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı "Qafqazinfo”ya açıqlamasında bildirib ki, Komitə hadisə baş verən gündən aksiyada iştirak etmiş bütün vətəndaşlarla maraqlanır, onlarla mütəmadi olaraq əlaqədədir: "Hadisə baş verən andan vətəndaşlarımızla əlaqə saxlanıb. Bəxtiyar Eyvazovla da, onun yanındakı şəxslərlə də danışılıb, vəziyyəti qənaətbəxşdir”.

"Azərtac”ın yaydığı məlumata görə, Azərbaycanın Vaşinqtondakı səfirliyi də Los Ancelesdə erməni radikallarının dinc azərbaycanlı etirazçılara hücum etməsi və xəsarət yetirməsi ilə əlaqədar ABŞ-da yaşayan icma üzvlərinə müraciət edib. Bildirilib ki, Prezident İlham Əliyevin göstərişi ilə törədilmiş zorakılıqda xəsarət almış həmvətənlərimizin tibbi xərcləri və əlaqədar hüquqi yardım məsələlərinin Azərbaycan dövləti tərəfindən ödənilməsi nəzərdə tutulur. Bu mövzularla əlaqədar soydaşlarımız Los Ancelesdəki Baş Konsulluğumuza müraciət edilməlidir:

"Eyni zamanda, xahiş edirik ki, zorakılıq və təhdid halları yaşanarsa, vətəndaşlar konsulluq yardımı almaq üçün ABŞ-da müvafiq konsulluq dairələrinə məsul olan ölkəmizin Vaşinqton şəhərindəki Səfirliyinə və Los Ancelesdəki Baş Konsulluğuna müraciət etsinlər”.

Xatırladaq ki, baş vermiş erməni təxribatı ilə bağlı hazırda istintaq qrupu yaradılıb və müvafiq təhqiqat aparılır.

“Ermənilərin döydüyü oğlumu niyə xəstəxanadan təcili çıxardılar?”

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı