Yeni Səhifə

Dövlət idarəçiliyində “hərşeyşünaslıq”: Bu necə olur? - GƏLİŞMƏ

Tarix:27-07-2020, 17:58 Baxış Sayı:1 254 Kateqoriya:Gündəm

Dövlət idarəçiliyində “hərşeyşünaslıq”: Bu necə olur? - GƏLİŞMƏ
Azərbaycanda son zamanlar həyata keçirilən islahatlardan biri də kadr dəyişikliyidir.

Oliqarx məmurların vəzifədən getməsi, dövlət idarəçiliyinə yeni nəslin gəlməsi müşahidə olunur. Ancaq görünür, keyfiyyət dəyişikliyindən danışmaq hələ tezdir. Çünki yeni təyin olunan kadrların iş prinsipi əvvəlki nöqsanları aradan qaldırmağa imkan vermir. Yeni vəzifə sahibləri öz sələflərindən bəlkə də daha cavan olması, təhsil səviyyəsinə görə fərqlənirlər. Ancaq idarəetmə təcrübəsi və komanda formalaşdırmaq bacarığı baxımından ciddi səhvlərə yol verilir. Hər bir məmur, rəhbər şəxs yeni vəzifəyə təyin edilərkən əvvəl işlədiyi sahədə birlikdə çalışdığı və ona yaxın olan kadrları da özü ilə aparır. Bu zaman qohumluq, yerliçilik, şəxsi sədaqət əsas götürülür.

Əslində, dünyanın inkişaf etmiş ölkələrində kadrlar “hər kəsə biliyinə”, “hər kəsə bacarığına” görə prinsipi əsasında seçilir. Lakin Azərbaycanda “köhnə qvardiya”nın yeni məmur korpusu ilə əvəzlənməsi nə qədər zərurətə çevrilsə də, idarəçilikdə problemlər qalmaqda davam edir. Bunun da başlıca səbəblərindən biri yeni təyin edilənin qeyd edildiyi kimi, “yedək üsulu”ndan istifadə etməsidir. Bu, demək olar Azərbaycanda idaərçilik sistemi üçün presedentə çevrilib. Hətta dövlət idarəçiliyində spesifik sahələr var ki, həmin strukturlarda rəhbər vəzifə tutmaq, yaxud fəaliyyət göstərmək xüsusi bilik tələb edir.

Təəssüflər olsun ki, son zamanlar baş verən dəyişikliklər nəticə etibarı ilə hələ ki, kəmiyyət xarakteri daşıyır. Ona görə də idarəçilik sistemində mövcud olan səhvlər varislik qaydasında birindən digərinə ötürülür.

Beləliklə, kadrların müəyyən edilməsində onların bilik və bacarığı demək olar ki, nəzərə alınmır. Halbuki, Azərbaycan Prezidenti İlham Əliyev də yeni Xarici İşlər naziri Ceyhun Bayramovu “online” formatda qəbul edərkən kadrların seçilməsində dostluq, şəxsi sədaqət prinsipinə yol verildiyini bildirmiş və bu cür qanunazidd halların aradan qaldırılmasını tapşırmışdı.

Ancaq belə problemlər bir nazirliklə və ya hər hansı dövlət qurumu ilə yekunlaşmır. Digər dövlət orqanlarında da bu kimi hallar geniş yayılıb. Bir nazir, yaxud bir icra başçısı başqa vəzifəyə təyin ediləndə həmin qurumda sağlam kadr islahatı həyata keçirmək əvəzinə. öz dəstəsini başına yığıb. Hətta elə məmurlar var ki, uzun illər ərzində bir neçə dəfə müxtəlif vəzifələrdə çalışıb və hər dəfə kürsü dəyişəndə ilk gördüyü iş əvvəlki komandasında ona bağlı olan səlahiyyət sahiblərini öz yanına daşımaq olub. Nəticədə, bir nəfərin ixtisası, təcrübəsi uyğun gəlməyən müxtəlif sahələr üzrə yer dəyişməklə işləməsi adi hal alıb. Bu kadrlar sanki bütün sahələri bilən “hərşeyşünas” funksiyasını yerinə yetiriblər. Əslində isə bu “hərşeyşünaslar” həmin vəzifəli şəxsin hakimiyyət piramidasının daşları rolunu oynayır.

Yeni təyin olunan kadrın öz adamlarını əvvəlki yerindən yenisinə daşımasının başqa bir fəsadı da var. Yeni iş yeri kimi həmin şəxslərin əvvəl işlədiyi qurumun da fəaliyyətində problemlər yaranır, iş sistemi iflic olur. Çünki uyğunlaşmış kadrlar yeni quruma daşınır və təcrübəsiz adamlar onların yerini tutur. Ona görə də Prezidentin etimadına layiq görülmüş yüksək vəzifəli şəxslər bunu nəzərə almalı və ilk növbədə elə Prezidentin dediyinə əməl etməlidirlər. Yəni kadrların seçilməsində dostluq, şəxsi sədaqət prinsipinə yol verməmək…

Məmurlara qarşı etirazın baş verməsinin bir səbəbini də məhz qeyd edilən problemdə axtarmaq lazımdır. Kadrlar rəhbərlik etdiyi və ya cavabdeh olduğu sahəni bilməyəndə, ictimai narazılıq yaranır. Ancaq onların fəaliyyəti yalnız etirazla, aksiya ilə qarşılanmır. Həm də cəmiyyətdə gülüş hədəfinə çevrilir, məsxərəyə qoyulur. Bu zaman hamı bir sualı verir: “Bu adam bilmədiyi sahəyə niyə rəhbərlik edir? Bəyəm hərşeyşünasdır?”

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı