Yeni Səhifə

Döyüşün 2-ci mərhələsi başlayacaq, Naxçıvandan İrəvanın vurulması… - Zülfüqarov AÇIQLADI

Tarix:12-10-2020, 20:57 Baxış Sayı:50 Kateqoriya:Gündəm

Döyüşün 2-ci mərhələsi başlayacaq, Naxçıvandan İrəvanın vurulması… - Zülfüqarov AÇIQLADI
“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını bu məsələyə qatmağa çalışacaq, çünki Azərbaycanla təkbətək döyüşlərdə məğlubiyyətdən başqa şansları yoxdur”. Publika.az xəbər verir ki, bu fikirləri Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib. Sabiq diplomat Ermənistan və Azərbaycan arasında döyüşlərin ikinci mərhələsinin başlayacağını istisna etməyib: “İkinci döyüş mərhələsinə, yəni iki ölkənin bütün sərhəd boyu genişmiqyaslı əməliyyatlar mərhələsinə hazır olmalıyıq. Dünən yazdığım “Ermənistanın Gəncəyə raket zərbəsinə cavab olaraq, Naxçıvandan İrəvandakı Müdafiə Nazirliyinin binasına zərbə vurulmalıdır” fikrim bəyənilməklə yanaşı, KTMT-nin buna reaksiyası ilə bağlı suallar da verildi. Bu məsələlərlə əlaqədar bir neçə məqamı qeyd etmək istərdim. Birincisi, Ermənistan KTMT-ni bu məsələyə qatmağa çalışacaq, çünki Azərbaycanla təkbətək döyüşlərdə məğlubiyyətdən başqa şansları yoxdur. İkincisi, Rusiya silahlı qüvvələrinin birbaşa müdaxiləsi və ya şərti təmas xəttində vəziyyətin dondurulmasına imkan verəcək. Üçüncüsü, KTMT nizamnaməsinə görə, Silahlı Qüvvələrin istifadəsinə dair qərar müzakirə prosedurundan sonra verilir. Bu prosedurun “gizli şəkildə” aparılması ermənilərin mənafeyinə uyğundur, çünki heç bir iştirakçı ölkənin ictimaiyyəti ermənilərin məntiqsiz fikirləri üçün əsgərlərinin ölümünü qəbul etməyəcək. Dördüncüsü, bu səbəbdən Azərbaycan ilk növbədə yalnız Rusiyada deyil, digər ölkələrdə də media məkanında bu məsələnin ictimai müzakirəsinə başlamalıdır. Beşincisi, belə bir müzakirəyə başlamağımızın səbəbi Azərbaycan Prezidentinin ayrı-ayrı dövlətlərin başçılarına mövcud vəziyyətlə bağlı mövqeyimizi əks etdirən açıq mesajı ola bilər. Altıncısı, ermənilərin təxribatlarına cavab olaraq, obyektiv nəzarət məlumatları təqdim edərək, düşmən atıcılarının yerləşdirilməsi və sahələri barədə ictimaiyyətə məlumat verilməlidir. Yeddincisi, hər iki dövlətin ərazisindəki döyüş əməliyyatları zonasının genişləndirilməsi düşmən qüvvələrinin parçalanmasını təmin edəcək ki, bu da onu ordumuzun hücum istiqamətlərinə cəmləşmə imkanından məhrum edəcək”.

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı