Yeni Səhifə

"Türkiyə bu dəhlizin qurulmasına icazə vermədi" - Hulusi Akar

Tarix:4-01-2021, 14:40 Baxış Sayı:63 Kateqoriya:Gündəm

"Türkiyə bu dəhlizin qurulmasına icazə vermədi" - Hulusi Akar
Bayden administrasiyasına indidən qılınc qaldırmaq doğru deyil. Prosesi görmək və buna uyğun bir yol seçmək daha faydalıdır.

yenisehife.az xəbər verir ki, bunu Türkiyə Müdafiə naziri Hulusi Akar deyib.

Onun Türkiyənin "Hüriyyət” qəzetinə müsahibəsini təqdim edirik:

- 15 iyul olaylarından (FETÖ-nün qiyam cəhdi) sonra Türkiyə Silahlı Qüvvələrinin vəziyyəti necədir? Bərpa olubmu?

- 15 iyul xain çevriliş cəhdindən sonra bəziləri ordudan uzaqaşdırıldı. Generalların 50 faizi, şəxsi heyət zabitlərinin də 73 faizi vəzifədən kənarlaşdırıldı. Bir ay sonra "Fərat Qalxanı” əməliyyatı baş tutdu, daha sonra 4 böyük uğurlu əməliyyat keçirildi. Dünyadakı başqa heç bir ordu bunun öhdəsindən gələ bilməz.

- Əməliyyatların məqsədi "terror dəhlizi” adlandırdığınız planı pozmaq idi. Bu işdə uğur qazana bildinizmi?

- Terror dəhlizi qondarma dövlətin qurulması anlayışına bərabər bir məsələdir. Türkiyə bu dəhlizin qurulmasına icazə vermədi, dağıdıb bir kənara atdı. Bu edilməsəydi, bu gün bir çox fərqli təhdid və təhlükələrlə qarşılaşacaqdıq. Türk ordusu hara gedir-getsin, ora sülh, əmin-amanlıq və sabitlik aparır. Mehmetçik (türk əsgəri) məzlum və məsumların qalxanıdır.

- Sizcə, Azərbaycanın qələbəsindən sonra ortaya çıxan ən vacib məsələ nədir?

- Əməliyyatlar 44 gün davam etdi. Bu əməliyyatların ən əhəmiyyətli təsiri bu oldu: iki ölkə də "iki dövlət, bir millət” şüurunu daha yaxşı qavradı. Bu şüur öz yerinə oturdu. Bundan sonra Ermənistan öz seçimlərini düzgün etsə, sülhün payçısı ola bilər.

- Liviyada Haftarın təhdidləri gündəmdədir. Haftara çox sərt cavab verdiniz. Haftar haqqında nə düşünürsünüz?

- Haftar əslində bir oyuncaqdır, insanlığın düşmənidir. Özünə saxta marşal rütbəsi verən bir şəxsdir. Üçüncü dövlətlərin istifadə etmək istədikləri profilə uyğun gəlir. Onun arxasında kimin olduğu məlumdur. Kiminsə qulluqçusu olmaqla Liviyanı qeyri-sabit duruma sürükləyir. Haftar başına gələnlərdən qorxur. Liviyada bir çox kütləvi məzarlıq aşkar edilib. 200-dən çox cəsəd var. Xəstəxana və məktəblərə xaincəsinə hücumlar təşkil edir. Beynəlxalq cinayət məhkəmələrində mühakimə olunmaq onu qorxudur. Bəzi ölkələr də insanlığın bu düşmənini dəstəkləyir.

- Yunanıstan ilə Türkiyə arasında hazırki vəziyyət necədir?

- Yunanistan son üç ayda yalnız ikisində fəaliyyət göstərdiyi 49 NAVTEX elan etdi. Ortaya atdığı bütün dəlilləri öz uydurmalarıdır. Türkiyəni sıxışdırmaq üçün əlindən gələni edir. "Gəl oturaq, danışaq” deyəndə görüşməkdən imtina edir. Qapı-qapı gəzir və öz yalanlarına inanır.

- "S-400” problemi və sanksiyalar gündəmdədir. ABŞ-la münasibətlərdə necə bir gələcək proqnozlaşdırırsınız?

- Amerika ilə uzun illərə söykənən əlaqələrimiz var. Yüzlərlə məsələnin içindən "S-400”ü götürüb bu əlaqələri kilidləmək doğru deyil. FETÖ-nü istədik, verdinizmi, yox. "S-400” bizim üçün bir seçim deyil, zərurətdir. 83 milyon vətəndaşımızın təhlükəsizliyi sual altındadır.

Bayden administrasiyasına indidən qılınc qaldırmaq doğru deyil. Prosesi görmək və buna uyğun bir yol seçmək daha faydalıdır. PKK YPG deməkdir. Bunu başa düşmək lazımdır. Gözləntimiz budur ki, silah-sursat da daxil olmaqla bütün dəstək dayandırılsın. ///Teleqraf.com

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı