Yeni Səhifə

Rus sülhməramlıları Qarabağa yerləşdirilsə də... - Türk generaldan mühüm açıqlama

Tarix:10-11-2020, 21:44 Baxış Sayı:82 Kateqoriya:Gündəm

Rus sülhməramlıları Qarabağa yerləşdirilsə də... - Türk generaldan mühüm açıqlama
“44 günlük böyük vətən müharibəsi nəticəsində Ermənistan məğlubiyyətini qəbul edərək atəşkəsə razı oldu. Bu, Ermənistanın həm müharibə meydanında, həm də siyasi və diplomatik baxımdan məğlubiyyətinin ən böyük göstəricisidir. Paşinyan öz ölkəsini və ordusunu pərişan edərək tarixin zibilli səhifələrinə adını yazdırdı”.

Bu sözləri publika.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.

General bildirib ki, imzalanan atəşkəs razılaşması Azərbaycanın maraqlarına və müəyyən etdiyi qırmızı xətlərə xidmət edir: “Xüsusilə, digər 3 rayonun alınması, Qazaxda işğal edilən bölgənin azad edilməsi, işğaldan xilas olunan ərazilərə məcburi köçkünlərin geri qayıtması, Ermənistanın hərbi mövcudiyyətinə son verilməsi və qondarma rejimin ləğvi, Qarabağın hüquqi statusu ilə bağlı tələbin olmaması, bundan əlavə, Azərbaycanın 100 il sonra Naxçıvanla quru əlaqəsini bərpa etməsi razılaşmanın müsbət tərəfləridir”.

Onun sözlərinə görə, xalqımızı narahat edən məsələ Ermənistan-Dağlıq Qarabağ təmas xəttinə, yəni Zəngilan-Kəlbəcər xətti və 5 kilometrlik Laçın dəhlizinə rus sülhməramlılarının yerləşdirilməsidir: “Lakin rus sülhməramlılarının fiziki olaraq gəlməsinə rəğmən, Cənab Ali Baş Komandanın ifadə etdiyi kimi, monitorinq mərkəzində rus və türk əsgərləri birgə xidmət edəcəklər. Türkiyə keçmişdə də, bu gün də, gələcəkdə də Azərbaycanın yanında olmağa və hər cür dəstəyi verməyə hazır olacaq”.

General vurğulayıb ki, razılaşma çərçivəsində yaradılan sülhməramlıların xidmət müddəti 5 ildir: “İstənilən təqdirdə, bu sülhməramlıların hərbi mövcudiyyətinə son verilməsi mümkündür. Dolayısı ilə rus cəmiyyəti və məğlub cəmiyyətlərin yaratdığı “biz bu mərhələyə gələcəkdiksə, bu müharibə niyə oldu” təəssüratı tamamilə yanlışdır. İnsanlar 12 iyul və 27 sentyabrdakı status-kvonu yaxşı dəyərləndirməlidir. Azərbaycan milli ordusu ilə xalqın milli maraqları çərçivəsində uğur əldə edib. Bu razılaşmanın imzalanması hər şeyin bitməsi demək deyil. Tarixdə bunun çox sayda nümunəsi var. Qısa müddətdə bölgələrin təxliyə edilməsi, Ermənistanın hərbi mövcudiyyətinə son qoyulması daxil olmaqla, proses təxribatlara açıqdır. Ona görə də milli birlik və bərabərliyimizi yüksək tutaraq əldə olunan qələbənin yaxşı istiqamətləri və qazancları dəyərləndirilməlidir”.

Y.Karauzun fikrincə, meydanda və masada əldə olunan böyük qələbə ilə sadəcə 28 illik itkilər geri qaytarılmır, eyni zamanda, 100 illik Naxçıvanla Azərbaycan arasındakı əngəl qaldırılır: “Bununla bütün türk dünyası üçün böyük qələbə əldə edilir. Mən bu atəşkəs razılaşmasını 95 faiz Azərbaycanın milli maraqlarəna uyğun hesab edirəm. Təbii, bu böyük qələbəni əldə etməyimizə vəsilə olan şəhidlərimizə borcluyuq. Şəhidlərimizin ruhları şad olsun! Mən inanıram ki, şəhidlərimizin ruhları səmada azaddır. Azərbaycan 28 ildə ordu quruculuğuna verdiyi böyük diqqət və qayğı nəticəsində bu qələbəni əldə edib. Cənab Prezident İlham Əliyev də atasının vəsiyyətini yerinə yetirərək, nəinki, Azərbaycan, həm də bütün Türk dünyasının tarixinə adını yazdırıb. Eşq olsun Azərbaycan Ordusuna!”

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı