Yeni Səhifə

Zahid Orucdan vacib açıqlama: Yeni əfv siyahısı prezidentə təqdim ediləcək

Tarix:9-09-2020, 12:48 Baxış Sayı:143 Kateqoriya:Gündəm

Zahid Orucdan vacib açıqlama: Yeni əfv siyahısı prezidentə təqdim ediləcək
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 8 sentyabr tarixli sərəncamı ilə Əfv Komissiyasının yeni tərkibi təsdiq olunub.

Anews.az xəbər verir ki, yeni adlar sırasında Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc da var.

Göstərilən etimada görə dövlət rəhbərinə təşəkkür edən Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc qeyd edib ki, ölkəmizdə formalaşan bu institut cəmiyyətdə böyük etimada malikdir. Azərbaycanda daxili hərbi-silahlı qüvvələrin tərksilah edilməsindən sonra Heydər Əliyev 1996-cı ildə sabitliyin və təhlükəsizliyin geridönməz xarakterini nəzərə alıb cəmiyyətlə humanizm, barış və dialoqun əsasında dayanan, müxtəlif hakimiyyət təmsilçilərindən təşkil olunmaqla demokratik və bərabər hüquqla fəaliyyət göstərən, hüquqi sistemi təkmiləşdirməyə xidmət edən, ən başlıcası, dövlətin ədalətinə güvənc yaradan bir qurumu təsis etdi:

"Prezident İlham Əliyev də son dərəcə mürəkkəb regional və beynəlxalq şəraitdə şəraitdə millətinə rəhbərlik edərkən bir tərəfdən strateji itisadi-siyasi qərarlarla sabitliyi və əmin - amanlığı təmin etdi, digər yandan həmrəyliyi, birliyi möhkəmləndirən konkret tədbirlər həyata keçirdi. 4 amnistiya aktı, 33 əfv qərarı sübut etdi ki, prezident ölkəmizdə cinayət və cəza siyasətinə münasibətdə qanunçuluğu ön yerə qoymaqla yanaşı, ictimai münasibətlərin qarşılıqlı inama, etimada söykənməsinə çalışır, hər bir vətəndaşa xüsusi diqqət göstərir. Son illər məhkəmə sistemində aparılan islahatlar və prosesin qarşıdakı aylarda davam etdirilməsinə inam, eləcə də hüquq sistemində dekriminallaşdırma və cinayət qanunvericiliyində köklü dəyişikliklərin aparılması bir tərəfdən cəmiyyətdə gedən yeniləşmənin nəticəsidirsə, digər tərəfdən müasir Qərb dövlətlərində olduğu kimi azadlıqdan məhrumetmə qərarlarının müxtəlif alternativ sanksiyalarla əvəz edilməsindən irəli gəlir”.

O daha sonra deyib ki, ölkəmizin birinci-vitse prezidenti hörmətli Mehriban xanım Əliyeva əfv və amnistiya hərəkatının əsas təşəbbüskarlarından, bir sıra hallarda onu qanunvericilik qaydasında gerçəkləşdirən müəlliflərindən biri kimi çıxış edir. Təsadüfi deyil ki, on minlərlə insanın ümid dolu məktubları, bağışlanma müraciətləri məhz Mehriban xanıma ünvanlanır.

Xatırladaq ki, 2019-cu ildə beynəlxalq təşkilatların, eləcə də daxildə müxtəlif siyasi və ictimai qurumların yüksək qiymətləndirdiyi məlum humanist aktın qəbul olunması ölkəmizdə gedən islahatlar və yeniləşmə kursunun tərkib hissəsi kimi qiymətləndirilmişdi, eləcə də bu sahədə dövlət, partiyalar, ictimai institutlar və cəmiyyət arasında konsensusun tapılmasının mümkünlüyü özünü göstərmişdi.

Millət vəkili deyib ki, İindi Komissiyasının yeni tərkibinin formalaşması onu deməyə əsas verir ki, Prezident Administrasiyasının rəhbəri hörmətli Samir Nuriyevin tapşırığı ilə mart və may aylarında müvafiq olaraq hazırlıq görülmüş əfv qərarına dair işlərin araşdırılmaları Katiblikdə müvafiq prosedurlar əsasında başa çatacaq və Komissiyanın müzakirəsinə çıxarılacaq:

"Qeyd etməliyik ki, pandemiya dövründə dövlətin humanist qərarları ölkə başçısının göstərişi ilə birbaşa penitensiar sistem və məhkəmə orqanlarının əli ilə həyata keçirildi və ümumilkdə 400-dən artıq şəxsə şamil olundu. İndi Komissiya razılaşdırılmış işlərə dair müvafiq siyahıları müəyyən vaxt çərçivəsində dövlət başçımıza və hörmətli Mehriban xanıma təqdim edəcəkdir. Əlbəttə, hər zaman olduğu kimi cənab prezidentin veriləcək qərarların əhatə dairəsi və prinsiplərinə dair göstərişi hər bir Komissiya üzvü üçün xüsusi önəm daşıyır. Ona görə də Əfv sərəncamı üçün bütün hazırlıqlar görülməkdədir”.

Məlumat üçün bildirək ki, ölkə rəhbərinin humanist addımları nəticəsində son 16 ildə 8 minədək məhbus əfv edilərək azadlığa qovuşub.

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı