Yeni Səhifə

"Cəmi 3 gün işləyə bildim, sonra reys dövlətin qərarı ilə bağlandı" - "STAR OK"dan GİLEY

Tarix:16-09-2020, 11:55 Baxış Sayı:46 Kateqoriya:Gündəm

"Cəmi 3 gün işləyə bildim, sonra reys dövlətin qərarı ilə bağlandı" - "STAR OK"dan GİLEY
"Cəmi 3 gün işləyə bildim, sonra reys dövlətin qərarı ilə bağlandı"
10 il öncə verdiyi pulu tələb edən sahibkar buna görə üzərinə oğru dünyasının adamlarının göndərildiyini iddia edir.

Balakən rayon sakini Əli Vahid oğlu Əliyev “Qafqazinfo”ya müraciət edərək bildirib ki, 2010-cu ildə Türkiyə vətəndaşı Bəkir OK adlı şəxsdən “Star OK” şirkətinə məxsus Bakı-Balakən reysi üzrə sərnişindaşıma həyata keçirmək hüquqlarını alıb və qarşılığında Bəkir OK adlı şəxsə 22 min ABŞ dolları ödəniş edib: “Cəmi 3 gün işləyə bildim, sonra reys dövlətin qərarı ilə bağlandı. Bəkir OK reysin bağlanacağını qabaqcadan bildiyi üçün məni aldadaraq pulumu mənimsədi. Həmin vaxt pulu tələb edəndə dedi ki, səbr elə, bir neçə aya açılacaq. Amma qərar dəyişmədi. Bəkir də dedi ki, puldan 3 min dollar rüsuma verib, 2 min də "Avtovağzal"a rüşvət verib. Bu məsələlərə görə, mənim evim əlimdən çıxdı, ailəm dağıldı, sağlamlığımda ciddi problemlər yarandı. Mən müalicə üçün Rusiyaya getdim və orada olan anamgil mənə dedilər ki, Bəkirdən pulu alıblar. Mən də pulu anamın qızıllarını satıb ödəmişdim. Ona görə dedim ki, pul elə anamda qalsın.

Əli Əliyevin sözlərinə görə, 2019-cu ildə bacısı əslində Bəkirin onlara pul vermədiyini, anası və qardaşının daha çox zərər görməməsi üçün belə dediyini bildirib:

Bundan sonra mən Bəkir OK ilə görüşüb pulumu tələb etdim. O indi də Bakıda bizneslə məşğuldur. Bir neçə gün sonra telefonuma zəng gəldi, həmin şəxs özünü “oğru İlqamın əmisi oğlu Zəlimxan” kimi təqdim etdi. Başqa da bir neçə "avtoritet" zəng elədi, məni ölümlə hədələdilər. Sonra onlarla görüşdüm, 5 nəfər idilər, mənə dedilər ki, bir də Bəkirdən pul istəsən, səni öldürüb maşını da yandıracağıq. Mən də bununla bağlı “Banditizm”ə (Baş Mütəşəkkil Cinayətkarlılq Mübarizə İdarəsi) müraciət etdim. Onları tutub gətirdilər, mənimlə üzləşdilər. Bir neçə gün sonra “Banditizm”dən mənə dedilər ki, “onları buraxdıq, daha səninlə işləri olmayacaq, get pulunu məhkəməylə al”. Mən də pulu verdiyim ərazi üzrə Abşeron rayon Polis Şöbəsinə müraciət etdim, Bəkiri ora çağırıb üzləşdirdilər, pulu aldığını da etiraf etdi. Ondan sonra da iş dayandı, heç bir nəticə yoxdur”.

Ə.Əliyev qeyd edib ki, Abşeron Rayon Polis Şöbəsinə etdiyi müraciət üzrə bir qərar verilməyib. İstintaq orqanının hərəkətsizliyindən şikayətçi olan Ə.Əliyev ümumiyyətlə hazırda məsələ ilə bağlı araşdırma aparılmadığını deyir.

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı