Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov “Əl-Cəzirə” telekanalının xəbər buraxılışının canlı yayımında müsahibə verib.
Pravda.az xəbər verir ki, müsahibəsində Ermənistanın üçüncü dəfə Vaşinqtondakı görüşlər nəticəsində elan edilmiş humanitar atəşkəs rejimini bir daha kobud şəkildə pozduğunu bildirən E. Əmirbəyov, Azərbaycan tərəfinin bu dəfə İrəvanın öz öhdəliklərini yerinə yetirəcəyi ilə bağlı xüsusi gözləntilərinin olmadığını bildirib.
“Paşinyan döyüş əməliyyatlarının dayandırılmasına razı ola bilməz, çünki müharibədən sonra döyüş meydanında alçaldıcı bir məğlubiyyətə uğrayan Ermənistan xalqı 27 sentyabrda başlatdığı hərbi avantüraya görə ondan hesab tələb edəcək. Paşinyan və ətrafı xarici torpaqlar uğrunda mübarizə aparmaq üçün açıq bir ölümə göndərdikləri erməni hərbi qulluqçularının minlərlə ata və analarına da cavab verməli olacaq.