Yeni Səhifə

Yeni Laçın dəhlizinin xərcini hansı dövlət çəkəcək? - Açıqlama

Tarix:3-12-2020, 23:01 Baxış Sayı:42 Kateqoriya:Gündəm

Yeni Laçın dəhlizinin xərcini hansı dövlət çəkəcək? - Açıqlama
"Nəzərdə tutulacaq yeni dəhliz yolunu Azərbaycan çəkməlidir. Bütün xərci Azərbaycan ödəməlidir”.

Bu sözləri Sfera.az-a açıqlamasında Laçın istiqamətindən Xankəndini Ermənistanla birləşdirən yeni dəhlizin tikintisinin hansı dövlət tərəfindən həyata keçiriləcəyinə aydınlıq gətirərkən politoloq Araz Aslanlı deyib.

"Əvvəllər bu yola keçmiş DQMV və qondarma "Dağlıq Qarabağ Respublikası” ilə Ermənistan arasında olan əlaqə kimi baxırdılar. İndi isə nə DQMV, nə də qondarma rejim yoxdur. Ona görə indi bu dəhliz Xankəndilə Ermənistan-Azərbaycan sərhədini birləşdirən yoldur. Bu yol Azərbaycanın ərazisindən keçir, gələcəkdə də bu belə olacaq.

Sadəcə indilik bu yoldan istifadə texniki mənada ermənilər üçün nəzərdə tutulub. Sabah bu yoldan azərbaycanlılar, başqaları da istifadə edə bilər. Regionun gələcəyinin necə olacağını bilmirik. Məsləhət olmasa, sərhədlər də bağlana bilər, bunu da bilmirik. Amma bura Azərbaycan ərazisidir. Laçından Dağlıq Qarabağa gedən yoldur”.

Politoloq bildirdi ki, sözügedən istiqamətdə geniş yol çəkməyə də ehtiyac yoxdur:

"Laçının mərkəzindən keçən həmin dəhlizin keçdiyi istiqamətin dəyişdirilməsi ilə nəzərdə tutulacaq yeni yolu da Azərbaycan çəkməlidir.Bütün xərci Azərbaycan ödəməlidir.Sülhməramlılar müəyyən dövr üçün simvolik olaraq burada qala blər. Fikrimcə, həmin yolda sülhməramlıların olması ilə bərabar Azərbaycana da nəzarət etmək imkanı verilməlidir. Bu ərazidə Azərbaycan da təmsil olunmalıdır”.

Bununla belə, A. Aslanlı qeyd etdi ki, sülhdən sonra həmin quruculuq işlərinə tək Azərbaycan deyil, hamı töhfə verməlidir: "Madrid prinsiplərində qeyd olunan müddəaya görə, Avropa İttifaqı, digər beynəlxalq təşkilatlar quruculuq işləri prosesinə dəstək verməli, maliyyələşdirməlidirlər. Axı, Azərbaycan iqtisadi cəhətdən qüdrətli olsa da müharibədən çıxıb”.

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı