Yeni Səhifə

Ağsu icra hakimiyyəti özünə əcəb partnyor seçib... - İLGİNC

Tarix:30-07-2020, 13:40 Baxış Sayı:1 272 Kateqoriya:Gündəm

Ağsu icra hakimiyyəti özünə əcəb partnyor seçib... - İLGİNCAğsu Rayon İcra Hakimiyyəti tenderinin qalibini açıqlayıb. DİA.AZ xəbər verir ki, “ATF” MMC qaznıb. “ATF” MMC-nin qazandığı 2 tenderin ümumi məbləği 1 milyon 139 min 608 mmanatdır. Qeyd edək ki, İcra Hakimiyyəti şirkətə Ağsu şəhərində 2020-ci ildə abadlıq işlərinin görülməsi üçün 644 min 338 manat və şəhər daxili yollarının əsaslı təmiri üçün 495 min 270 manat ödəyəcək.

Dia.az olaraq Ağsu RİH-in tenderini qazanan “ATF” MMC ilə bağlı müəyyən araşdırma apardıq və aydın oldu ki, sən demə, bu şirkətin adını zaman-zaman müxtəlif qalmaqallarda və hətta cinayət olaylarında hallanıb. Belə ki, iki il əvvəl güclü sel nəticəsində Göyçay çayı üzərində avtomobil körpüsünün dağılaraq uçmasına səbəb kimi elə ilk gündən çay yatağında daş-çınqıl karxanalarının fəaliyyəti göstərilirdi ki, bu karxanalarda “ATF” MMC-yə aid imiş. Xatırladaq ki, həmin ərəfədə bu olayla bağlı Baş Prokurorluq tərəfindən cinayət işi də açılmışdı.

Qeyri-rəsmi məlumatlarda ərazidə iş aparan şirkət kimi ən çox ATF MMC-nin adı çəkilir. Həmçinin prokurorluğun da yaydığı məlumatda sözügedən MMC-nin adının hallandırılması daşqına səbəb olan əsas şirkətin o olduğunu deməyə əsas verir. Məlumata görə, məhz ATF MMC qadağan olunmuş ərazidə, çayın axarında çınqıl zavodu tikib.

Hələ uzun müddət öncə rayon sakinləri rayondakı problemlərlə əlaqədar şikayətlərində çay məcrasında çınqıl-beton, qum istehsal edən şirkətlərin işlərinin müəyyən limit çərçivəsində tənzimlənməyəcəyi təqdirdə böyük fəlakətlər baş verəcəyini bildirmişdilər.

Xatırladaq ki, 2018-ci ildə iyunun 2-də güclü sel nəticəsində Göyçay çayı üzərində avtomobil körpüsünün dağılaraq yararsız hala düşməsi ilə bağlı cinayət işi başlanıb.

Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2.1-ci (külli miqdarda ziyan vurmaqla sahibkarlıqla məşğul olma), 255-ci (erin təkinin qorunması və istifadəsi qaydalarını pozma) maddələri ilə Nazim Səfər oğlu Qasımova, Nəciməddin Mikayıl oğlu Əliyevə ittiham elan edilib.

Müəyyən edilib ki, “Göyçay” qum-çınqıl yatağında istismar dövründə qanunsuz istifadə etməklə qum-çınqıl qarışığına görə əvvəllər fəaliyyət göstərmiş Real İnşaat MMC tərəfindən 191440 manat, Elnicat MMC tərəfindən 356400 manat, Azpod MMC tərəfindən 950400 manat, Attinak MMC tərəfindən 1372800 manat, ATF MMC tərəfindən 316800 manat, Azəraqrartikinti ASC-nin Göyçay filialı tərəfindən 495000 manat, “Bayburt Qrup” Anonim şirkəti tərəfindən 314160 manat, fiziki şəxslər Şahid İsmayıl oğlu İsmayılov tərəfindən 184800 manat və Tahir Səlim oğlu Əliyev tərəfindən 110880 manat təbiətə ziyan dəyib.

İndi isə Ağsu RİH belə bir şirkətlə "yola davam" deyir...

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı