Hadrutda erməni terrorçuları tərəfindən Azərbaycan hərbçilərinə qarşı növbəti təxribat hücumu törədilib.
Baş verənlərlə bağlı teleqram kanallarında məlumatlar yayılıb:
- Hazırda Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri bölgədə anti-terror əməliyyatı keçirir;
- erməni terrorçularından əsir götürülənlər var, Ordumuzun şəhid verdiyi haqda da xəbərlər yayılıb;
Qondarma qurumun “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyanın dünən yaydığı açıqlama da erməni terrorçularının hücumunun səbəbini anlamağa imkan verir.
“Bildirmək istəyirəm ki, biz Hadrutu, Əsgəranı qaytaracağıq”, - Balasanyan demişdi.
Bu açıqlamadan bir gün sonra Hadrutda edilən terror hücumu ermənilərin planının ərazini yenidən “nəzarət altına almaq” olduğunu təsdiqləyir.
Ötən dəfə keçirilən anti-terror əməliyyatında 170-ə qədər erməni terrorçu əsir götürülmüşdü. Bu dəfə onlar üçün ən unikal şans əsir düşmək olacaq...
Rus sülhməramlıları da baş verənlərə görə cavab verməlidir, ötən dəfə olduğu kimi...//azsabah.com