Ermənistan Xarici İşlər naziri Ara Ayvazyan bazar ertəsi günü ATƏT-in Minsk Qrupunun Qarabağ nizamlanması üzrə amerikalı və fransalı həmsədrləri Endryu Şofer və Stefan Viskonti ilə görüşündə "Qarabağın statusunun müəyyənləşdirilməsi" və "Artsax" ərazilərinin "işğaldan azad edilməsi" məsələlərinin Yerevan üçün prioritet olduğunu nəzərdə tutan absurd bəyanatla çıxış edib.
PROPRESS-in xəbərinə görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.