Yeni Səhifə

General Ağacanyan və onun azərbaycanlı atası... - Məktəb yoldaşı danışdı

Tarix:6-11-2020, 21:20 Baxış Sayı:90 Kateqoriya:Gündəm

General Ağacanyan və onun azərbaycanlı atası... - Məktəb yoldaşı danışdı
Bu günlərdə əvvəlcə sosial şəbəkələrdə, daha sonra peşəkar medianın səhifələrində bir erməni təhlükəsizlik zabitinin şəkilləri yayılmışdı. Bu adam özünü "DQR" rəhbəri sayan Araik Arutyunyanın yanında şəxstlə durmuşdu və sifət çizgiləri baxımından eyni məkanda olanların hamısından seçilirdi. Onda fərqli ağız-burun və göz-qaş var idi. Tezliklə məlum oldu ki, Kamo Ağacanyan adlı bu şəxs qondarma "respublika"nın təhlükəsizlik xidmətinin rəhbəridir.

Ancaq bir müəmmalı məsələ vardı, adam şəkilə baxan kimi, diqqət edirdi ki, Ağacanyan ağız-burun, qaş-göz formaları sarıdan türkə oxşayır, bəlkə yerli türklərlə qan qohumluğu var?

Bu sualın cavabı da tezliklə tapıldı. Əslən Füzulidən və Hadrutdan olan insanlar bildirdilər ki, Kamo Ağacanyanın əsl adı uşaqlıqdan olsa da, atasının adı Əkbər, soyadı isə Kərimov olub. Ermənilər Qarabağda separatçı hərəkata başlayanda və müharibə düşəndə Kərimovlar ailəsi dağılmayıb, Əkbər Kərimov ermənilərin çoxluqda olduğu Edilli kəndində qalıb. Sonradan Kamo öz soyadını dəyişdirib Ağacanyan olub, atasının adı isə rəsmi sənədlərdə Ağberoviç kimi qeyd olunub.

Ağacanyanın şəkilləri internetdə, saytlarda gedəndən sonra məlum oldu ki, ölkəmizdə, paytaxt Bakıda onu lap uşaqlıqdan tanıyan adamlar da var.

Onlardan biri uşaqlığı Hadrutda keçən, hazırda Bakı kəndlərindən birində yaşayan Maqsud Qasımovdur. Maqsud müəllim Musavat.com-a Kamo Ağacanyan barədə bəzi şeylər danışdı.

Arayış: Maqsud Qasımov ovaxtkı Hadrut rayonununun Axullu kəndində doğulub və uşaqlıq illərini bu kənddə keçirib. Kənd ermənilər tərəfindən 1993-cü ildə işğal edilib. Onun ailəsi də həmin zaman kəndi tərk edib. 16 oktyabr 2020-ci ildə isə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Axullu işğaldan azad olunub.

M. Qasımov bildirir ki, doğulduğu kənddə ermənilər də yaşayırdı, amma əsas əhalisi türklərdən ibarət idi:

"Kəndimizin hər daşı, yolu, dalanı gözümün önündədir. Ötən illər ərzində bir an da olsun yurdumuzu unutmamışam. Orada xeyli azərbaycanlı yaşayırdı. Lakin Hadrutun bəzi kəndləri vardı ki, həmin kəndlərdə erməniləri gətirib, məskunlaşdırmışdılar. Ermənilər o dövrdə bizimlə birlikdə işə gedir, təsərrüfatla məşğul olurdular. 1988-ci ildən əvvəl bu mahalda mehribançılıq hökm sürürdü. Lakin sonradan bizimlə dostluq edən ermənilərin də əllərində üstümüzə tuşlanan silah gördük...

Oxuduğum məktəbdə ermənilər çox idi. Onlardan biri son günlər adı tez-tez hallanan Kamo Ağacanyan (qondarma rejiminin "milli təhlükəsizlik xidmətinin” rəhbəri ) idi. Deyim ki, Axulluda məktəb olmadığı üçün biz Edillidəki məktəbə gedirdik. Edillidə isə daha çox ermənilər yaşayırdı.Kamo məndən 3-4 yaş kiçikdir. Onun atasının adı Əkbər Kərimov, nənəsinin adı Münəvvər idi. Kamonun atası azərbaycanlı, anası erməni idi. Ancaq bir iş vardı ki, onun atası bir az, necə deyim, ermənipərəst idi, heç zaman bizim dilimizdə danışmırdı. Onlar bizimlə qonşuluqda yerləşən Edilli kəndində yaşayırdılar. Kamonun atası azərbaycanlıların bağında işləyirdi. İşə də elə azərbaycanlılarla gedib-gəlirdi. Ancaq sonra o da bizimkilərə qarşı dönük çıxdı, ermənilər tərəfdə bizə qarşı vuruşdu. Oğlu da onunla birlikdəydi. Çox fəallıq etmişdi deyə onu qabağa çəkdilər. Sonradan eşitdik ki, general-filan olub".

M.Qasımov deyib ki, o, zaman oxuduğu məktəbdə onlara dərs deyən erməni hərbi müəllimlər müharibə başlayanda əllərinə silah alıb, azərbaycanlılara qarşı döyüşüblər: "Kamonun özü də heç zaman azərbaycanlılara qarşı xoş münasibət göstərmirdi. Uşaq olsa da, anası öyrədirdi ki, ermənilərlə oyna, azərbaycanlılara yaxın getmə. Biz futbol oynamağa gedəndə o da ermənilərlə oynayırdı, bizim tərəfə gəlmirdi. Uşaq olsa da, nəyə görəsə bizə qarşı kin-küdurəti böyük idi. Görünür, bu onun erməni anasından və ermənilərə yıxılmış atasından gəlirdi.

İndi sevindirici haldır ki, torpaqlarımız artıq onlar kimi murdarlardan təmizlənir. Tezliklə vətənimizə dönəcəyimiz günü gözləyirəm. Oranın hər qarışı bizimdir, bizə əzizdir”.
Musavat.com

General Ağacanyan və onun azərbaycanlı atası... - Məktəb yoldaşı danışdı
General Ağacanyan və onun azərbaycanlı atası... - Məktəb yoldaşı danışdı
General Ağacanyan və onun azərbaycanlı atası... - Məktəb yoldaşı danışdı

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı