Yeni Səhifə

Dağlıq Qarabağın azərbaycanlı icmasından Avropa Şurasına məktub: Ermənistan su resurslarını terror vasitəsi kimi istifadə edir

Tarix:4-09-2020, 11:48 Baxış Sayı:268 Kateqoriya:Gündəm

Dağlıq Qarabağın azərbaycanlı icmasından Avropa Şurasına məktub: Ermənistan su resurslarını terror vasitəsi kimi istifadə edir
Təcavüzkar Ermənistan işğal etdiyi ərazilərimizdəki su ehtiyatlarından cəbhə xəttinə yaxın bölgələrdə yaşayan azərbaycanlı əhaliyə qarşı ekoloji terror vasitəsi kimi istifadə edilməsini daha da gücləndirir.

Milli.Az bildirir ki, bunu nəzərə alaraq, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Avropa Şurasının rəhbərliyinə Ermənistanın bu məkrli siyasətini ifşa edən məktub ünvanlayıb.

Məktubda Ermənistanın işğalı altında olan yuxarı Qarabağ bölgəsindən axan çayların qarşısını məqsədli şəkildə süni bəndlərlə kəsməsi, eləcə də Sərsəng su anbarından aşağı Qarabağ istiqamətində qanunsuz kanalların inşa edilməsi məsələləri öz əksini tapıb.

Vurğulanıb ki, təcavüzkar Ermənistan su resurslarını təzyiq vasitəsi kimi istifadə edərək çayların aşağı axarlarında məskunlaşmış əhalinin təsərrüfatla məşğul olmasını faktiki mümkünsüz etmişdir. Belə ki, qış aylarında xüsusilə Sərsəng su bəndinin qarşısı açılaraq, təsərrüfata yararlı torpaqlar süni sellə erroziyaya məruz qoyulur. Yay aylarında - təsərrüfat suyuna ehtiyacın ən çox olduğu dövrdə - təcavüzkar Ermənistan suyun qarşısını kəsərək süni quraqlıq yaradır və beləliklə, kənd təsərrüfatına, eləcə də flora və faunaya ciddi zərbə vurur.

Məktubda Avropa İnsan Haqları Məhkəməsinin 2015-ci il "Çıraqovlar və digərləri Ermənistana qarşı" məhkəmə işinin yekun qərarına və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2016-cı il tarixli, 2085 saylı "Cəbhə bölgələrindəki azərbaycanlı əhali sudan məqsədli şəkildə məhrum edilir" başlıqlı qətnaməsinə istinad edilərək, Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozması ifşa edilib.

Son olaraq məktubda, AŞPA baş verənləri yaxından izləməyə, eləcə də Ermənistanın bütün bölgəni humanitar və ekoloji fəlakətə aparan bu məkrli davranışlarına dərhal son qoyması üçün təxirəsalınmaz addımlar atmağa çağırılıb.

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı