Yeni Səhifə

11 min manata görə qalmaqal: "Əri şəhid olan kimi boşanma ərizəsini geri götürüb..."

Tarix:1-01-2021, 11:15 Baxış Sayı:41 Kateqoriya:Gündəm

11 min manata görə qalmaqal: "Əri şəhid olan kimi boşanma ərizəsini geri götürüb..."
Keçmiş hərbi qulluqçulara görə yaxınlarına verilən sığorta məbləği hələ sahibini tapmayıb. Çünki pulun kimə çatacağı ilə bağlı qalmaqal yaranıb.

Fərid Mövsümov 2017-ci ildə ailə həyatı qurub. İki il sonra həyat yoldaşı ilə yolları ayrılıb. Qadın 2020-ci ilin yayında məhkəməyə müraciət etmək qərarı verib. Məhkəmə iclası da keçirilib, prosesin davamı növbəti iclasa saxlanılıb. Növbəti iclasa isə Fərid getməyib, çünki müharibəyə yollanıb.

Oktyabrın 16-da onun Füzuli uğrunda döyüşlərdə şəhid olması xəbəri gəlib. Fəriddən boşanmaq üçün məhkəmədə iddia qaldırmış həyat yoldaşı indi həlak olmuş hərbi qulluqçulara görə verilən 11 min manata iddia edir.

Şəhidin bibisi Qənirə Qasımzadə hesab edir ki, valideynlərini itirmiş Fəridə görə veriləcək sığorta məbləği şəhidin yeganə qardaşı Zaur Mövsümova çatmalıdır.

“Göyçayda iki şəhidlə bağlı belə problem yaranıb. Fərid bir ildir əmisi, bibisi ilə birlikdə baba evində yaşayırdı. Həyat yoldaşı ilə arada 10-15 gün barışmağa cəhd göstəriblər, alınmayıb. O, avqustda məhkəməyə boşanma ərizəsini təqdim edib. Hətta məhkəmədən düşünmək üçün müddətin verilməsini də istəməyib”, - şəhidin bibisi “Bizimyol.info”ya danışır.

Qənirə Qasımzadə deyir ki, Fəridin həyat yoldaşı onun dəfn mərasimində iştirak etməyib. Qadını 40 mərasiminə qədər ortada görən olmayıb: “Amma gedib məhkəmədən iddia ərizəsini geri götürüb. İndi də deyirlər ki, şəhidin ailəsi bizik. Adicə hüzrdə iştirak eləməmisən sən. Ölüm kağızını dekabrın 28-də almışıq. Hərbi komissarlıqdan dedilər ki, gəlinin ailəsi iddiaçıdır deyə, sizə sığorta məbləği verilə bilməz. Uşağın xalası Moskvada yaşayır, zəng vurub qızın ailəsindən soruşub. Atası deyib ki, əlbəttə, qızımın əridir, ona düşür. İndi məhkəməyə verdiklərini də boyunlarına almırlar”.

Fərid atasını 2008-ci, anasını 2010-cu ildə itirib. Ailə qurandan sonra həyat yoldaşı ilə ana babasigilə köçüb. Amma bir müddət sonra qadın ata evinə getmək istədiyini deyib.

“Uşaqları yoxdur. Heç həmin iki ildə də yola getmirdilər. Bir gün gəlin deyib ki, anam xəstədir, ailənin tək övladıyam, gedək bizdə yaşayaq. Ürəyimizcə deyildi bu, amma yenə də razılaşdıq. Fərid qürurlu uşaq idi, hər şeyi danışmazdı. Dərdini də özü ilə apardı”,- Qənirə xanım danışır.

Şəhidin bibisi deyir ki, o, çox işgüzar adam olub. Axırıncı dəfə Ələtdə işləyirmiş, müharibəyə getmək üçün işini təhvil verərək Göyçaya qayıdıb. Əvvəllər qayınatasının yanında işləyirmiş, söz-söhbətdən sonra oranı tərk etmək qərarı veribmiş: “Mahaçqalada hüquq təhsili alırdı. Onda işdən çıxanda təhsilini də yarımçıq qoydu, ödəniş üçün imkanı olmadı. İstəyib evlənmişdi, əleyhinə çıxmamışdıq”.

Qənirə Qasımzadə vurğulayıb ki, o qadının “şəhid ailəsi” statusu daşımağa, Fəridin ölümünə görə verilən 11 min manatı almağa mənəvi haqqı yoxdur. Ona görə də məsələ həllini tapmasa, hüquqi varislik məsələsilə əlaqədar məhkəməyə müraciət edəcəklər: “Belə davam eləyəcəksə, məhkəməyə müraciət eləyəcəyik. Varis kimi, qardaşı Zaur qəbul olunsun”.

Fəridin qayınatası, Ucar Rayon Notariat Kontorunun rəhbəri Elman Cəlalovun da məsələyə münasibətini öyrəndik. O, məqsədin şəhidin ailəsi kimi tanınmaq olduğunu gizlətmədi: “Birincisi, qanun var, qayda var. Boşanmaq istəyirdi, boşanmayıb, arvadı, varisi sayılır. Ər-arvaddır, aralarında dava da olar, məhkəməyə də düşərlər, sonradan barışa da bilərlər. Bunun heç bir əhəmiyyəti yoxdur. Əhəmiyyəti olan budur ki, onlar hazırda ər-arvad sayılırlar. İkincisi, iddialı olsaydıq, çoxdan 11 min manatı da almışdıq. Biz hələ gözləyirik. Pul qanunla kimə düşürsə, həmin şəxs də almalıdır. Biz hətta ona da razıyıq ki, məbləğin yarısı onlara verilsin. Lap 11 min manatı verək, amma “şəhid ailəsi” statusu arvadına verilsin. Başsız qalmış qadındır”.(bizimyol.info)

11 min manata görə qalmaqal: "Əri şəhid olan kimi boşanma ərizəsini geri götürüb..."
11 min manata görə qalmaqal: "Əri şəhid olan kimi boşanma ərizəsini geri götürüb..."

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı