Yeni Səhifə

Pərviz Şahbazov Ermənistanın təxribatları ilə bağlı beynəlxalq enerji təşkilatlarına müraciət edib

Tarix:9-10-2020, 22:37 Baxış Sayı:51 Kateqoriya:Gündəm

Pərviz Şahbazov Ermənistanın təxribatları ilə bağlı beynəlxalq enerji təşkilatlarına müraciət edib
Energetika naziri Pərviz Şahbazov 27 sentyabr tarixindən etibarən Ermənistanın Azərbaycanda mülki əhalini və strateji əhəmiyyətli enerji infrastrukturunu hədəfə alan davamlı hərbi təxribatları barədə beynəlxalq enerji təşkilatlarına rəsmi müraciət ünvanlayıb. Müraciət Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC), Qaz İxrac edən Ölkələr Forumu (GECF), Beynəlxalq Enerji Xartiyası, Beynəlxalq Enerji Agentliyi (İEA), Dünya Neft Şurası (WPC), Dünya Enerji Şurasına (WEC) və Beynəlxalq Qaz İttifaqına (IGU) göndərilib.

Energetika Nazirliyindən Milli.Az-a bildirilib ki, müraciətdə Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən beynəlxalq humanitar hüquq normalarına, xüsusilə də 1949-cu il Cenevrə Konvensiyasına və onun Əlavə Protokollarının tələblərinə məhəl qoymadığı qeyd edilib. Xüsusilə 04 oktyabr 2020-ci il tarixində regionun ən böyük elektrik stansiyası olan Mingəçevir istilik elektrik stansiyası, 06 oktyabr 2020-ci il tarixində isə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin raket zərbələri ilə atəşə tutulması, həmçinin Cənubi Qafqaz Boru Kəməri, Qərb İxrac Boru Kəməri ətrafında təhlükəli vəziyyətin yaranması regional və beynəlxalq enerji təhlükəsizliyinə, bu layihələrdə təmsil olunan dövlətlərin maraqlarına qarşı yönəlmiş terror cəhdləri kimi vurğulanıb.

"Azərbaycan Ordusunun beynəlxalq səviyyədə tanınan ərazilərimizdə hazırda apardığı əks-hücum əməliyyatları məhz Ermənistanın işğalçılıq siyasətinə son qoyulmasına, regionda təhlükəsizlik mühitinin bərqərar olmasına yönəlib. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə də bu işğala son qoyulmasını, Ermənistan qoşunlarının işğal edilmiş ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir."

Müraciətdə beynəlxalq ictimaiyyət və tərəfdaş ölkələrin Ermənistanın işğalçılıq siyasətinə, strateji əhəmiyyət daşıyan beynəlxalq layihələri, o cümlədən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərini raket hücumlarının hədəfinə çevirməsinə sərt şəkildə reaksiya verməsinə çağırış edilib.

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı