Yeni Səhifə

Məngələnata və Uryandağ yüksəklikləri, ardınca Füzuli, oradan da üzü Şuşaya doğru

Tarix:15-10-2020, 22:04 Baxış Sayı:69 Kateqoriya:Gündəm

Məngələnata və Uryandağ yüksəklikləri, ardınca Füzuli, oradan da üzü Şuşaya doğru
Xilaskar Azərbaycan Ordusunun qalibiyyət yürüşünün yeni bir mərhələsi başlayıb. Dünən Xocavənd və Füzuli rayonunun bir sıra kənd və yüksəkliklərini işqaldan azad edən rəşadətli ordumuz yenilməzliyi düşmənə bir daha nümayiş etdirdi. Müzəffər ordumuzun Hadrutdan şimal istiqamətində irəliləməsi nəticəsində, heç şübhəsiz ki, ermənilərin Xocavənd və Füzuli rayonları ərazisindəki mövqelərini zəiflədib. Bu gedişlə ermənilər (əgər varsa) yaxın günlərdə ya Qozluçay dərəsində mühasirədə qalacaq, ya da canlarını qurtarmaq üçün həmin ərazilərdən Qarabağın içərisinə doğru qaçacaqlar.

Məngələnata və Uryandağ yüksəklikləri, ardınca Füzuli, oradan da üzü Şuşaya doğru
Məngələnata və Uryandağ yüksəklikləri, ardınca Füzuli, oradan da üzü Şuşaya doğru

Xatırladım ki, hələ 1-ci Qarabağ müharibəsində şiddətli döyüşlər Hadrutun Məlikcan, Cəbrayıl rayonunun Şişqaya, Füzuli rayonun Məngələnata və Uryandağ yüksəklikləri uğrunda olmuşdu. O zaman Məlikcandan atılan qrad atəşləri Qozluçay dərəsində yerləşən kəndlərdə yaşayan xeyli günahsız insanların, dinc sakinlərin həyatına son qoymuşdu. Bu yüksəklikdə mövqelərin möhkəmlənməsi Füzulinin Saracıq, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli, Aşağı Güzlək, Böyük Pirəhmədli, Mandı, Musabəyli, Dödr Çinar, Mollavəli, Qocaqəhmədli, Sərdərli, Yal Pirəhmədli, Qarğabazar və Cuvarlı kəndlərinin də işğaldan azad edilməsi imkanlarını artırıb. Bununla yanaşı, Məngələnata və Uryandağ yüksəkliklərini də fəth etməsi ermənilərin ilk gündən boşaltdığı Füzuli rayon mərkəzində də Azərbaycan bayrağını dalğalandıracaq və rəşadətli əsgərlərimizin Qırmızı Bazar vasitəsilə Şuşaya doğru irələməsinə imkan verəcək.

Bütün bu nailiyyətlər Silahlı Qüvvələrimizi xalqımızın nicat yerinə, qürur mənbəyinə çevririr və Böyük Qələbənin çox da uzaqda olmadığına dərin inam yaradır.

Ermənistan ordusunun artıq döyüş qabiliyyətini itirməsi, iflic vəziyyətinə düşməsi fonunda xilaskar ordumuzun qalibiyyət yürüşləri çoxaldıqca xaricdə Azərbaycanın uğurlarını həzm edə bilməyən qüvvələr daha çox riyakarlıq edir və narahatlıq keçirirlər. Bunu xüsusilə də erməni lobbisinin güclü olduğu Rusiya, Fransa və ABŞ-da getdikcə daha yaxından müşahidə etmək olur. Dünən Moskvadan gələn mesajlar sülməramlı qüvvələr adı ilə rus qoşunlarının təmas xəttinə gətirilməsi üçün çalışmaların mövcudluğundan xəbər verir. Hesab edirəm ki, əsla buna yol vermək olmaz.

Fransa parlamentinə "Dağlıq Qarabağ Respublikası"nı tanımaq üçün təqdim edilən Qanun layihəsi də bu ölkənin bitərəfli qaydada Ermənistana dəstəyinin ifadəsi və gələcək sülh danışıqlarına indidən pəl vurulması, eləcə də Minsk Qrpunun həmsədri olaraq vasitəçilik missiyasına olan inamın itirilməsi kimi dəyərləndirilə bilər.

Nəhayət, ABŞ-da demokratların namizədi Joe Bidenin açıqlamasından sonra dövlət katibi Mayk Pompeanın sərgilədiyi mövqe onu göstərir ki, əslində bu ölkədə baş verənlərlər yaxınlaşan seçkilər arasından birbaşa əlaqə mövcuddur. Seçkiqabağı erməni elektoratının səsini qazanmaq istəyən Biden hətta seçilsə belə Azərbaycan və Türkiyəyə qarşı dediklərini edə bilməyəcək. ABŞ dərin dövlətində belə nümunələri çox görmüşük. Seçkidən əvvəl verilən vədlər adətən seçiləndən sonra icra olunmur. Fikrimcə, nə ABŞ-dan, nə də Fransadan əndişələnməyə dəymir.

Rusiyaya gəlincə, onların imkanları əvvəlki kimi geniş deyil, daxili sosial-iqtisadi problemlər, xarici siyasi təzyiqlər, hərbidə texnoloji gerilik, bölgədə itirilən nüfuz Rusiyanın imkanlarını xeyli məhdudlaşdırır. Ona görə də Rusiyanın Türkiyə və Azərbaycanla ciddi münaqişəyə gedəcəyi ağlabatan görsənmir. Odur ki, yeni tarix yazan, rəşadətli əsgərlərimizə dualarınızı əsirgəməyin!

Qubad İbadoğlu

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı