Yeni Səhifə

“Hər yarım saatdan bir erməni əsgərinin meyiti basdırılır...” - “Bilirsiniz nə qədər belə morq var?...”

Tarix:20-10-2020, 10:51 Baxış Sayı:97 Kateqoriya:Gündəm

“Hər yarım saatdan bir erməni əsgərinin meyiti basdırılır...” - “Bilirsiniz nə qədər belə morq var?...”  Ermənistanın hərbi rəhbərliyi Qarabağ döyüşlərində gerçək itkilərini hər nə qədər gizlətməyə çalışsa da, döyüşlərdə ölən ermənilərin real sayı ilə bağlı yeni-yeni faktlar üzə çıxmaqdadır.

yenisehife.az xəbər verir ki, Rusiyanın məşhur “Kommersant.ru” saytında İrəvandakı Erablur (Üçtəpə) qəbristanlığındakı vəziyyətlə bağlı yazılı reportaj dərc edilib.

Həmin qəbristanlıqda olan nəşrin əməkdaşı yazır ki, dəfn edilən əsgərlərin sayı olduqca çoxdur: “Bazar günü açıqlanan rəsmi rəqəmlərə görə, daha 77 hərbçi həlak olub. Bununla da onların sayı 710-a çatıb. Lakin öz yaxınları ilə sonuncu dəfə vidalaşmağa gələn ermənilərin dediyinə görə, morqlar hələ də kimliyi müəyyən olunmayan meyitlərlə doludur. Onların çoxu MAXE-lərdir, onları qapalı qəbirlərdə basdırmaq lazım gəlir. Erablur qəbristanlığı İrəvanın kənarındadır. Turist və xarici qonaqlar bura gəlmirlər, bura ermənilərin özləri üçündür…”

Jurnalist yazır ki, bu qəbristanlıqda əsasən Qarabağdakı döyüşlərdə ölənlər dəfn olunur. Reportajda qeyd olunur ki, qəbristanlığın təkcə bir kiçik hissəsində 30-dan artıq yeni qəbir var və belə hissələrin sayı çoxdur: “Hər bir həlak olan hərbçinin burada dəfn edilmə haqqı var. Lakin valideynlərin çoxu onları özlərinə yaxın olan və qohumlarının olduğu qəbristanlıqlarda dəfn edirlər.”

Jurnalistlərin danışdırdıqları dəfnə gələn ermənilərdən biri deyir ki, qəbristanlıqda hər yarım satdan bir hərbçi dəfn olunur: “Dünən də buradaydım. Bütün gün ərzində siyahı, cədvəl üzrə dəfn həyata keçirildi. Hər yarım saatdan bir dəfn olur. Bu gün saat 14.00 üçün dəfn nəzərdə tutulub – 3 əsgər birdən…”

Jurnalistin danışdırdığı daha bir erməni isə deyir: “Qardaşım oğlunun cəsədini axtaranda müxtəlif morqlara getdik…Mən morqun işçisindən soruşdum ki, nə qədər meyit var. O, cavab verdi ki, 140. Bilirsiniz nə qədər belə morq var?…”

Rusiya nəşrinin İrəvandan hazırladığı reportaj Ermənistan rəhbərliyinin itkilərlə bağlı açıqladığı rəqəmlərin həqiqətdən çox-çox uzaq olduğunu təsdiqləyir.

İrəvanda çoxlu sayda morqlar olduğu və onlardan təkcə birində 140 meyit saxlandığı, müharibənin davam etdiyi 24 gündə yalnız bir qəbristanlıqda hər yarım saatdan bir meyit basdırıldığı, belə qəbristanlıqların sayının onlarla olduğu, ölənlərin əhəmiyyətli hissəsinin İrəvanda deyil, rayonlarda dəfn edildiyi, həmçinin döyüş meydanında hələ də ən azı yüzlərlə erməni cəsədinin qaldığı nəzərə alınsa, Paşinyan hakimiyyətinin açıqladığı rəqəmlərin real ölü sayından qat-qat az olduğuna dair Azərbaycan tərəfinin məlumatları təsdiqini tapır.

AzPolitika.info

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı