Yeni Səhifə

"Gecə də, gündüz də qorxacağıq" - Xankəndi erməniləri xofdadır

Tarix:17-12-2020, 16:55 Baxış Sayı:52 Kateqoriya:Gündəm

"Gecə də, gündüz də qorxacağıq" - Xankəndi erməniləri xofdadırHava çox soyuqdur. Xankəndinin mərkəzi meydanıa avtobuslar gəlməyə başlayır. Az sonra meydan qaçqınlarla, onların ailə üzvləri və qohumları, taksi sürücüləri ilə dolur. Qucaqlaşmalar, ağlaşmalar, qışqırıq, çaşqınlıq. Meydanın hər yerində çantalar, bağlamalar, qutular. Onların yanında duranlar sanki keşik çəkirlər.

Yerdə qalanlarsa ailə üzvlərini, qohumlarını, dostlarını, taksi sürücülərini arayırlar.

Qarabağlı ermənilər Xankəndinə qayıdırlar.

... Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli bəyanat imzalanandan sonra Qarabağda Vətən Müharibəsi başa çatdı. 44 günlük savaşda məğlub olan və kapitulyasiya edən Ermənistanda indi revanşist meyllər çox güclənib.

Ermənilər sosial şəbəkələrdə yeni savaş istədiklərini, bu savaşa hazırlaşdıqlarını deyirlər.

Reallıq isə tam fərqlidir.

Ordusu darmadağın edilmiş Ermənistan 28 il işğalda saxladığı və indi azad edilən Qarabağdakı ermənilərə belə, yardım edə bilmir.

Savaş günlərində Ermənistana qaçan qarabağlı ermənilər orada çox soyuq, laqeyd münasibətlə, ayrı-seçkiliklə qarşılaşdıqlarını, rəsmi İrəvanın onlara yardım etmədiklərini deyirlər.

Dünyanın müxtəlif ölkələrində yaşayan ermənilərin diaspor təşkilatının yolladığı milyonlarla dollar, habelə "Hayastan" Ümumerməni Fondunun hesablarına köçürülən və Ermənistana göndərilən 130 milyon dollar qarabağlı ermənilərdən yan keçib.

Köməksiz və naçar qalan qarabağlı ermənilər geriyə, Qarabağa qayıtmağa üstünlük verirlər.

Noyabrın 14-dən bəri 40379 erməni Dağlıq Qarabağa qayıdıb. Onlar Rusiyanın sülhməramlı kontingentinin nəzarətindəki ərazilərdə məskunlaşırlar.

Onların tam əksəriyyəti durumlarından narazıdır.

64 yaşlı Qayane Asatryan da İrəvandan Xankəndinə qayıdıb. O, qarabağlı ermənidir.

"Qayıtmışıq, amma qorxuruq. Qorxu və təşviş hissləri var. Çox qorxuruq. Dörd tərəfimiz türklərdir. Bundan sonra necə yaşayacağıq, bilmirəm. Gecə də, gündüz də qorxacağıq. Özümüzü asudə, rahat hiss etməyəcəyik", - Q.Asatryan deyib.

Xankəndinə dönən qarabağlı ermənilərin dediklərinə görə, rusiyalı sülhməramlılar olsa da, özlərini rahat hiss etmirlər.

53 yaşlı Nerses Abramyan deyir: "Artıq heç nə əvvəlki kimi olmayacaq. Rusiyalılar burada əbədi qalan deyillər. Onlar gedəndən sonra nə olacaq?! Az sonra şəhərdə Azərbaycan bayraqları asılacaq deyirlər..."

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı