Yeni Səhifə

Kəmaləddin Heydərovun şirə zavodunun tikintisi dayandırılır - FOTO

Tarix:7-12-2020, 11:38 Baxış Sayı:45 Kateqoriya:Gündəm

Kəmaləddin Heydərovun şirə zavodunun tikintisi dayandırılır - FOTO
Azərbaycanın Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun Bosniyadakı 40 milyon avroluq şirə zavodunun tikintisi tamamilə dayandırıla bilər.

Pravda.az-ın xəbərinə görə, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

Jurnalist bildirib ki, hər şey Bosniya və Herseqovina hökumətinin yanaşmasından asılı olacaq: “Zavodun təməli 6 il əvvəl Bosniyanın Doboj şəhərində atılıb, 2017-ci ilin əvvəlində istifadəyə verilməli olduğu halda, ləngimə artıq 4 ilə çatır. Baxmayaraq ki, indiyədək layihənin icrasına 15 milyon avro xərclənib, Doboj şəhər bələdiyyəsi Bosniya hökumətinə rəsmi müraciət edərək zavodun tikintisi üçün ayrılmış 10 hektarlıq ərazinin bələdiyyə mülkiyyətinə keçirilməsini və layihənin davam etdirilməsi üçün yeni investorlar axtarışına razılıq verilməsini tələb edib. Səbəb kimi Heydərova məxsus "Benkons" şirkəti tərəfindən layihənin başa çatdırılmaması əsas gətirilib. Şirkətin Bosniyadakı nümayəndəliyi isə şəhər bələdiyyəsini layihəni təhlükəyə atmaqda ittiham edib. Bununla belə şirkətdən heç kim zavodun tikintisinin nə zaman yekunlaşacağı və fəaliyyətə başlayacağı haqda təxmini tarix belə deyə bilmir. Heydərova məxsus "Benkons" şirkəti 4 ildən bəridir ki, Bosniya hökumətinə "dünya bazarında neftin qiymətinin aşağı düşməsini" və pandemiyanı əsas gətirir. Neftin qiymətinin FHN şefinin büdcəsinə və biznesinə nə dəxli olduğu bəlli deyil. Amma layihəyə Azərbaycan hökuməti dəstək verib. Azərbaycanın Bosniya və Herseqovinadakı səfirliyinin rəsmi səhifəsində o, BMT-nin “Etimad layihəsi” kimi təqdim olunur. BMT-nin bayrağı altında tikilmiş zavod hazrda yerli "Euro Stil" şirkətinin taxta və yanacaq anbarına çevrilib. Zavodun ərazisinin icarəyə verilməsinin və yanğın təhlükəsi olan anbara çevrilməsinin Heydərovun büdcəsinə nə qədər qazandırdığı məlum deyil”.

Kəmaləddin Heydərovun şirə zavodunun tikintisi dayandırılır - FOTO
Kəmaləddin Heydərovun şirə zavodunun tikintisi dayandırılır - FOTO
Kəmaləddin Heydərovun şirə zavodunun tikintisi dayandırılır - FOTO

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı